Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2110/2025 23.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X26 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 X25 Təranə Rasim qızı, X18, X19, X35 və X49) cavabdeh X39 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, miras vərəsəliyin açılması, əmlakın vərəsələr arasında bölünməsi və vərəsəlik üzrə payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X26 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, əmlakın miras kimi qəbul edilmiş hesab edilməsi, vərəsəliyin açılması və əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu 1 saylı Notariat ofisinin notariusu X50 tərəfindən təsdiqlənmiş 2V-148 reyestr nömrəli, xx.xx.2023-cü il tarixdə X20 adına verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ləğv edilməsi, mərhumə anası X21 adına ünvan 1 ünvanında yerləşən 100 saylı mənzilin (xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Seriya MA ******* saylı Çıxarışa əsasən (qeydiyyat nömrəsi **********) miras kimi qəbul edilmiş hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 100 saylı mənzilə miras vərəsəliyin açılması və qeyd edilən əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, xx.xx.2025-ci il tarixində İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 100 saylı mənzilə miras vərəsəliyin açılması və qeyd edilən əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi, onun payının müəyyən edilməsi, Abşeron rayonu 1 saylı Notariat ofisinin notariusu X50 tərəfindən təsdiqlənmiş 2V-148 reyestr nömrəli, xx.xx.2023-cü il tarixdə X20 adına verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, xx.xx.2025-ci il tarixində İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu 1 saylı Notariat ofisinin notariusu X50 tərəfindən təsdiqlənmiş 2V-148 reyestr nömrəli, xx.xx.2023-cü il tarixdə X20 adına 1/3 payın müəyyyən edilməsi barədə verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 100 saylı mənzilə dair əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi və onun miras əmlakdan 1/5 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı mərhum anası X40 17.09. 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçının anasının vəfatından sonra özünün şəxsi mülkiyyətində olan mənzil miras kimi qalmışdır. X21 adına ünvan 1 ünvanında yerləşən 100 saylı mənzilə xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Seriya MA ******* saylı Çıxarış (qeydiyyat nömrəsi **********) verilmişdir. X21 ölümündən sonra varisləri-İddiaçı, Abasquliyeva (Cəfərova) Əminə Fehruz qızı və X22r. Həmçinin bildirir ki, iddiaçının bacısı X11 vəfat edərkən azyaşlı olduğundan və ailənin savadı olmadığından, X6 ölüm haqqında şəhadətnamə alına bilməmişdir. Lakin iş materiallarına əlavə edilmiş məzar daşına aid fotoşəkildən göründüyü kimi X11 2001-ci il tarixində vəfat etmişdir və bu hal hamıya məlumdur. İddiaçının bacısı X35 xx.xx.2023-cü il tarixdə Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X41 ərizə ilə müracit edərək “pay bölgüsü ilə əlaqədar olaraq vərəsələr arasında mübahisə yarandığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə” ərizə ilə müraciət etmişdir. Lakin notarius tərəfindən verilən eyni tarixli 2435 saylı xx.xx.2023-cü il tarixli qərara əsasən “Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında” imtina məktubu verilmişdir. Tarixə diqqət yetirilsə görünür ki, Rima xanımın müraciət etdiyi gün, yəni xx.xx.2023-cü il tarixində heç bir müddət gözləmədən, vərəsələrin dairəsi müəyyən edilmədən ərizəçiyə imtina məktubu verilmişdir. Lakin 2 həftə sonra iddiaçının şəhid qardaşıoğlu X20 müraciəti əsasında 2V-148 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı iddia ərizəsi verməmişdən əvvəl cavabdeh quruma, yəni Abşeron rayon 1 saylı notariat ofisinə xx.xx.2024-cü il tarixində vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli 4294 saylı məktubla iddiaçıya da imtina məktubu verilmişdir. Səbəb olaraq göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə 2V-148 reyestrlə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və paylar müəyyən edilmişdir. Birinci dərəcəli vərəsələr sırasına iddiaçı, iddiaçının bacıları Abasquliyeva (Cəfərova) Əminə Fehruz qızı, X35, mərhum qardaşı X42 və mərhum qardaşı Rasimin uşaqları daxildirlər. Buna görə də vərəsələrin dairəsi müəyyən olunmadan Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən 14.
06. 2023-cü il tarixdə 2V-148 reyestrlə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qanunsuzdur və məhkəmə tərəfindən ləğv edilməlidir. İddiaçının mərhumə anası X40 rəhmətə gedəndən sonra mirası faktiki olaraq onlar qəbul etmişlər, yəni əmlaka sahiblik edərək mərhumənin dəfn mərasimini, yas məclislərini onlar təşkil etmişlər. X42 isə nəinki mirasa sahiblik etmiş əksinə vərəsələrin dairəsini gizlətmiş, əsl vərəsələrin adlarını qeyd etməmişdir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X49 izahatına bildirmişdir ki, o, iddia ərizəsinin təmin edilməsinə etiraz etməmişdir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Cəbrayıl Rayon Zaqs Bürosu tərəfindən verilmiş AЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə anadan olmuşdur. X7, anası isə X30r. -İ-ЭЖ 922732 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.1966-cı ildə anadan olmuşdur. X8, anası isə X30r. -X70 tərəfindən verilmiş İ-ЖГ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.1969-cu ildə anadan olmuşdur. X7, anası isə X30r. -Abşeron Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş Xİİ-ЖГ 258337 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1986-cı ildə anadan olmuşdur. X7, anası isə X30r. -X6 məxsus məzardaşına aid fotoşəkildən görünür ki, 1986-cı il təvəllüdlü X11 2001ci il tarixində vəfat etmişdir. -Abşeron Rayon Zaqs Şöbəsi tərəfindən verilmiş İİ-ЖГ 299772 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X43 xx.xx.1973-cü ildə anadan olmuşdur. X9, anası isə X30r. -Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 795050 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X43 xx.xx.1993-cü ildə vəfat etmişdir. -Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T 173372 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X42 xx.xx.1993-cü ildə anadan olmuşdur. X12, anası isə X13r. -Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ 012647 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2012-ci ildə anadan olmuşdur. X10, anası isə X38r. -Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ 012646 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2010-cu ildə anadan olmuşdur. X10, anası isə X38r. -Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 876440 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X37 xx.xx.2017-ci il tarixində vəfat etmişdir. -AA4105456 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X34 xx.xx.2003-cü ildə anadan olmuşdur. -AA2705950 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X28 xx.xx.2004-cü ildə anadan olmuşdur. -AA5278521 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X27 xx.xx.2005-ci ildə anadan olmuşdur. -X40 tərəfindən Sumqayıt “ASAN Xidmət” Mərkəzində Xüsusi Notariat Kontoruna ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, o, ünvan 1 ünvanında yerləşən 100 saylı mənzildə yaşamış və xx.xx.2017-ci il tarixdə vəfat etmiş X14 qalmış mirası qəbul etmişdir. -Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 214594 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X40 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş MA Seriyalı ******* nömrəki çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 100 saylı mənzil X21 tam payı olmaqla daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********02-05101-093141 reyestr nömrəsi ilə xx.xx.2012-ci il tarixində qeydiyyata alınmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın skanlaşdırılmış surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 100 saylı mənzil X21 tam payı olmaqla daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********02-05101-093141 reyestr nömrəsi ilə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın skanlaşdırılmış surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 100 saylı mənzil X21 1/3 payı olmaqla daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********02-05101-093141 reyestr nömrəsi ilə xx.xx.2024-cü il tarixində qeydiyyata alınmışdır. -Abşeron Rayon 1 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə təsdiqlənərək, reyestrdə 2V-148 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X23 vərəsəsi X42 miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – ünvan 1 ünvanında yerləşən 100 saylı mənzilindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq) 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. İşin araşdırılan hallarından məlum olmuşdur ki, X40 və X15 xx.xx.1966-cı ildə X31, xx.xx.1968-ci ildə İddiaçı, xx.xx.1969-cu ildə X35, xx.xx.1973-cü ildə X43, xx.xx.1986-cı ildə X11 və X37 adlı övladları anadan olmuşdur. X3 xx.xx.1993-cü ildə, X37 xx.xx.2017-ci ildə, X11 isə 2001-ci ildə vəfat etmişlər. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş MA Seriyalı ******* nömrəki çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 100 saylı mənzil X21 tam payı olmaqla daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********02- 05101-093141 reyestr nömrəsi ilə xx.xx.2012-ci il tarixində qeydiyyata alınmışdır. Daha sonra Abşeron Rayon 1 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə təsdiqlənərək, reyestrdə 2V-148 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədın göründüyü kimi xx.xx.2021-ci il tarixdə ölmüş X21 vərəsəsi X42 miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – ünvan 1 ünvanında yerləşən 100 saylı mənzilindən ibarətdir. Lakin iddia ərizəsindən göründüyü kimi vərəsələrin dairəsi müəyyən olunmadan Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə 2V-148 reyestrlə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Abşeron rayonu 1 saylı Notariat ofisinin notariusu X50 tərəfindən təsdiqlənmiş 2V-148 reyestr nömrəli, xx.xx.2023-cü il tarixdə X20 adına 1/3 payın müəyyyən edilməsi barədə verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 100 saylı mənzilə miras vərəsəliyin açılması, qeyd edilən əmlakın qanun üzrə vərəsələr arasında bölünməsi və onun miras əmlakdan 1/5 payının müəyyən edilməsini xahiş etmişdir. Mülki Məcəllənin: 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). X40 və X15 xx.xx.1966-cı ildə X31, xx.xx.1968-ci ildə İddiaçı, xx.xx.1969-cu ildə X35, xx.xx.1973-cü ildə X43, xx.xx.1986-cı ildə X11 və X37 adlı övladlarının anadan olması, X3, X37 və ildə X5 vəfat etməsi işin mübahisələndirilməyən halıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən şəhadətnamələr bilavasitə İddiaçı marağına toxunduğundan onun tələb etmə hüququ yaranmışdır, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə isə cavabdeh X42 tərəfindən alındığına görə iddia tələbinin ona qarşı yönəlməsi qanuni və əsaslıdır. Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. İş materiallarında olan Abşeron Rayon 1 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə təsdiqlənərək, reyestrdə 2V-148 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən göründüyü kimi, şəhadətnamə verilərkən, qanunvericiliyin tələblərinə əməl edilməmiş, xx.xx.2021-ci il tarixdə ölmüş X21 digər vərəsələrinin, mirasdan pay almaq hüququ olan şəxslərin olub-olmaması ətraflı yoxlanılmadan yalnız X43 miras əmlakdan tam hissədə pay almalı olduğuna dair şəhadətnamə verilmişdir. Məhkəmə qeyd edir ki, notariusun vəzifəsi vərəsələrin dairəsinin tam müəyyən edilməsi olduğu halda bunları etməmişdir. “Notariat Haqqında” Qanunun: 55-ci maddəsinə əsasən, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. 62-ci maddəsinə əsasən, ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 102-ci bəndinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Həmin Təlimatın 103-cü bəndinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Göründüyü kimi notarius qanunla nəzərdə tutulmuş üzərinə düşən vəzifələri yerinə yetirməmiş, nəticədə iddiaçı və digər pay hüquqlu şəxslərin mirasdan pay alma hüquqları pozulmuşdur. Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə məhkəmə sübutları qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Abşeron Rayon 1 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə təsdiqlənərək, reyestrdə 2V-148 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrin dairəsi tam nəzərə alınmadan verildiyindən etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Məhkəmə qeyd edir ki, X4 övladlarından X11 yetkinlik yaşında (1986-2001) vəfat etdiyindən, vəfat edərkən subay olduğundan və övladları olmadığından, X1 miras əmlaka olan payı digər vərəsələrin payına bərabər qaydada əlavə edilməlidir. Bundan əlavə məhkəmə bildirir ki, X4 X3 xx.xx.1993-cü ildə, X37 xx.xx.2017-ci ildə vəfat etsələr də, onların övladları olduğundan, X43 və X16 miras əmlaka olan payları nəzərə alınmalıdır. Həmçinin mərhum X16 və X20 övladları hazırda iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmədiklərindən, məhkəmə tərəfindən oların payları müəyyən edilməməlidir. Belə ki, onlar müvafiq notariat orqanına müraciət edərək, atalarının payına olan hissədə öz paylarını almaq hüquqları vardır. Odur ki, Məhkəmə hesab edir ki, X4 çıxarışa əsasən tam paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 100 saylı mənzilə dair miras payından vərəsələri İddiaçı, X35, X31, X43 və X16 hər birinin 1/5 hissədə payları müəyyən edilməlidir. İnsan hüquqlarının və X44 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə Məhkəmə sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Abşeron Rayon 1 saylı Notariat Ofisi tərəfindən X20 adına 1/3 payın müəyyyən edilməsi barədə verilmiş xx.xx.2023-cü il tarixli, 2V-148 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, ünvan 1 ünvanında yerləşən 100 saylı mənzil qanun üzrə vərəsələr arasında paylara uyğun bölünməli, X4 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********02-05101-093141 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən tam paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 100 saylı mənzilə dair miras payından vərəsələri İddiaçı, X35, X31, X43 və X16 hər birinin 1/5 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq):
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçılar tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddia tələbində tələb edilmədiyindən, həmin məbləğ iddiaçıların özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Abşeron Rayon 1 saylı Notariat Ofisi tərəfindən X20 adına 1/3 payın müəyyyən edilməsi barədə verilmiş xx.xx.2023-cü il tarixli, 2V-148 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilsin. ünvan 1 ünvanında yerləşən 100 saylı mənzil qanun üzrə vərəsələr arasında paylara uyğun bölünsün. X4 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********02-05101-093141 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən tam paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 100 saylı mənzilə dair miras payından vərəsələri İddiaçı, X35, X31, X43 və X16 hər birinin 1/5 hissədə payları müəyyən edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov