Məhkəmə qərarları › İş №e-2(012)-2107/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2107/2024

20.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2107/2024 20.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Zəkrəm oğlu və Cavabdeh3 qarşı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmabarədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Zəkrəm oğlu, Cavabdeh3 və X3 qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 və onun ailə üzvləri: xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh2 Zəkrəm oğlunun, - xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh3, - xx.xx.2018-ci il təvəllüdlü X2 Abşeron rayonu Xırdalan şəhəri Ə.Şəfiyev küçəsi 0,03 ha torpaq sahəsində yerləşən 4 saylı fərdi yaşayış evindən və xüsusi mülkiyətində olan torpaq sahəsindən çıxarılması və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh1 alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia bununla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə AN-İ № ******* nömrəli Daşınmaz Əmlak alqı-satqı müqaviləsin əsasən Abşeron rayonu Xırdalan şəhəri 0,03 ha torpaq sahəsini 161.7 kv.metr olan (daşınmaz əmlakın ümumi sahəsi) Cavabdeh1 almışdır. Alqı-satqı müqaviləsinin 11-ci , 12-ci, 13-cü bəndlərinə əsasən: -satıcı daşınmaz əmlak yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılığı vəziyyətdə xx.xx.2023-cü il tarixədək alıcını faktiki sahibliyinə verməyi öhdəsinə götürür. Həmçinin 13cü bəndinə əsasən satıcı xx.xx.2023-cü il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Alq-satqı müqaviləsindəki tələbləri öhdəsinə götürsə də, tələblərə riayət etməmiş, onu məhkəmələrə verməklə məqsədi Abşeron rayonu Xırdalan şəhəri, Ə.Şəfiyev küçəsi, ev 4- yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Şəfiyev küçəsiev 58-dən çıxmamaq olmuşdur. Sumqayıt şəhər məhkəməsində işə baxan hakim Günel Tanrıverdiyeva tərəfindən Cavabdeh1 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəmə Mülki Kollegiyasının 2(105)-1253/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova) sədrlik edən məruzəçi) Ayaz Mahmudov və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt şəhər Məhkəməsinin e-2(060)- 363/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-4728/2023 saylı qərarla Cavabdeh1 kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2021-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə tam mülkiyyətinə verilmişdir. Hazırda o, cavabdehdən tələb edir ki, ona məxsus xüsusi mülkiyyətində olan torpaq sahəsindən və evdən çıxsın. Lakin cavabdeh onun xahişinə heç bir məhəl qoymur və evdən çıxmır. Hazırda mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsindən və torpaq sahəsində yerləşən evə heç bir hüququ olmayan cavabdeh həmin evdən çıxarılmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Zəkrəm oğlunun (övladı xx.xx.2018-ci il təvəllüdlü X6 ilə birlikdə) Abşeron rayonu Xırdalan şəhəri Ə.Şəfiyev küçəsi 0,03 ha torpaq sahəsində yerləşən 4 saylı fərdi yaşayış evindən və xüsusi mülkiyətində olan torpaq sahəsindən çıxarılması və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh1 alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, onun təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Zəkrəm oğlu və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 avqust 2021-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı (torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evini) 150000 manata Cavabdeh1 almışdır. İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021cu il tarixdə qeydə alınmışdır. İşdə olan Sumqayıt Apellyasiya Məhkəmə Mülki Kollegiyasının 2(105)-1253/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və üçüncü şəxs Sumqayıt 4 saylı Notariat Ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi və çəkilmiş xərclərin cavabdehdən tutulması tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəmə Mülki Kollegiyasının 2(105)-1253/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-363/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması, iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli 2(102)-4728/2023 saylı Qərarına əsasən, iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 avqust 2023-cü il tarixli, 2(105)-1253/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsində və orada inşa edilmiş fərdi yaşayış evində heç bir hüquqi əsas olmadan yaşayırlar. Belə ki, mübahisəli torpaq və ev əvvəllər Cavabdeh1 məxsus olmuş, sonradan o, həmin torpaq sahəsini və evi 150000 manata iddiaçıya satmışdır. İşdəki hüquq müəyyənedici sənədlərdən görünür ki, mübahisəli daşınmaz əmlakların mülkiyyətçisi İddiaçıdur. Cavabdeh1 alqı-satqı müqaviləsini məhkəmə qaydasında mübahisələndirsə də, onun iddiası təmin edilməmişdir. Odur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi və onun əsasında iddiaçıya verilmiş çıxarışlar hazırda qüvvədədir. İddiaçı cavabdehlərdən mülkiyyətçisi olduğu əmlakdan çıxmalarını tələb etsə də, nəticəsi olmamışdır. Hazırda İddiaçı Cavabdeh1, Cavabdeh2 Zəkrəm oğlu və Cavabdeh3 qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Zəkrəm oğlunun (övladı xx.xx.2018-ci il təvəllüdlü X6 ilə birlikdə) Abşeron rayonu Xırdalan şəhəri Ə.Şəfiyev küçəsi 0,03 ha torpaq sahəsində yerləşən 4 saylı fərdi yaşayış evindən və xüsusi mülkiyətində olan torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103). Mülki qanunvericiliyə əsasən, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2010-cu il 15 yanvar tarixli Qərarı). İşin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə daşınmaz əmlak üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Cavabdehlərin bu cür qanunsuz müdaxiləsi iş materialları ilə tamamilə təsdiq olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Zəkrəm oğlu - övladı xx.xx.2018-ci il təvəllüdlü X6 ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri Ə.Şəfiyev küçəsi 0,03 ha torpaq sahəsində yerləşən 4 saylı fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalı, qeyd edilən daşınmaz əmlak iddiaçıya təhvil verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 100 manat dövlət rüsumu məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu Xırdalan şəhəri Ə.Şəfiyev küçəsi 0,03 ha torpaq sahəsində yerləşən 4 saylı fərdi yaşayış evindən və torpaq sahəsindən Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 Zəkrəm oğlu övladı xx.xx.2018-ci il təvəllüdlü X6 ilə birlikdə çıxarılsınlar. Həmin torpaq sahəsi və fərdi yaşayış evi boşaldılaraq İddiaçı təhvil verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat pul Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Zəkrəm oğlundan müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar