Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-225/2023 11.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil1 Həsən oğlunun, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti) qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki işə 11 aprel 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzbati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti) qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanına istifadə hüququn tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı müqavilə ilə ona verilmiş Abşeron rayonu Mehdiabad qəsəbəsi Gənclər Şəhərciyi 5 nömrəli evin 32-ci mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 07 yanvar 2016-cı il tarixində Abşeron rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. O vaxtdan İddiaçı ərinə məxsus ünvan 1 ünvanında yaşamaqla həmin mənzildə məskunlaşmışdır. Sözü gedən mənzil üç otaqdan ibarətdir. O, özünə məxsus olan cehiz əşyalarını da həmin mənzilə də yerləşdirmişdir. Lakin bir müddətdir ki, cavabdeh iddiaçını həmin mənzilə buraxmır. İddiaçı Kəlbəcər rayonundan olan məcburi köçkündür başqa yaşayış yeri isə yoxdur. Həmin mənzil hal-hazırda cavabdehin istifadəsində qalmışdır. Cavabdeh həmin mənzildə iddiaçının yaşamağına maneçilik törədir. Buna sübut olaraq cavabdeh xx.xx.2021-ci il tarixində iddiaçını birgə yaşadıqları ünvan 2 ünvandakı mənzildə döyərək ona bədən xəsarəti yetirmiş və həmin mənzildən çıxarmışdır. Belə olan halda iddiaçı aidiyyatı üzrə Abşeron rayon Polis idarəsinə şikayət etmiş və Cavabdeh barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cavabdeh cinayət məsuliyyətinə cəlb olunaraq barəsində Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 06 ay müddətində azadlığın məhdudlaşdırılması növündə ona cəza təyin olunmuşdur. Lakin bundan nəticə çıxarmayaraq 2022-ci ilin may ayında yenidən həmin evdə iddiaçının yaşamağına maneçilik törədərək yaxın tanışlarının köməkliyi ilə sözü gedən mənzilə gələrək iddiaçıya nalayiq söyüşlər söyərək onu mənzildən məcburi qaydada çıxarmışdır. Demək olar ki cavabdeh tərəfindən iddiaçının sözü gedən mənzildə yaşamaqdan məhrum etməklə bağlı yuxarıda qeyd edilənlər artıq mütəmadi olaraq baş verır. Mübahisələndirilən mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı cavabdehin ailə üzvü kimi həmin mənzildən istifadə hüququna malikdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı müqavilə ilə ona verilmiş Abşeron rayonu Mehdiabad qəsəbəsi Gənclər şəhərciyi 5 nömrəli evin 32-ci mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Kəlbəcər rayonundan məcburi köçkün kimi Azərbaycan Respublikası Qaçqinların və X21 üzrə Dövlət komitəsinin Mənzil Kommunal İstismar Sahəsi ilə onun arasında bağlanmış 19 avqust 2015-ci il tarixli 147 nömrəli Xüsusi təyinatlı yaşayış X15 əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən 5 nömrəli evin ümumi sahəsi 117 kv. metr olan 32-ci mənzil müvəqqəti yaşamaq üçün onun istifadəsinə və sahibliyinə verilmişdir. Müqavilədə kirayənişinin ailə üzvləri kimi X1 Elşən Arif oğlu X2 Adilə Ənvər qızı vardır. Aralarında olan nikah pozulduqdan sonra X4 iki uşaq ilə birlikdə yaşadığı mənzilə köçürülmə barədə iddia ilə məhkəməyə müraciət etmiş, Abşeron rayon məhkəməsinin 02 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh İddiaçı ilə 07.01 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Cavabdeh ilə ailə qurduğu vaxtdan anası X8 cavabdehin təqsiri ucbatından evdən ayrı düşmüşdür. Eyni zamanda məhkəmə qətnaməsinə uyğun olaraq mənzilə köçürüləsi şəxslər də cavabdehə görə köçürülə bilməmişdir. Cavabdeh ilə ailə münasibətləri gərginləşdiyindən, onunla yaşamağın mümkün olmadığından yaşadığı evi tərk etməli olmuşdur. Artıq bir ildən çox vaxtdır ki anası ilə birlikdə orda- burda qalmışlar. Cavabdeh ilə aralarında olan nikah Kəlbəcər rayon məhkəməsinin 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehin Xırdalan ərazisində özünə məxsus evi var. Buna baxmayaraq, kirayəçisi olduğu mənzilə iddialıdır. Mübahisəli mənzildə yaşamaq hüququna malik şəxslərin dairəsi ona verilmiş Xüsusi Təyinatlı Yaşayış X11 öz əksini tapmışdır. Cavabdehin mübahisəli mənzildə yasağının heç bir hüququ əsası yoxdur, ona görə də cavabdehin müqavilə əsasında ona verilmiş mübahisəli mənzildən çıxarılmasını istəyir. Bundan əlavə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia tələbinə qarşılıqlı iddia ilə oxşar məzmunda etiraz vermişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil1 Həsən oğlu qarşılıqlı iddia tələbinə etiraz edərək bildirmişdir ki, qarşılıqlı iddia ərizəsində qeyd edilənlər həqiqətə uyğun deyil və tamamilə əsassızdır. Belə kı, qarşılıqlı iddia ərizəsində qeyd edilir ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.2022-ci il tarixdə Kəlbəcər Rayon Məhkəməsinin qətnaməsi ilə pozulduğundan, artıq İddiaçı onun ailə üzvü sayılmır və mübahisəli mənzilə də heç bir hüququ yoxdur. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almamış, həmin qətnamədən qanunla nəzərdə tutulmuş qaydada apelyasiya şikayəti verilmişdir. Yəni İddiaçı hələ də qarşılıqlı iddia üzrə iddiaçının ailə üzvü sayılaraq həmin mənzildən istifadə hüququna malikdir. Daha sonra qarşılıqlı iddia ərizəsi heç bir əsas, sübut göstərilmədən guya İddiaçı başqa yaşayış yeri olduğu qeyd edilir. Abışova X20 rayonundan olan məcburi köçkündür və onun başqa heç bir yaşayış yeri soxdur. Ona məxsus olan cehiz əşyaları da hal-hazırda mübahisəli mənzildədir. Lakin, Cavabdeh bir müddətdir ki, İddiaçı həmin mənzilə buraxmır, onun həmin mənzildə yaşamasına maneçilik törədir. Buna sübut olaraq, Cavabdeh xx.xx.2021-ci il tarixində İddiaçı ilə birgə yaşadıqları ünvan 3 ünvanındakı mənzildə döyərək ona bədən xəsarəti yetirmiş və həmin mənzildən çıxarılmışdır. Belə olan halda İddiaçı aidiyyəti üzrə Abşeron rayon Polis idarəsinə şikayət etmiş və Cavabdeh Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona cinayət işi başlanmışdır. Cavabdeh cinayət məsuliyyətinə cəlb olunaraq barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmuşdur. Lakin o, yenidən Demək olar ki. Cavabdeh tərəfindən İddiaçı 2022-ci ilin mayın ayında himin evdə İddiaçı yaşamağına maneçilik törədərək, yaxın tanışlarının köməkliyi ilə sözü gedən mənzilə gələrək, İddiaçı Abdullla qızına nalayiq söyüşlər söyərək onu mənzildən məcburi qaydada çıxarmışdır.Abdullla qızının sözü gedən mənzilə yaşamaqdan məhrum etməklə bağlı yuxarıda qeyd edilənlər artıq mütəmadi olaraq baş verir. Bu da onun həmin mənzildə yaşamasına maneçilik yarardır. İddiaçı qarşılıqlı iddia ərizəsində keçmiş arvadının mübahisəli mənzilə köçürülmə barədə məhkəmə qətnaməsi olmasına baxmayaraq, guya İddiaçı təqsiri ucbatından mənzilə köçürülə bilmədiyini qeyd edir. Halbuki, İddiaçı özü həmin mənzilə buraxılmır. Maraqlıdır, Cavabdeh ailə münasibətləri ləğv edilmiş şəxslərin mübahisəli mənzilə köçürülməsinə etiraz etmir. Lakin hələ də nikahda sayılan səxsin mənzilə köçürülməsinə əsas olmadığını bildirir. Qeyd edilənlərə əsasən məhkəmədən Cavabdeh, İddiaçı qarşı “mənzildən çıxarılma" tələbinə dair qarşılıqlı iddiasına etiraz edir, məhkəmədən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkilinümayəndəsi Vəkil1 Həsən oğlu iddia ərizəsini müdafiə edib, təmin edilməsini, qarşılıqlı iddia tələbinə verdiyi etirazı müdafiə edərək qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh- qarşılıqlı iddiaçı Cavabdeh, onun vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək təmin edilməsini, ilkin iddia tələbinə verdiyi etirazı müdafiə edərək rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ilk iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Mülki iş materiallarında olan Qaçqınların və X21 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2022-ci il tarixli 517 nömrəli arayışdan görünür ki, Abışova X23 rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, ev 5 mənzil 32 ünvanında müvəqqəti məskunlaşmışdır. Kəlbəcər rayonundan məcburi köçkündür. Mülki iş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-127/2022 saylı hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Mülki iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə rəsmi nikah bağlanmışdır. Mülki iş materiallarında olan Qaçqınların və X21 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2021-ci il tarixli 1357 nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 4 ünvanında müvəqqəti məskunlaşmışdır. Kəlbəcər rayonundan məcburi köçkündür. Mülki iş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-461/2016 saylı qətnamənin surətindən görünür ki, X4, X16, X3 rayonu, Mehdiabad qəsəbəsi ərazisində inşa olunmuş “ünvan 6 ünvanında yerləşən 3 otaqlı mənzilə köçürülməsi qət edilmişdir. Mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli 147 nömrəli Xüsusi Təyinatlı Yaşayış X12 surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların v X21 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində inşa olunmuş “ünvan 6 ünvanı Cavabdeh sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Kirayəçinin ailə üzvləri: X4, X16, X17 və X8. Mülki iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(104)-2661/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Kəlbəcər rayon Məhkəməsinin 2(040)-246/2022 aylı mülki iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 07 yanvar 2016-cı il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində 04 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Mülki iş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli, 1(012)-614/2020 saylı qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli 147 nömrəli Xüsusi Təyinatlı Yaşayış X15 əsasən Azərbaycan Respublikası Qaçqınların v X21 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində inşa olunmuş “ünvan 6 ünvanı Cavabdeh sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Kirayəçinin ailə üzvləri: X4, X16, X17 və X6r. Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-461/2016 saylı qətnamənin surətindən görünür ki, X4, X16, X3 rayonu, Mehdiabad qəsəbəsi ərazisində inşa olunmuş “ünvan 6 ünvanında yerləşən 3 otaqlı mənzilə köçürülməsi qət edilmişdir. Həmçinin , müəyyən edilmişdir ki,İddiaçı ilə Cavabdeh 07 yanvar 2016-cı il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. O vaxtdan İddiaçı ərinə məxsus ünvan 7 ünvanında yaşamaqla həmin mənzildə məskunlaşmış, 2022-ci ilin may ayından aralarında olan münaqişəli vəziyyətlə əlaqədar mübahisəli mənzili tərk etmişdir. Hazırda mənzil cavabdeh-qarşılıqlı iddiaçının istifadəsindədir,tərəflər arasında rəsmi nikah pozulmuşdur. Həmçinin müəyyən edilmişdir ki,tərəflər birgə nikahda olduqları münasibətdə normal ailə münasibətləri olmamış, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli, 1(012)- 614/2020 saylı qərarı ilə Cavabdeh İddiaçı münasibətdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir.Bundan başqa,Cavabdeh Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə cinayət məsuliyyətinə cəlb olunaraq barəsində 06 ay müddətində azadlığın məhdudlaşdırılması növündə ona cəza təyin olunmuşdur. İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanına istifadə hüququn tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı müqavilə ilə ona verilmiş Abşeron rayonu Mehdiabad qəsəbəsi Gənclər Şəhərciyi 5 nömrəli evin 32-ci mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ”nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov sovmaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinin tələbinə əsasən, xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı asayiş sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış X15 görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış X11 müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Beləliklə, qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə qeyd edir ki, tərəflərin ailə münasibətlərinə xitam verildiyindən,2022-ci ilin may ayından iddiaçı mübahisəli mənzili tərk edib getdiyindən, yəni artıq mübahisəli mənzildə yaşamadığından ,mənzil isə xüsusi təyinatlı mənzil olub,cavabdehin və onun digər ailə üzvlərinin istifadəsinə verildiyindən ilkin iddia tələbi və qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-ci maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti) qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair ilk iddia təmin edilməsin. Cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-225/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-225/2023
11.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver