Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2144/2022 16.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Abşeron rayonu Masazır kəndi “Yoncalıq” adlanan ərazidə 0.56 ha torpaq sahəsinin boşaldılması və onun üzərindəki tikilinin öz hesabına sökülərək Masazır Bələdiyyəsinin mülkiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıda əsaslara görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 149.1-ci maddəsinə əsasən iddia ərizəsi səlahiyyəti olan şəxs tərəfindən imzalanmalıdır. Belə ki, hazırki iddia ərizəsi Mülki Prosessual Məcəllənin 149.1-ci maddəsinin tələblərinə cavab vermir. Məhkəməyə ünvanlanmış iddia ərizəsi “Abşeron rayon Masazır Bələdiyyəsinin sədri İddiaçı tərəfindən imzalansa da, sonuncunun həqiqətən də həmin vəzifənin icraçısı olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Mülki Prosessual Məcəllənin: 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmalıdır. Məhkəmə həmçinin, qeyd edir ki, iddia ərizəsi Abşeron rayon Masazır Bələdiyyəsi tərəfindən ünvanlansa da, ərizə İddiaçı tərəfindən imzalanmaqla yanaşı, iddia ərizəsinin elektron versiyasında isə həmin şəxs iddiaçı kimi qeydiyyatdan keçmişdir. Göründüyü kimi, iddia ərizəsinin “Giriş hissəsi” ilə Elektron versiyası arasında ziddiyyət olduğundan, bununla da iddia ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Mülki Prosessual Məcəllənin: 152.1. və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Abşeron rayon Masazır Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, iddia ərizəsində yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya təkrarən ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur, eyni zamanda, iddia ərizəsi fiziki şəxs olan İddiaçı tərəfindən verildiyi təqdirdə isə dövlət rüsumunun ödənilməsinə dair qəbz əlavə edilməklə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM : İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2144/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2144/2022
16.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver