Məhkəmə qərarları › İş №e-2(012)-2130/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2130/2023

27.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2130/2023 27.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin tikilidən və torpaq sahəsindən çıxarılma, tikilinin və torpaq sahəsinin boşaldılması ilə tikilinin və torpaq sahəsinin onun əməli istifadəsinə verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı cavabdehin tikilidən və torpaq sahəsindən çıxarılma, fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması ilə fərdi yaşayış evinin və torpaq sahəsinin onun əməli istifadəsinə verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0045 ha torpaq sahəsindən və tikilidən çıxarılması, torpaq sahəsi və tikilinin boşaldılması ilə həmin tikili ilə torpaq sahəsinin onun əməli istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 29,30 kvadratmetrdən ibarət fərdi yaşayış evi və onun altında yerləşən 0,0045 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Bir neçə il bundan əvvəl cavabdeh ona müraciət edərək ailə vəziyyəti ilə əlaqədar olaraq yaşamağa yeri olmadığından xahiş etmişdir ki, iddiaçıya xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsində müvəqqəti sığınmaq üçün ona icazə versin. İddiaçı isə insanlığından dolayı cavabdehə qısa bir müddətdə özünə mənzil alana kimi yaşamasına icazə vermişdir. Cavabdeh bundan istifadə edərək məhəllənin hasara bitişik yerində sadəcə bir divar hördürməklə əvvəllər yarımtikili kimi hazır olan sahənin bir hissəsini düzəldərək orada yaşamağa başladı. Bir müddət sonra isə iddiaçıya məlum olmuşdur ki, cavabdeh ona müvəqqəti yaşamağa icazəsini verdiyi yarımtikilini artıq ayrı-ayrı adamlara kirayə verməklə pul qazanmaqla məşğul olur, özü də hamıya car çəkir ki, guya həmin ev (əslində yarımtikili idi) ona məxsusdur. Buna narazıçılığını bildirən də isə cavabdeh ona etiraz olaraq oradan çıxmayacağını, həmin sahənin ona məxsus olmaqla heç bir orqanın ona təsir edə bilməyəcəyini qətiyyətlə bildirdir. Odur ki, iddiaçı hazırda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, hazırda yaşadıqları evin yerləşdiyi torpaq sahəsini 2004-cü ildə Natiq adlı şəxsdən almış, həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. İddiaçı isə Natiq adlı şəxsin evini almış, həmin əraziyə onlardan sonra köçmüşdür. İddiaçı sonradan evində artırmalar etmiş,artırdığı divar onun evinin arxasıdır. İddiaçı hazırda evi satmaq istəyir. Ona görə iddia tələbi ilə məhkəməyə müraciət edir ki, onlara məxsus ərazini də ələ keçirərək yaxşı qiymətə sata bilsin. Yaşadıqları evin bütün kommunal xərclərini özləri ödəyir. Evə dair çıxarış almaq istəsə də, aidiyyəti orqanlar rədd cavabı vermişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən təmin edilməməlidir. İşin materiallarında olan İddiaçı adına qeydə alınmış xx.xx.2023-cü il tarixli Çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən sahəsi 29,30 kvadratmetrdən ibarət fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmaqla, həmin evin yerləşdiyi və əlavə olaraq sahəsi 0,0045 ha torpaq sahəsi dövlət mülkiyyətində olun istifadəsindədir. İşin materiallarından müəyyən edilir ki, həmin ev iddiaçıdan əvvəl onun mərhum əri X3 mülkiyyətində olmuş, həmin şəxs isə xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında həmin evi X1 almışdır. İşin materiallarında olan kommunal ödənişlərə dair sənədlərdən görünür ki, Cavabdeh qeyd edilən mübahisəli tikilidən 2004-cü ilin iyun ayından, yəni cavabdehin dediyi kimi iddiaçıdan əvvəl istifadə edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli 10/7215 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı adına qeydə alınmış xx.xx.2023-cü il tarixli Çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən sahəsi 29,30 kvadratmetrdən ibarət fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmaqla, həmin evin yerləşdiyi və əlavə olaraq sahəsi 0,0045 ha torpaq sahəsi plan –ölçüsünə koordinatları üzrə ölçülərinin yerində üst-üstə düşdüyü müəyyən olunur. Cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçının mülkiyytində olan həmin torpaq sahəsinin ərazi hüdudlarında yerləşdiyi müəyyən olunur.Tikilinin torpaq sahəsində yerləşmə vəziyyəti mütəxəsiss rəyinə əlavə olunmuş sxemdə öz əksini tapmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsində, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əqd hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəllə və digər normativ hüquqi aktlar ilə müəyyən olunmuş qaydada aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, i ş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2023-cü il tarixli 10/7215 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı adına qeydə alınmış xx.xx.2023-cü il tarixli Çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən sahəsi 29,30 kvadratmetrdən ibarət fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmaqla, həmin evin yerləşdiyi və əlavə olaraq sahəsi 0,0045 ha torpaq sahəsi plan –ölçüsünə koordinatları üzrə ölçülərinin yerində üst-üstə düşdüyü müəyyən olunur. Cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçının mülkiyytində olan həmin torpaq sahəsinin ərazi hüdudlarında yerləşdiyi müəyyən olunur.Lakin işin materiallarından görünür ki, cavabdehin istifadəsində olan mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti olan torpaq sahəsidir, iddiaçının Çıxarış vərəqində onun stifaədəsində olan torpaq sahəsi kimi qeyd edilsə də, işin materiallarında olan kommunal ödənişlərə dair sənədlərdən görünür ki, Cavabdeh qeyd edilən mübahisəli tikilidən 2004-cü ilin iyun ayından, yəni cavabdehin dediyi kimi iddiaçıdan əvvəl istifadə edir.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,İddiaçı Cavabdeh qarşı cavabdehin tikilidən və torpaq sahəsindən çıxarılma, tikilinin və torpaq sahəsinin boşaldılması ilə tikilinin və torpaq sahəsinin onun əməli istifadəsinə verilməsi tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. İddia təmin edilmədiyinə görə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı cavabdehin tikilidən və torpaq sahəsindən çıxarılma, tikilinin və torpaq sahəsinin boşaldılması ilə tikilinin və torpaq sahəsinin onun əməli istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar