Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-199/2024 24.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi və torpaq sahəsinin ətrafına çəkilmiş daş hasarın cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi və torpaq sahəsinin ətrafına çəkilmiş daş hasarın cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2009-cu il tarixli, MA seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsindən cavabdehin çıxarılması, zəbt edilmiş həmin torpaq sahəsinin İddiaçı təhvil verilməsi, zəbt edilmiş həmin torpaq sahəsinin ətrafına çəkilmiş daş hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətində olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2009cu il tarixli, MA seriyalı, ******* saylı çıxarış verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 101 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli, AA seriyalı, 019595 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin vaxtdan qeyd olunan torpaq sahəsi İddiaçı sahiblik, istifadə və sərəncamında olmuşdur. Bir müddət əvvəl Cavabdeh İddiaçı məxsus olan həmin torpaq sahəsinin bir hissəsini (1 metr eni, 30 metr uzunluğu) zəbt etmiş, ətrafına daş hasar çəkmiş, iddiaçının həmin torpaq sahəsinə daxil olmasına və oradan istifadə etməsinə imkan vermir. Mübahisə predmeti olan torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olmasına baxmayaraq Cavabdeh tərəfindən zəbt edilmiş və iddiaçının faktiki sahiblik və istifadəsindən çıxarılmışdır. Cavabdeh özbaşınalığı nəticəsində İddiaçı həmin torpaq sahəsinin bir hissəsindən (1 metr eni, 30 metr uzunluğu) istifadə edə bilmir. Halbuki, İddiaçı həmin torpaq sahəsini qanunvericiliyə uyğun olaraq əldə etmiş və hazırda da iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh mübahisə olunan torpaq sahəsinin özünə məxsus olmasını iddia edərək ətrafına daş hasar çəkmiş və torpaq sahəsindən çıxmır və hasarı sökmür. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı həmin torpaqla bağlı mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh qaynı ilə birlikdə 5 sot torpaq sahəsi aldığını, 2 sot yarım torpaq sahəsinin ona, digər yarısının isə qaynına məxsus olduğunu, torpaq sahəsinin çıxarışının olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009cu il tarixli, AA № 019595 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin verilməsinə əsas DƏDRX Abşeron rayon ərazi idarəsi, xx.xx.2009-cu il tarixli ********** nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, DTXK Abşeron rayon şöbəsi, xx.xx.2009-cu il tarixli 144 nömrəli Hərrac şəhadətnaməsi , Azərbaycan Respublikası, Hərrac Komissiyası, xx.xx.2009-cu il tarixli 143 nömrəli Hərracın yekun protokolu olmuşdur. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2009-cu il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********52 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013cü il tarixli, AA № 052526 saylı plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsi X1 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Abşeron rayon notariusu R.K.Hümmətov, xx.xx.2013-cü il tarixli 4ə/1889 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 321332/2-15831 saylı mütəxəssis rəyindən görünür ki,1.Elektron baza məlumatlarına əsasən **********52 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə İddiaçı tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları üst-üstə düşür. 2. Elektron baza məlumatlarına əsasən **********02 reyestr nömrəli çıxarışla Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları Cavabdeh tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları daxilində yerləşir. 3. Cavabdeh tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları ilə **********452 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0040 ha hissəsi təşkil edir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/862 nömrəli ekspert rəyindən görünür ki, məhkəmənin 2(012)-3799/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Həmin ekspert rəyində Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 32/332/2-15831 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********52 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə İddiaçı tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları üstüstə düşür. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********02 reyestr nömrəli çıxarışla Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları Cavabdeh tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları daxilində yerləşir Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, cavabdeh tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları ilə **********452 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0040 ha hissəsi təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli AN-İ № 11510485 saylı daşınmaz əmlakın alqı-satqı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, **********52 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan iddiaçıya həmin torpaq sahəsinin bir hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyi, zəbt edilən ərazidə cavabdeh tərəfindən daş hasarın çəkildiyi məlum olmuşdur. Hazırda İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi və torpaq sahəsinin ətrafına çəkilmiş daş hasarın cavabdehin hesabına sökülməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2009-cu il tarixli, MA seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsindən cavabdehin çıxarılması, zəbt edilmiş həmin torpaq sahəsinin İddiaçı təhvil verilməsi, zəbt edilmiş həmin torpaq sahəsinin ətrafına çəkilmiş daş hasarın cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “X3rşı” məhkəmə işində Avropa məhkəməsi vurğulayıb ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir, bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiyası olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirir. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, mübahisəli torpaq sahəsi İddiaçı adına dövlət reyestrində qeydə alınmış və bununla da iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir ki, onun bu hüquqları Cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın rəyini məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübut kimi qiymətləndirərək hesab edir ki, rəydə göstərilən nəticədə tam sübuta yetirilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 32/332/2-15831 nömrəli mütəxəssis rəyinə əsasən **********52 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə İddiaçı tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları üst-üstə düşür. **********02 reyestr nömrəli çıxarışla Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları Cavabdeh tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları daxilində yerləşir. Cavabdeh tərəfindən tanıdılan torpaq sahəsinin koordinatları ilə **********452 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0040 ha hissəsi təşkil edir. Eyni zamanda mütəxəssis rəyindəndəki mübahisəli torpaq sahəsinin yerləşmə vəziyyətinə görə sxem görnüşündən müəyyən olunur ki iddiaçının cavabdeh tərəfindən zəbt olunmuş 0.0040 ha torpaq hissəsində cavabdeh hasar inşa etdirmişdir. Məhkəmə həmin mütəxəssis rəyini əsas hesab edərək hesab edir ki, iddiaçının cavabdeh tərəfindən onun torpaq hüdudlarında tikdirdiyi hasar qanunsuz olduğundan cavabdehin hesabına sökülməlidir. Beləliklə Ekspert və mütəxəssis rəyi ilə təsdiqini tapır ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus 0.03 ha torpaq sahəsinin 0.0040 ha hissəsi hazırda cavabdeh tərəfindən zəbt edilmiş, bu isə iddiaçının konstitusiya və qanunlarla qorunan mülkiyyət hüququna toxunulmuş və onun hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verib, qanunun qeyd edilən tələblərini rəhbər tutub belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, **********52 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin zəbt edilmiş 0.0040 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalı, zəbt edilmiş həmin torpaq sahəsi İddiaçı təhvil verilməli və zəbt edilmiş həmin torpaq sahəsinin ətrafına çəkilmiş daş hasarı Cavabdeh hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunu tələb etmədiyindən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Bundan əlavə 50 manat ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, **********52 reyestr, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin zəbt edilmiş 0.0040 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın, zəbt edilmiş həmin torpaq sahəsi İddiaçı təhvil verilsin və zəbt edilmiş həmin torpaq sahəsinin ətrafına çəkilmiş daş hasarı Cavabdeh hesabına sökülsün. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-199/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-199/2024
24.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver