Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2295/2021 17.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı «xxxx» (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxx» ASC-in Cavabdeh qarşı «fərdi yaşayış evindən məcburi çıxarılma, istifadə hüququna xitam verilməsi və yaşayış sahəsinin boşaldılması» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Digah qəsəbəsində 0,125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 120,5 kv.m ümumi, 85,4 kv.m yaşayış sahəsi, 35,1 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasına, onun istifadə hüququna xitam verilməsinə, yaşayış sahəsinin boşaldılmasına və 20 (iyirmi) manat dövlət rüsümunun cavabeh Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxx» ASC-in nümayəndəsi X4 məhkəmədə iddia tələbini onunla əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin 15 fevral 2016-cı il tarixli 2(012)-322/2016 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh qarşı Girovlu istehlak krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka qoyulmuş əmlaka yönəldilməsinə dair iddia tələbi təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 115567-1-8068 saylı, 02.08.2013-cü il tarixli “Girovlu istehlak krediti müqaviləsi”ndən yaranmış 11.11.2015-ci il tarixə Banka borclu olduğu 29027,72 (iyirmi doqquz min iyirmi yeddi dollar yetmiş iki sent) ABŞ dolları əsas kredit borcunun, 13262,27 (on üç min iki yüz altmış iki dollar iyirmi yeddi sent) ABŞ dolları faiz borcunun, 2770,60 (iki min yeddi yüz yetmiş dollar altmış sent) ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun və 20 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün çəkilmiş xərcin əvəzi Cavabdeh Mirasəf oğlundan tutulub İddiaçı ASC-yə ödənilməsi, ödəmənin ipoteka ilə yüklü edilmiş Cavabdeh Mirasəf oğlunun mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsində 0,125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 120,5 kv.m ümumi, 85,4 kv.m yaşayış sahəsi, 35,1 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracdan satılması, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 75500 (yetmiş beş min beş yüz) ABŞ dolları məbləğində müəyyən edilməsi, satışdan əldə edilən vəsaitdən cəmi 45060,59 (qırx beş min altmış dollar əlli doqquz sent) ABŞ dolları məbləğində (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) pul vəsaiti İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi Cavabdeh Mirasəf oğluna verilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli 2(012)-322/2016 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 15 fevral 2016-cı il tarixli, 2(012)-322/2016 saylı qətnaməsində olan yanlışlığın aradan qaldırılması, “fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 75500 (yetmiş beş min beş yüz dollar) ABŞ dolları məbləğində müəyyən edilsin” sözü - “fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiymətinin 75500 (yetmiş beş min beş yüz manat) AZN məbləğində müəyyən edilsin”, o cümlədən Cavabdeh Mirasəf oğlu sözündə ata adı Mirasəf əvəzinə Mirzasəf kimi oxunması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 17 aprel 2017-ci il tarixli 2(105)- 102/2017 saylı qətnaməsi ilə Cavabdeh apelyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin iş üzrə 15 fevral 2016-cı il tarixli 2(012)-322/2016 saylı qətnaməsinin dəyişdirilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 115567-1-8068 saylı, 02.08.2013-cü il tarixli “Girovlu istehlak krediti müqaviləsi”ndən yaranmış 11.11.2015-ci il tarixə Banka borclu olduğu 10827,31 (on min səkkiz yüz iyirmi yeddi dollar otuz bir sent) ABŞ dolları faiz borcunun, 500 (beş yüz dollar) ABŞ dolları cərimə borcunun, məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması, Cavabdeh keçirilmiş iş üzrə ekspertiza xərci 50 (əlli) manat tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN: **********; Hesab AZ34CTRE********************) köçürülməsi qət edilmişdir. Bank qarşısında ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldilməsinə dair məhkəmə qərarı qanuni qüvvəsini almış, icraya yönəldilmiş, həmin əmlak barəsində məcburi icra hərəkətləri həyata keçirilmiş və satılması üçün açıq hərraca çıxarılmışdır. Hərrac təşkilatçısı “X1 Mərkəzi” MMC-nin 01 dekabr 2020-ci il tarixli YP № 039 saylı “Satış Protokolu” na əsasən hərracın qalibi (alıcı) İddiaçı ASC olmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Abşeron rayonu, Digah qəsəbəsində 0,125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 120,5 kv.m ümumi, 85,4 kv.m yaşayış sahəsi, 35,1 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evi üzərində İddiaçı ASC-nin mülkiyyət hüquqları qeydə alınmışdır. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 15 fevral 2016-cı il tarixli 2(012)-322/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh qarşı Girovlu istehlak krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka qoyulmuş əmlaka yönəldilməsinə dair iddia tələbi təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 115567-1-8068 saylı, 02.08.2013-cü il tarixli “Girovlu istehlak krediti müqaviləsi”ndən yaranmış 11.11.2015-ci il tarixə Banka borclu olduğu 29027,72 (iyirmi doqquz min iyirmi yeddi dollar yetmiş iki sent) ABŞ dolları əsas kredit borcunun, 13262,27 (on üç min iki yüz altmış iki dollar iyirmi yeddi sent) ABŞ dolları faiz borcunun, 2770,60 (iki min yeddi yüz yetmiş dollar altmış sent) ABŞ dolları məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun və 20 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün çəkilmiş xərcin əvəzi Cavabdeh Mirasəf oğlundan tutulub İddiaçı ASC-yə ödənilməsi, ödəmənin ipoteka ilə yüklü edilmiş Cavabdeh Mirasəf oğlunun mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsində 0,125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 120,5 kv.m ümumi, 85,4 kv.m yaşayış sahəsi, 35,1 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracdan satılması, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 75500 (yetmiş beş min beş yüz) ABŞ dolları məbləğində müəyyən edilməsi, satışdan əldə edilən vəsaitdən cəmi 45060,59 (qırx beş min altmış dollar əlli doqquz sent) ABŞ dolları məbləğində (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) pul vəsaiti İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 17 aprel 2017-ci il tarixli 2(105)- 102/2017 saylı qətnaməsi ilə Cavabdeh apelyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin iş üzrə 15 fevral 2016-cı il tarixli 2(012)-322/2016 saylı qətnaməsinin dəyişdirilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 115567-1-8068 saylı, 02.08.2013-cü il tarixli “Girovlu istehlak krediti müqaviləsi”ndən yaranmış 11.11.2015-ci il tarixə Banka borclu olduğu 10827,31 (on min səkkiz yüz iyirmi yeddi dollar otuz bir sent) ABŞ dolları faiz borcunun, 500 (beş yüz dollar) ABŞ dolları cərimə borcunun, məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması, Cavabdeh keçirilmiş iş üzrə ekspertiza xərci 50 (əlli) manat tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə (VÖEN: **********; Hesab AZ34CTRE********************) köçürülməsi qət edilmişdir. İş materiallarında olan hərrac təşkilatçısı “X1 Mərkəzi” MMC-nin 01 dekabr 2020-ci il tarixli YP № 039 saylı “Satış Protokolu” ndan görünür ki, hərracın qalibi (alıcı) İddiaçı ASC olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən Abşeron rayonu, Digah qəsəbəsində 0,125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 120,5 kv.m ümumi, 85,4 kv.m yaşayış sahəsi, 35,1 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evi üzərində İddiaçı ASC-nin mülkiyyət hüquqları qeydə alınmışdır. Məhkəmə «xxxx» (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsini dinləyib iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Abşeron rayonu, Digah qəsəbəsində 0,125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 120,5 kv.m ümumi, 85,4 kv.m yaşayış sahəsi, 35,1 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evi «xxxx» ASC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 203.3.1-ci maddəsinin tələbinə əsasən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əsası ilə əmlakın mülkiyyətçidən məcburi alınmasına qanunvericiliklə yol verilir. Həmin Məcəllənin 205.2-ci maddəsinin tələbinə görə tutmanın yönəldiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Göründüyü kimi, borclu Cavabdeh məxsus olmuş Abşeron rayonu, Digah qəsəbəsində 0,125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 120,5 kv.m ümumi, 85,4 kv.m yaşayış sahəsi, 35,1 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evi Bank qarşısında ipoteka ilə yüklü edilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən tutma həmin əmlaka yönəldilmiş, həmin əmlak açıq hərracdan satılmış, hərracın qalibi (alıcısı) Bank olmuş və onun mülkiyyət hüququ dövlət qeydiyyat orqanında qeydə alınmışdır. Qanunvericiliyin yuxarıda şərh edilən xüsusatlarından müəyyən olunduğu kimi, Cavabdeh məxsus olmuş Abşeron rayonu, Digah qəsəbəsində 0,125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 120,5 kv.m ümumi, 85,4 kv.m yaşayış sahəsi, 35,1 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evi açıq hərracdan Banka satıldıqdan sonra ipoteka qoyan Cavabdeh yaşayış sahəsini 1 (bir) ay müddətində boşaltmaq vəzifəsi yaranmışdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 20 (iyirmi) manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Abşeron rayonu, Digah qəsəbəsində 0,125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 120,5 kv.m ümumi, 85,4 kv.m yaşayış sahəsi, 35,1 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılsın, cavabdehin həmin fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin, Abşeron rayonu, Digah qəsəbəsində 0,125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 120,5 kv.m ümumi, 85,4 kv.m yaşayış sahəsi, 35,1 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evi boşaldılsın və 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-2295/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2295/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver