Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-210/2024 15.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və onun vəkili-nümayəndəsi Cavabdeh3, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı mənzilin təhvil verilməsi, vurulmuş maddi və mənəvi zərərin qayatarılması və müqavilənin ləğv edilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı mənzilin təhvil verilməsi, vurulmuş maddi və mənəvi zərərin qayatarılması və müqavilənin ləğv edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 134 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında, 4-cü blok, 7-ci mərtəbədə yerləşən, 2 (iki) otaqdan ibarət, 231 nömrəli mənzilin cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsinə, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış Mənzil Tikintisi haqqında 001 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi, həmçinin Cavabdeh2 MMC-nin və Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində əldən çıxmış fayda kimi 23400 manat pulun və mənəvi zərərin əvəzi kimi 10000 manat pulun Cavabdeh2 MMC-dən və Cavabdeh1 alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə müraciət etmiş və iddia tələbini dəqiqləşdirərək Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli 134 nömrəli müqavilə üzrə ünvan 1 ünvanında, 4-cü blok, 7-ci mərtəbədə yerləşən, 2 (iki) otaqdan ibarət, 231 nömrəli mənzilin cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsinə, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanmış Mənzil Tikintisi haqqında 001 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmçinin Cavabdeh2 MMC-nin və Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində əldən çıxmış fayda kimi 19500 manat pulun və mənəvi zərərin əvəzi kimi 10000 manat pulun Cavabdeh2 MMC-dən və Cavabdeh1 alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o (nümayəndəsi), məhkəmə iclasına gəlməmiş və işə iştirakı(ları) olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə2 İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı mənzilin təhvil verilməsi, vurulmuş maddi və mənəvi zərərin qayatarılması və müqavilənin ləğv edilməsi tələbi barədə iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirdilər və mülki işin baxılmamış saxlanılmasını xahiş etdilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işə iştirakı olmadan baxılmasını xahiş etməmiş İddiaçı (və ya vəkili-nümayəndəsi) məhkəmə iclasına gəlmədiyindən, məhkəmə iclasında iştirak etmiş cavabdeh və onun vəkili-nümayəndəsi, eləcə də, digər cavabdehin nümayəndəsi mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 259.0.7-cı maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı birinci çağırışa gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən görünür ki, iddiaçının vəkili-nümayəndəsi Nümayəndə1 tərəfindən xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı mənzilin təhvil verilməsi, vurulmuş maddi və mənəvi zərərin qaytarılması və müqavilənin ləğv edilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 tərəfindən xx.xx.2023-ci il tarixdə dövlət büdcəsinə (Abşeron Rayon Məhkəməsinin hesabına, qəbz nömrəsi: **********) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-210/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-210/2024
15.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver