Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2081/2023 03.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı cavabdehin qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin ərazinin mülkiyyətçinin qanuni istifadəsinə qaytarılması, qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı cavabdehin qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin ərazinin mülkiyyətçinin qanuni istifadəsinə qaytarılması, qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən 38641 kv.metr torpaq sahəsinin 300 kv.metr torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi tərtib edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddələrinin tələblərinə riayət edilməmişdir. İddia ərizəsində iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ona məxsus olan ünvan 1 ünvanında yerləşən 38641 kv.metr torpaq sahəsinin 300 kv.metr torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılmasını xahiş etsə də, qeyd olunan torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarışı və həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş müvafiq torpaq sahəsinin planı və ölçüsünü iddia ərizəsinə əlavə etməmişdir. Eyni zamanda iddiaçı 100 manat ödəməli olduğu halda, iddia ərizəsində dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan göründüyü kimi nəzərdə tutulduğundan az məbləğdə, yəni ********** nömrəli qəbz vasitəsi ilə 50 manat məbləğində dövlət rüsumuna görə ödəniş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 89.3-cü maddəsinə əsasən məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir; 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir; 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir; 152.1, 152.1.1-ci 152.1.3-cü maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizənin forma və məzmununa riayət edilmədiyindən və nəzərdə tutulduğundan az məbləğdə dövlət rüsumu ödənildiyindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı cavabdehin qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin ərazinin mülkiyyətçinin qanuni istifadəsinə qaytarılması, qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya İzah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Odur ki, məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından Vəkil xx.xx.2023-cü il tarixdə ********** saylı qəbz vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 50 manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil qaytarılmalı, qərardadın icrası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı cavabdehin qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılması, həmin ərazinin mülkiyyətçinin qanuni istifadəsinə qaytarılması, qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Vəkil xx.xx.2023-cü il tarixdə ********** saylı qəbz vasitəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödəmiş olduğu 50 (əlli) manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil qaytarılsın. Qərardadın bu hissədə icrası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-2081/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2081/2023
03.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver