Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2063/2025 10.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı cavabdeh X3 qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, əmlakın miras kimi qəbul edilmiş hesab edilməsi, vərəsəliyin açılması və əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X3 qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, əmlakın miras kimi qəbul edilmiş hesab edilməsi, vərəsəliyin açılması və əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Abşeron rayonu 1 saylı Notariat ofisinin notariusu X5 tərəfindən təsdiqlənmiş 2V-148 reyestr nömrəli, xx.xx.2023-cü il tarixdə X1 adına verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ləğv edilməsi, mərhumə anası X2 adına Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 14-cü bina 100 saylı mənzilin (xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Seriya MA ******* saylı Çıxarışa əsasən (qeydiyyat nömrəsi **********) miras kimi qəbul edilmiş hesab edilməsi, Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 14-cü bina 100 saylı mənzilə miras vərəsəliyin açılması və qeyd edilən əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iddiaya əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 149 və 151-ci maddələrinin tələblərinə cavab vermədiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin: 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2 maddəsinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları). 151.1 maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Verilmiş iddia ərizəsinin forması və məzmunu baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddəsinin tələblərinə riayət olunmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh qismində X4 göstərsə də, həmin şəxs vəfat etmişdir. Bu səbəbdən iddiaçı cavabdeh kimi mərhum X4 deyil, mərhumun hüquqi varislərini qeyd etməli idi. Mülki Prosessual Məcəllənin: 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edərək belə qənaətə gəlir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, iddia ərizəsində yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya təkrarən ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunmalıdır. Məhkəmə qeyd edir ki, ərizə geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM : İddiaçı cavabdeh X3 qarşı qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, əmlakın miras kimi qəbul edilmiş hesab edilməsi, vərəsəliyin açılması və əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2063/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2063/2025
10.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver