Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-199/2025 20.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi və həmin vaxtadək kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi və həmin vaxtadək kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2 və digər şəxslərin əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdən çıxarılmaları, evin boşaldılaraq ona təhvil verilməsi və xx.xx.2023-cü il tarixdən başlayaraq ev boşaldılaraq ona təhvil veriləcəyi vaxtadək aylıq 250 manat kirayə haqqı cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X2 və digər şəxslərin əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılmaları, evin boşaldılaraq ona təhvil verilməsi və xx.xx.2023-cü il tarixdən başlayaraq ev boşaldılaraq ona təhvil veriləcəyi vaxtadək aylıq 250 manat kirayə haqqı cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki iş üzrə xx.xx.2025-ci il tarixinə saat 10:30-a, xx.xx.2025-ci il tarixinə 10:30-a təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclaslarına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 izahatında hazırki işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.7. maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasları keçirilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı məhkəmə iclaslarına gəlmədiyindən və cavabdeh mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2. maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 260.3. maddəsinə əsasən, qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi və həmin vaxtadək kirayə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı iddia ərizəsi verilərkən xx.xx.2024-cü il tarixdə ********** saylı qəbzlə ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov