Məhkəmə qərarları › İş №e-2(012)-2190/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2190/2021

26.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2190/2021 26.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və arvadı Cavabdeh1 uşaqları Xanım və Səidlə birlikdə onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışında tərəflər mübahisəni könüllü qaydada həll etdiklərini qeyd edərək, barışıq sazişi bağladıqlarını bildirdilər və təsdiq edilməsi üçün məhkəməyə təqdim etdilər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(012)-2190/2021 nömrəli mülki iş üzrə tərəflər – İddiaçı və Cavabdeh2 aşağıda göstərilən şərtlər daxilində öz aralarında bu barışıq sazişini bağlamışdırlar: 1) Cavabdeh2 ailəsi – arvadı Cavabdeh1 və uşaqları Xanım və Səidlə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən 2021ci ilin avqust ayının sonuna qədər çıxmağı öhdəsinə götürür. 2) İddiaçı Cavabdeh2 ailəsi – arvadı Cavabdeh1 və uşaqları Xanım və Səidlə birlikdə onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən 2021-ci ilin avqust ayının sonuna qədər çıxmasına razılıq verir.” - təsdiq edilməli və iddia tələbi üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, işin icraatına xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərin barışıq sazişi bu məzmunda: 1) Cavabdeh2 ailəsi – arvadı Cavabdeh1 və uşaqları Xanım və Səidlə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən 2021ci ilin avqust ayının sonuna qədər çıxmağı öhdəsinə götürür. 2) İddiaçı Cavabdeh2 ailəsi – arvadı Cavabdeh1 və uşaqları Xanım və Səidlə birlikdə onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən 2021-ci ilin avqust ayının sonuna qədər çıxmasına razılıq verir.” - təsdiq edilsin. Hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar