Məhkəmə qərarları › İş №e-2(012)-2073/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2073/2024

30.08.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2073/2024 30.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdehlər Nəsirova (Əmirquliyeva) Kəmalə Əlican qızının və Cavabdeh2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iştirakı ilə, İddiaçı cavabdehlər Nəsirova (Əmirquliyeva) Kəmalə Əlican qızı, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 qarşı «birgə mülkiyyətdə olan əmlakdakı paya və istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nəsirova (Əmirquliyeva) Kəmalə Əlican qızının Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçəsində yerləşən 199 saylı evdən ½ pay hüququna və Cavabdeh2 ilə birlikdə həmin evə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı xx.xx.2001-ci ildə Cavabdeh1 ilə ailə həyatı qurmuş və onların birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 adında bir övladları olmuşdur. Abşeron Rayon Məhkəməsinin 17 mart 2008-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikah ləğv edilmiş və xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 cavabdehin öhdəsində qalmaqla iddiaçıdan uşağın saxlanılması üçün aliment tutulmuşdur. İddiaçının mülkiyyətində olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçəsində yerləşən 199 saylı ev ilə bağlı cavabdeh K.Əmirquliyeva Abşeron Rayon Məhkəməsində iddiaçıya qarşı iddia qaldırmış, xx.xx.2008-ci il tarixli qətnaməyə əsasən cavabdeh X3 İddiaçı qarşı evin birgə mülkiyyət hesab edilməsi, evə köçürmə və istifadə qaydasının müəyyən edilməsi barədə iddiası rədd edilmiş, iddiaçının tərəfə qarşı birgə nikah dövründə əldə edilmiş evin açıq hərracda satılması və satışdan əldə edilmiş əmlakın tərəflər arasında bölünməsi tələbinə dair qarşılıqlı iddiası təmin olunmuşdur. Qətnamədən qarşı tərəf apellyasiya şikayəti vermiş, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2009-cu il tarixli, 2(105)- 74/2009 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsindən sonra İddiaçı ilə Cavabdeh1 mənzilin satılması və pulunun bölünməsi barədə razılığa gəlmişdirlər. Bu məqsədlə iddiaçı mənzilə alıcı tapmış və mənzilin X10 11214 manata, yəni 14000 ABŞ dollarına satmaq barədə razılığa gələrək bu barədə xx.xx.2009-cu il tarixdə notarial qaydada beh müqaviləsi bağlamış və alıcıdan evin dəyərinin yarısını, yəni 5607 manatını (7000 ABŞ dollarını) alaraq cavabdeh Kəmalə Əmirquliyevaya (Nəsirovaya) xx.xx.2009-cu ildə vermişdir. Həmin pulu alan cavabdeh qeyd edilən ünvanda yerləşən evin satışından 5607 manat pulu aldığını, həmin evə və iddiaçıya qarşı heç bir iddia və tələbinin olmaması barədə notarial qaydada ərizə vermişdir. Cavabdeh bu evin bazar dəyər qiymətinin payına düşən hissəsini almış və bu evdə 16 ildən çoxdur ki, yaşamır. Belə ki, İddiaçı digər cavabdeh olan oğlu Cavabdeh2 ilə 2008-ci ildən bu evi tərk edərək daimi olaraq köçmüşlər. Artıq məhkəmə qətnaməsi tərəflərindən icra olunduğu üçün bu barədə icra vərəqəsi icra olunmadan geri qaytarılmışdır. Bu mənzil onu alan S.Zəkiyevanın faktiki istifadəsində olmaqla 2009-cu ildən sonra bütün mənzil, kirayə və kommunal xidmət haqlarını S.Zəkiyeva ödəmiş, lakin xəstəliyi ilə bağlı uzun müddət Azərbaycanda olmamış və dünyasını dəyişmişdir. S.Zəkiyevanın vəfatından sonra 2020-ci ildə S.Zəkiyevanın qızı X18 İddiaçı ilə görüşərək həmin ev ilə bağlı iddiaçıdan etibarnamə almış, lakin bu zaman məlum olmuşdur ki, cavabdeh evin payına düşən hissəsini aldığı və uşaqla bu evdən daimi köçdükləri halda evdən qeydiyyatdan çıxmamış, mənzilin satışı ilə bağlı notariat kontoruna gəlib razılıq ərizələrini verməkdən imtina etmiş və həmin evi satdığı şəxsə qarşı iddialar irəli sürmüşlər. Halbuki Cavabdeh1 öz payına düşən hissənin dəyərini 2009-cu ildə almışdır və həmin vaxtdan oğlu Rəsul ilə bu evdə yaşamır. Belə olan halda mübahisənin yeganə həlli yolunu Cavabdeh1 bu evdən iddiaçıya çatan ½ pay hüququna, hər iki cavabdehlərin bu evə istifadə hüquqlarına xitam verilməsində görür. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddiaçının izahatına uyğun izahat verərək bildirdi ki, hazırda mübahisə predmeti olan fərdi yaşayış evinin İddiaçı adına qeydiyyata alınması ilə bağlı müvafiq qeydiyyat vəsiqəsi mövcuddur, lakin həmin fərdi yaşayış evi faktiki olaraq X7 hüquqi varislərinin, o cümlədən qızı X1. X14 vəfat etdikdən sonra Südabə Zəkiyevanın varisləri evi adlarına keçirmək istəyirlər, lakin İddiaçı övladı – Cavabdeh2 bunun üçün razılıq ərizəsi verməkdən imtina etmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Nəsirova (Əmirquliyeva) Kəmalə Əlican qızı məhkəmə iclasında izahatında bildirdi ki, o, 2009-cu ildə notarial qaydada rəsmiləşdirilmiş ərizəni İddiaçı hədə-qorxusu altında yazmış, ona pul verilməmişdir. Belə ki, iddiaçı və onun dayısı qızı onu övladını əlindən alacaqları ilə hədələmişdirlər. İddiaçı yenidən ailə həyatı qurduqdan sonra onu və övladını yaşadıqları evdən çıxmağa məcbur etmiş, beləliklə, o, bu mənzili 2011-ci ildə oğlu ilə birlikdə tərk etmişdir. O, hazırda iddiaçıdan oğlu – Cavabdeh2 ilə birlikdə sözügedən evdən istifadə hüququndan imtina edir, ancaq o, oğlunun həmin evdəki payını tələb edir. Belə ki, İddiaçı övladı Cavabdeh2 ilə maraqlanmamış, yalnız məhkəmə qətnaməsi ilə qət edilmiş cüzi alimenti ödəmişdir. Hazırda oğlunun həmin evə payı vardır, tək istəyi həmin payın ödənilməsidir. Qeyd edir ki, ev iddiaçının adına olsa da həmin evi onun anası almışdır. Hesab edir ki, iddiaçı onun oğlunun haqqını ödəməlidir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 izahatında İddiaçı bir ata kimi onun üçün heç nə etmədiyini və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçəsində yerləşən 199 saylı ev üzrə qeydiyyatdan çıxarılmasına və həmin evdən istifadə hüququna xitam verilməsinə razı olmadığını bildirdi və iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 məhkəmə iclasında izahatında İddiaçı ilə mərhum anası X14 arasında beh müqaviləsi bağlanan zaman, yəni 2009-cu ildə onun 18 yaşı olduğunu, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçəsində yerləşən 199 saylı ev alınan kimi dərhal həmin evə köçdüklərini, 2016-cı ilə kimi anası və bacısı ilə birlikdə sözügedən evdə yaşadıqlarını, lakin 2016-cı ildən rayondaki evə köçdüklərini, həmin vaxtdan evi kirayəyə verdiklərini və 8 ildir ki, həmin evdə kirayəçinin yaşadığını, anasının 2020-ci ildə vəfat etdiyini bildirdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X12 məhkəmədə ifadəsində bildirdi ki, o, cavabdeh Nəsirova (Əmirquliyeva) Kəmalə Əlican qızını tanımır, lakin mərhum Südabə Zəkiyeva vaxtilə onlarla qonşuluqda yerləşən evdə yaşamışdır. O, sözügedən ev üçün pulun verilməsində şəxsən iştirak etmişdir. Belə ki, beh müqaviləsinin bağlanması üçün verilmiş pul müvafiq bank hesabına köçürülmüş, daha sonra beh müqaviləsinin bağlandığı notariat orqanı tərəfindən həmin pul məbləği İddiaçı ilə Cavabdeh1 (Əmirquliyeva) arasında bölüşdürülmüşdür. Hətta cavabdeh Nəsirova (Əmirquliyeva) Kəmalə Əlican qızını notariat orqanına o, çağırtdırmışdır. Məhkəməyə şahid qismində cəlb edilmiş X23 məhkəmədə ifadəsində bildirdi ki, İddiaçı uşaqlıqdan, cavabdeh Nəsirova (Əmirquliyeva) Kəmalə Əlican qızını isə təxminən 2001-2002-ci illərdən tanıyır. Sözügedən evin tikildiyi torpaq sahəsini İddiaçı ilə cavabdeh Nəsirova (Əmirquliyeva) Kəmalə Əlican qızı birgə nikahda olduqları dövrdə almışdırlar. Onlar boşandıqdan sonra həmin ev müvafiq məhkəmə qərarına əsasən satılmışdır. Ev satıldıqda digər Cavabdeh2 7-8 yaşı var idi. İddiaçı ev üçün 7000 ABŞ dolları almış, qeyd edilən məbləğdə pul "xxxx" ASC-yə köçürülmüşdür. Notarius orqanının depozitinə qoyulmuş pul məbləği cavabdeh Nəsirova (Əmirquliyeva) Kəmalə Əlican qızına çatmalı idi və qeyd edir ki, ev satıldıqdan sonra Südabə Zəkiyevaya təhvil verilmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X8 məhkəmədə ifadəsində bildirdi ki, o, İddiaçı ilə Cavabdeh1 (Əmirquliyevanın) yaşadıqları ev ilə qonşuluqda olan evdə onlar ayrılana kimi yaşamışdır. Daha sonra qardaşının həyat yoldaşı Südabə Zəkiyeva həmin evi almaq istəmiş, aldıqdan sonra iddiaçı tərəfindən ev Südabə Zəkiyevaya təhvil verilmiş, Südabə Zəkiyeva evi təmir etdirdikdən sonra qızları ilə birlikdə sözügedən evdə yaşamağa başlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 30350 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18ci küçədə yerləşən, yaşayış sahəsi 15 kv.m., köməkçi sahəsi 7,2 kv.m. olan 1 otaqdan ibarət 199 saylı yaşayış evi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 24 mart 1997-ci il tarixli, 86 saylı sərəncamı əsasında İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 17 mart 2008-ci il tarixli, 2(012)- 189/2008 saylı qətnaməsindən görünür ki, İddiaçı iddiasının təmin edilməsi, İddiaçı ilə X5 arasında bağlanmış, Abşeron rayon VVADQ şöbəsində qeydə alınmış, 17 avqust 2001-ci il tarixli, 234 saylı nikah qeydinin ləğv edilməsi, xx xxxxxx 2002-ci il tarixdə anadan olmuş Cavabdeh2 X3 yanında qalmasının müəyyən edilməsi, X3 qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı xx xxxxxx 2002-ci il tarixdə anadan olmuş Cavabdeh2 saxlanması üçün X3 xeyrinə hər ay 40 manat məbləğində aliment tutulması, alimentin tutulma müddətinin 25 fevral 2008-ci il tarixdən müəyyən edilməsi, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 09 oktyabr 2008-ci il tarixli, 2(012)- 227/2008 saylı qətnaməsindən görünür ki, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, küçə 18-də yerləşən 199 saylı yaşayış evinin açıq hərrac yolu ilə satılması və satış zamanı əldə olunmuş məbləğin X5 ilə İddiaçı arasında mütənasib qaydada ½ nisbətdə bölünməsi qət edilmişdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 123609 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X5 ilə olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 197 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Abşeron rayon 2-ci dövlət notariat kontoru tərəfindən notarial qaydada təsdiq edilmiş 28 sentyabr 2009-cu il tarixli beh müqaviləsindən görünür ki, İddiaçı (beh alan) ilə X14 (beh verən) arasında müqavilə bağlanmış, həmin müqaviləyə görə İddiaçı (beh alan) Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçədə yerləşən, yaşayış sahəsi 15 kv.m., köməkçi sahəsi 7,2 kv.m. olan 1 otaqdan ibarət 199 saylı yaşayış evini X10 (beh verənə) satmaqla ondan evin razılaşdırılmış dəyərinin yarısını - 5607 manat məbləğində pulu beh olaraq almış və S.Zəkiyeva evin tam dəyərini 08 noyabr 2009-cu il tarixə kimi ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Abşeron rayonu 2 saylı dövlət notariat kontorunda rəsmiləşdirilmiş 30 sentyabr 2009-cu il tarixli ərizənin surətindən görünür ki, X2 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçədə yerləşən 199 saylı yaşayış evinin satışından 5607 manat məbləğində pulu almış və həmin ev ilə bağlı İddiaçı qarşı iddia və tələbinin olmayacağını öz xətti ilə yazdığı və imzaladığı ərizədə göstərmişdir. İş materiallarında olan ASAN Sumqayıt Mərkəzi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh2 və Nəsirova (Əmirquliyeva) Kəmalə Əlican qızı qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC-nin «Abşeron Sukanalı» İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilə xx.xx.2009-cu ildən X7 adına abonent kodu açılmış və su sayğacı quraşdırılmışdır, hazırda S.Zəkiyevanın borcu 522 kub.m. olmaqla 301 manat təşkil edir. İş materiallarında olan qonşular X6 və X13 tərəfindən imzalanaraq təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh2 və Cavabdeh1 2008-ci ildən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçədə yerləşən 199 saylı fərdi yaşayış evində yaşamır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə araşdırması zamanı təhqiq edilmiş sübutlarla cavabdeh Nəsirova (Əmirquliyeva) Kəmalə Əlican qızının məhkəmə qətnaməsi ilə himayəsinə verilmiş oğlu Cavabdeh2 ilə birlikdə 2008-ci ildən mübahisəli evdə yaşamadığı (mənzil mübahisəsi üzrə məhkəmə qətnaməsində verdiyi izahatına istinadən) və xx.xx.2009-cu ildə isə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçədə yerləşən 199 saylı yaşayış evinin satışından ona çatası 1/2 hissədə payını, yəni 5607 manat məbləğində pul vəsaitini tam olaraq alması və oğlu Cavabdeh2 ilə bu evi daimi olaraq tərk edərək başqa ünvana köçməsi öz təsdiqini tapdığından məhkəmə hesab edir ki,aşağıda qeyd olunan iddia tələbinin hüquqi əsasını təşkil edən maddi hüquq normaları iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından Cavabdeh1 mübahisəli evə 1/2 hissədə pay hüququna, həmçinin oğlu Cavabdeh2 ilə birlikdə istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istifadəsi kimi sahib olmaq, ondan istifadə etmək və ona icazə vermək hüququ ilə dövlət tərəfindən müəyyən edilmiş və qorunan hüququdur. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına icazə verilir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqələrinə alınır və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən hesablanmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonar şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (220.1.). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (220.2.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (220.3.). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (220.4.). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (220.5.). Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 18-ci küçəsində yerləşən 199 saylı evdən 1/2 hissədə pay hüququna və Cavabdeh2 ilə birlikdə həmin evdən istifadə hüququna xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar