Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2059/2025 02.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi X3, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 50136,43 GBP və 11793,55 manat vəsaitin tutularaq Elm və Təhsil Nazirliyinin müvafiq bank hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndəsi X6 məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində bakalavr və magistratura səviyyələri üzrə təhsilin maliyyələşdirilməsini tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 01 iyun tarixli, 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsili maliyyələşdirən Azərbaycan Respublikası vətəndaşları olan gənclərin seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Qaydaların 1.3-cü bəndinə əsasən Proqram iştirakçılarının xarici ali təhsil müəssisələrində bakalvriat və magistratura səviyyələri üzrə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), mülkiyyət formasından asılı olmayaraq, xarici və ya yerli hüquqi və fiziki şəxslərin, habelə fiziki şəxslərin ianələri hesabına bu Qaydalarla məyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə əsasən Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi məzun olduqdan sonra ölkəyə qayıdaraq 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmaq şərtilə həyata keçirilir. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi arasında bağlanılan müqavilə (bundan sonra - müqavilə) əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir. Bu Qaydaların 1.5-ci yarımbəndinə görə Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Nazirliyin nəzdində X1 Qrupu tərəfindən idarə olunur. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında 26 avqust 2022-ci il tarixli, 273 saylı müqavilə bağlanılmışdır. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş cavabdeh Elm və Təhsil nazirinin xx.xx.2022-ci il tarixli, F-506 nömrəli əmrinə əsasən xaricdə magistratura təhsilinin maliyyələşdirilməsi imkanını əldə etmişdir. Müqavilə şərtinə uyğun olaraq cavabdeh oktyabr 2022-ci ildən oktyabr 2023-cü ilədək Böyük Britaniya və X2 “X8” ali təhsil müəssisəsində “Qabaqcıl kimya mühəndisliyi” magistr səviyyəsi üzrə təhsil almalı və Nazirlik isə bu təhsili maliyyələşdirməli idi. Cavabdehin müqavilə şərtlərinə uyğun olaraq maliyyələşməsinə baxmayaraq cavabdeh təhsilini başa vurduqdan sonra ölkəyə qayıtmamış və bununla da müqavilə üzrə öhdəliklərini pozmuşdur. Müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması nəzərə alınaraq, Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-29/3-2-2689F/2024 nömrəli əmrlə Cavabdeh Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından xaric edilmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 3.2.2-ci yarımbəndində qeyd edilir ki, Proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını ondan tələb etmək Nazirliyin hüququdur. Müqavilənin 6.2.5-ci yarımbəndində əsasən cavabdeh məzun olduqdan sonra ölkəyə qayıdaraq 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmaq üçün ölkəyə qayıtmalıdır. Müqavilənin 6.2-ci yarımbəndində nəzərdə tutulmuşdur ki, proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o, təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. Lakin cavabdeh bu günə qədər həmin vəsaitin geri qaytarılması ilə bağlı heç bir hərəkət etməmişdir. Tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə cavabdehə xx.xx.2024-cü il tarixli, 3-29-64/2-1521/2024 saylı məktubla rəsmi qaydada müraciət edilərək onun təhsilinin təşkili ilə bağlı ödənilmiş 50136,43 GBP və 11793,55 manat pul vəsaitinin geri qaytarılması tələb edilmişdir. Lakin cavabdeh tərəfindən bildirişin alınmasına baxmayaraq o, ödənişdən yayınmışdır. Qarşı tərəfin dediklərinə cavab olaraq bildirir ki, Dövlət proqramı çərçivəsində xaricdə təhsil alan şəxslər ölkəyə qayıtdıqdan sonra imtahana cəlb edilməməklə yüksək maaşla işə qəbul edilir. Cavabdeh ölkəyə qayıtdıqdan sonra işlə bağlı SOCAR rəhbərliyinə və AR Prezident Administrasiyasına, həmçinin neft sahəsi üzrə publik hüquqi şəxslərə müraciət edə bilərdi. Qeyd edilənlərə əsasən iddiaçı təşkilatın nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil izahatında bildirdi ki, vəkili və nümayəndəsi olduğu Cavabdeh xarici ölkədə işləmək istəyir, lakin iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin ondan tələb etdiyi təhsil haqqını birbaşa ödəyə bilmir və buna maddi vəziyyəti kifayət etmir. Cavabdeh iddiaçı dövlət orqanına ayda ancaq 500 manat ödəyə bilər. Bildirir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Cavabdeh arasında bağlanmış müqavilədə Cavabdeh işlə təmin olunması ilə bağlı maddə yoxdur. Həmçinin cavabdeh ölkədə yüksək maaşlı iş tapa bilməməsindən qorxur. Odur ki, göstərilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə proqram iştirakçısı Cavabdeh arasında bağlanmış 26 avqust 2022-ci tarixli, 273 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş və Elm və Təhsil nazirinin xx.xx.2022-ci il tarixli, F-506 nömrəli əmrinə əsasən xaricdə magistratura təhsilinin maliyyələşdirilməsi imkanını əldə etmişdir. Həmin müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh 2022-ci ilin oktyabr ayından 2023-cü ilin oktyabr ayınadək Böyük Britaniya və X2 “X8” ali təhsil müəssisəsində “Qabaqcıl kimya mühəndisliyi” magistr səviyyəsi üzrə təhsil almalı, nazirlik isə bu təhsili maliyyələşdirməyi öhdəsinə götürmüşdür. Həmçinin sözügedən müqavilənin 6.2.5-ci yarımbəndində əsasən cavabdeh məzun olduqdan sonra ölkəyə qayıdaraq 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmaq üçün ölkəyə qayıtmalıdır. Müqavilənin 6.2-ci yarımbəndində nəzərdə tutulmuşdur ki, proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o, təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. İş materiallarında olan X5 Qrupu tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniya və X4 Krallığının "X8" ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanmış Cavabdeh 2022-2023-cü illər ərzində xarici ölkədə təhsili ilə bağlı ödənilmiş xərclər 50136,43 GBP və 11793,55 manat təşkil edir. İş materiallarında olan AR Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-29/3-2- 2689F/2024 nömrəli əmrindən görünür ki, müqavilə şərtlərinin pozulması nəzərə alınaraq, Cavabdeh Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından xaric edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci, 390.2-ci, 399.3-cü, 425.1-ci, 442-ci, 445.2.1-ci və 448.1-ci maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı işin mübahisə edilməyən halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na uyğun olaraq Cavabdeh “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniya və X4 Krallığının "X8" ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanmış, Elm və Təhsil nazirinin xx.xx.2022-ci il tarixli, F-506 nömrəli əmrinə əsasən xaricdə magistratura təhsilinin maliyyələşdirilməsi imkanını əldə etmiş, bununla bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə proqram iştirakçısı Cavabdeh arasında 26 avqust 2022-ci tarixli, 273 nömrəli müqavilə bağlanmış, Cavabdeh 2022-ci ilin oktyabr ayından 2023-cü ilin oktyabr ayınadək Böyük Britaniya və X2 “X8” ali təhsil müəssisəsində “Qabaqcıl kimya mühəndisliyi” magistr səviyyəsi üzrə təhsil almış və Cavabdeh 2022-2023-cü illər ərzində xarici ölkədə təhsili ilə bağlı dövlət büdcəsi tərəfindən ödənilmiş xərclər 50136,43 GBP və 11793,55 manat təşkil etmiş və 26 avqust 2022-ci tarixli, 273 nömrəli müqavilənin 6.2.5-ci yarımbəndində əsasən cavabdeh məzun olduqdan sonra ölkəyə qayıdaraq 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmaq üçün ölkəyə qayıtmaq öhdəliyi götürmüşdür. Cavabdeh müqavilə şərtlərinə uyğun olaraq maliyyələşməsinə baxmayaraq cavabdeh təhsilini başa vurduqdan sonra ölkəyə qayıtmamış və bununla da müqavilə üzrə öhdəliklərini pozmuşdur. Müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması nəzərə alınaraq, Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-29/3-2-2689F/2024 nömrəli əmrlə Cavabdeh Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından xaric edilmişdir. Tərəflər arasında bağlanmış 26 avqust 2022-ci tarixli, 273 nömrəli müqavilənin Müqavilənin 3.2.2-ci yarımbəndində qeyd edilir ki, Proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını ondan tələb etmək Nazirliyin hüququdur. Müqavilənin 6.2.5-ci yarımbəndində əsasən cavabdeh məzun olduqdan sonra ölkəyə qayıdaraq 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmaq üçün ölkəyə qayıtmalıdır. Müqavilənin 6.2-ci yarımbəndində nəzərdə tutulmuşdur ki, proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o, təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-29-64/2- 1521/2024 saylı məktubla rəsmi qaydada müraciət edilərək onun təhsilinin təşkili ilə bağlı ödənilmiş 50136,43 GBP və 11793,55 manat pul vəsaitinin geri qaytarılması tələb edilmiş, lakin cavabdeh tərəfindən bildirişin alınmasına baxmayaraq o, ödənişdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 50136,43 funt sterlinq və 11793,55 manat pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2059/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2059/2025
02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver