Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2223/2021 01.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı “vərəsəlik hüququnun tanınması” tələbi barədə iddia ərizəsini (iddia ərizəsinə iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən başqa heç bir sənəd əlavə olunmamışdır) nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı “vərəsəlik hüququnun tanınması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “atası X1 ölümündən sonra onun vərəsəlik hüququnun tanınması”nı xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, ərizə qeyri-müəyyən olmaqla, iddiaçı tələbini dəqiq və tam ifadə etməmişdir. Yəni iddiaçı tələbini bir cümlə - “atası X1 ölümündən sonra onun vərəsəlik hüququnun tanınması” ilə ifadə edərək, iddia tələbini əsaslandırmamışdır. Eləcə də, məhkəmə qeyd etməyi lazım bilir ki, vərəsəlik hüququnun tanınması məhkəmə qaydasında deyil, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsi ilə tələb olunur ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Həmçinin də iddia ərizəsində nə ərizəyə əlavə edilməli olan sənədlərin siyahısı göstərilməmiş, nə də ki iddia ərizəsinə iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən başqa heç bir sənəd əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə görə, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 150-ci maddəsinin tələblərinə görə, iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilməlidir. Həmin Məcəllənin 152.1 və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin Mülki- Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı “vərəsəlik hüququnun tanınması” tələbi barədə iddia ərizəsi (iddia ərizəsinə iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən başqa heç bir sənəd əlavə olunmamışdır) iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2223/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2223/2021
01.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver