Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2339/2022 05.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 may 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 10.01.2022-ci tarixli, 200/22-02 nömrəli əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun Cavabdehndə “coğrafiya müəllimi” vəzifəsinə bərpa edilməsi və 50 (əlli) manat məbləğində mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pulun Cavabdehndən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 19.09.2019-cu il tarixdə Cavabdeh MMC ilə müddətli əmək müqaviləsi bağlayaraq həmin müəssisədə coğrafiya müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddəti 19.09.2020-ci il tarixədək müəyyən olunmuşdur. Əmək müqaviləsinin müddəti 19.09.2020-ci il tarixdə başa çatmasına baxmayaraq, tərəflər əmək münasibətlərini davam etdirməklə müqaviləyə xitam verilməsini tələb etmədiyindən müqavilənin müddəti əvvəl müəyyən edilmiş müddətə, yəni 19.09.2021-ci il tarixə, eyni qaydada 19.09.2022-ci il tarixədək uzadılmışdır. Lakin 10.01.2022-ci il tarixdə işəgötürən heç bir səbəb olmadan onu müəssisənin inzibati binasına buraxmamış və əsassız yerə işdən kənarlaşdırmışdır. Məsələyə aydınlıq gətirməyə cəhd etsə də, işəgötürən danışıqlardan imtina etmişdir. Buna görə də, əsassız və qanunsuz olaraq işdən kənarlaşdırılmağı barədə X6 Xidmətinə müraciət etmişdir. Bu müraciətindən sonra 25.01.2022-ci il tarixdə ona işdən çıxarılmağı ilə bağlı 10.01.2022-ci il tarixli əmr təqdim olunmuşdur. Bundan sonra 03.02.2022-ci il tarixdə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair cavabdehə təklif məktubu göndərmiş, daha sonra bu barədə Mediasiya Şurasına müraciət etmişdir. 03.03.2022-ci il tarixdə Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru X3 tərəfindən onun və cavabdehin nümayəndəsinin iştirakı ilə ilkin mediasiya sessiyası keçirilmiş, tərəfindən 50 (əlli) manat məbləğində mediasiya xərci ödənilmiş və “X1 sonra prosesin davam etdirilə bilməməsi barədə” 03.03.3022-ci il tarixli, MŞB/2-00339 nömrəli arayış 09.03.2022-ci il tarixdə ona təqdim olunmuşdur. Odur ki, hazırda o, bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh MMC-nin 10.01.2022-ci tarixli, 200/22-02 nömrəli əmri qanunsuz və əsassızdır. Belə ki, əmrin verilməsinə əsas kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə istinad edilərək göstərilmişdir ki, “... Liseyin coğrafiya müəllimi İddiaçı 10.01.2022-ci il tarixindən müqavilə vaxtı bitdiyi üçün tutduğu vəzifədən azad edilsin...”. Halbuki, işəgötürənlə bağladığı əmək müqaviləsinin müddəti 19.09.2022-ci il tarixədək müəyyən olunmuşdur. Belə ki, 19.09.2019-cu il tarixli əmək müqaviləsinin müddəti 19.09.2020-ci il tarixdə başa çatmasına baxmayaraq, tərəflər əmək münasibətlərini davam etdirməklə müqaviləyə xitam verilməsini tələb etmədiyindən qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilənin müddəti əvvəl müəyyən edilmiş müddətə, yəni 19.09.2021-ci il tarixə kimi, eyni qaydada 19.09.2022-ci il tarixədək uzadılmışdır. Tərəflər arasında bağlanmış müqavilə müddəti başa çatmadığı halda, Cavabdeh MMC onunla bağlanmış müddətli əmək müqaviləsinə birtərəfli qaydada xitam verməklə qanunvericiliyin tələblərini və onun əmək hüquqlarını pozmuşdur. Həmçinin, 10.01.2022-ci tarixli, 200/22-02 nömrəli əmrdə bu əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənəd kimi guya Cavabdeh MMC ilə onun arasında bağlanmış 19.09.2020-ci il tarixli müqaviləsindəki 05.07.2021-ci il tarixli razılaşma göstərilsə də, işəgötürənlə belə bir razılaşma bağlamamış və bu barədə hər hansı sənəd imzalamamışdır. Belə bir razılaşmadan xəbəri yoxdur. Göründüyü kimi əmr əsassızdır. Ona görə də Cavabdeh MMC-nin 10.01.2022-ci tarixli, 200/22-02 nömrəli əmri ləğv edilməli, qanunsuz və əsassız olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməklə, əvvəlki vəzifəsinə bərpa edilməli, qanunsuz və əsassız olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməklə, əvvəlki vəzifəsinə bərpa edilməlidir. İddiaçı sonradan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulan mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pulun Cavabdehndən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bunu belə əsaslandırmışdır ki, qanunsuz olaraq işdən çıxarılmağı, cavabdehin öz qanunsuz hərəkətlərinə son qoymaq əvəzinə, X6 Xidmətinə etdiyi müraciətindən sonra guya əmək müqaviləsinin tərəfindən oğurlanılması barədə işəgötürən tərəfindən Abşeron Rayon Polis İdarəsinə şikayət edilməsi onun çox ağır sarsıntı və iztirab keçirməyinə səbəb olmuşdur ki, bu mənəvi sarsıntı və iztirablar ölçüyə gəlməzdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə verilən etirazı müdafiə edərək bildirdi ki, iddia tələbini qəbul etmir və iddia tələbinə etiraz edir. MMC ilə İddiaçı arasında 2019-ci ilin sentyabr ayında müddətli əmək müqaviləsi bağlanmış və daha sonra həmin müddətli əmək müqaviləsinə əlavələr edilmişdir. 2019-cu ilin sentyabr ayında bağlanmış əmək müqaviləsinin 31.12.2021-ci il tarixdə müddəti bitmişdir. Bunla bağlı İddiaçı dəfələrlə xəbərdarlıqlar edilərək müddətli əmək müqaviləsinin 31.12.2021-ci il tarixdə bitəcəyini və onunla 31.12.2021-ci il tarixdən sonra əmək müqaviləsinin uzadılmayacağı bildirilmişdir. Bundan sonra, sözügedən əmək müqaviləsinə 11.01.2022-ci il tarixdə əmək qanunverciliyinin tələblərinə uyğun olaraq xitam verilmişdir. Daha sonra, MMC tərəfindən qeyd edilən əmək müqaviləsinin xitam verilməsinə dair müvafıq sənədləşmə işlərinin aparılması ilə bağlı İddiaçı şəxsi işi axtarılan zaman onun əmək müqaviləsinin və əmrlərin mövcud olduğu şəxsi işi yerində müəyyən olunmamışdır. İddiaçı şəxsi işi axtarılsa da, tapılması mümkün olmamışdır. İlk olaraq sənədlərin itirildiyini zənn edərək “Şərq" qəzetinə elan veriİmiş və Abşeron rayon Polis İdarəsindən sənədlərin tapılıb-tapılmamasına dair Arayış da alınmışdır. Lakin, sonradan məlum olmuşdur ki, sözügedən sənədlər liseyin koordinasiya şöbəsindən oğurlanmışdır. Bundan sonra, cinayət hadisəsinin baş verməsinə dair ərizə ilə Abşeron rayon Polis İdarəsinə müraciət etmişlər. Müraciətləri əsasında 21.02.2022-ci il tarixdə Abşeron rayon Polis İdarəsində cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə Qərar qəbul edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Liseyin qəbul qeydiyyat üzrə otağından naməlum şəraitdə oğurlanması 2021-ci ilin sonunda aşkar edilmiş və faktla bağlı Cinayət Məcəlləsinin 326.1ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Hal-hazırda adıçəkilən cinayət işi üzrə araşdırmalar davam etdirilir. Bundan başqa, digər ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 ərizə ilə müraciət edərək İddiaçı şikayəti əsasında başladılmış inzibati icraata Abşeron rayon Polis İdarəsinin icraatında olan cinayət işi üzrə yekun qərar qəbul edilənədək dayandırılması xahiş edilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, 19.09.2019-cu il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında coğrafiya müəllimi vəzifəsinə dair 19.09.2019-cu ildən 19.09.2020-ci ilədək müddətli əmək müqaviləsi bağlanmışdır. İş materiallarında 05.07.2021-ci il tarixli “Əmək müqavilələrinin uzadılması barədə” Əmrdən görünür ki, Cavabdeh adları qeyd edilən bir sıra müəllimlərin və o cümlədən İddiaçı barəsində əmək müqavilələrinin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 05.07.2021-ci il tarixdən 31.12.2021-ci il tarixədək uzadılması əmr edilmişdir. İşin materiallarında olan İddiaçı barəsində əmək müqaviləsinə dəyişiklik edilməsi barədə 05.07.2021-ci il tarixli bildirişdə əmək müqaviləsinin son müddətinin 31.12.2021ci il tarix olduğu qeyd edilmişdir. İş materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 03.03.2022-ci il tarixli X1 sonra Prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh MMC-ni hüquqşünası X2 03 mart 2022-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Tərəflər X1 sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. Mübahisəni məhkəmədə davam etdirmək barədə qərar qəbul etdilər. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödədi. İş materiallarına əlavə olunmuş Şərq qəzetində elanda Zirvə liseyi ilə coğrafiya müəllimi İddiaçı arasında bağlanmış əmək müqaviləsi itdiyi üçün etibarsız sayılır. İş materiallarına əlavə olunmuş Cavabdeh 10 yanvar 2022-ci il tarixli 200/22-03 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının “Əmək Məcəlləsi”nin 68-ci maddəsinin 2-ci hissəsinin “B” bəndini və Zirvə liseyinin Nizamnaməsini rəhbər tutaraq Liseyin Coğrafiya müəllimi İddiaçı 10.01.2022-ci il tarixdən müqavilə vaxtı bitdiyi üçün tutduğu vəzifədən azad edilmişdir. Əsas: İddiaçı Zirvə Liseyi ilə bağlanmış 19.09.2020-ci il tarixli müqaviləsindəki 05.07.2021-ci il tarixli razılaşma. İş materiallarında olan Abşeron rayon Polis İdarəsi tərəfindən 19.01.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli əmək müqaviləsi və05 iyul 2021-ci il tarixli razılaşmanın (əmək müqaviləsinə dəyişikliklərin və əlavələrin edilməsi haqqında) naməlum şəraitdə itməsi barədə 18.01.2022-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. İş materiallarına əlavə olunan 21.02.2022-ci il tarixli Cinayət işi başlama və icraata qəbul edilmə barədə qərardan görünür ki, Cavabdeh MMC-nin direktoru Xəzər Babayev 10 fevral 2022-ci il tarixi; Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, Liseyin müəllimi İddiaçı ilə 2019-cu ilin sentyabr ayında bağlanmış əmək müqaviləsi və ona edilmiş əlavə sənədlərin Liseyin qəbul qeydiyyat üzrə otaqdan naməlum şəraitdə oğurlanmasını 2021-ci ilin dekabr ayının sonunda aşkar etmişlər. Faktla bağlı Azərbaycan Respublikası CM-nin 326.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata götürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 8, hissə 1 və 4. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. Maddə 45, hissə 1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45, hissə 2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 45, hissə 3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Maddə 45, hissə 4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 45, hissə 5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47, bənd f). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68, hissə 2, bənd b). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 73, hissə 1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir - müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər; 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı 19.09.2019-cu il tarixdə Cavabdeh MMC ilə müddətli bir illik müddətli əmək müqaviləsi bağlayaraq həmin müəssisədə coğrafiya müəllimi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinin müddəti 19.09.2020-ci il tarixədək müəyyən olunmuşdur. Həmin vaxtdan öz vəzifəsini icra etmiş, Cavabdeh 10 yanvar 2022-ci il tarixli, 200/22-03 nömrəli əmri ilə Azərbaycan Respublikasının “Əmək Məcəlləsi”nin 68-ci maddəsinin 2-ci hissəsinin “B” bəndini və Zirvə liseyinin Nizamnaməsini rəhbər tutaraq Liseyin Coğrafiya müəllimi İddiaçı 10.01.2022-ci il tarixdən müqavilə müddəti bitdiyi üçün tutduğu vəzifədən azad edilmişdir. Əmrin verilməsinə əsas İddiaçıla “Zirvə” Liseyi arasında bağlanmış 19.09.2020-ci il tarixli müqavilədəki 05.07.2021-ci il tarixli razılaşma göstərilmişdir. İş materiallarında 05.07.2021-ci il tarixli “Əmək müqavilələrinin uzadılması barədə” Əmrdə Cavabdeh adları qeyd edilən bir sıra müəllimlərin və o cümlədən İddiaçı barəsində əmək müqaviləsinin müddətinin tərəflərin qarşılıqlı razılığına əsasən 05.07.2021-ci il tarixdən 31.12.2021-ci il tarixədək uzadılması əmr edilsə də, iddiaçı tərəf müqavilənin müddətinin dəyişdirilməsi barədə 05.07.2021-ci il tarixli əlavə müqavilənin mövcud olmadığını, ümumiyyətlə bu barədə müqavilənin bağlanmadığını, cavabdeh tərəf isə iddiaçıya aid şəxsi sənədlərin naməlum şəraitdə yoxa çıxdığını bildirir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına iddia tələbinin dəlilləri üzrə hüquqi qiymət verərək qeyd edir ki, tərəflər arasında ilk dəfə birillik müqavilə 19.09.2019-cu il tarixdə bağlanmış, əmək münasibətləri faktiki davam etdirilməklə sonrakı müddət üçün yeni müqavilə bağlanmamışdır.Cavabdeh 10 yanvar 2022-ci il tarixli, 200/22-03 nömrəli əmri ilə Azərbaycan Respublikasının “Əmək Məcəlləsi”nin 68-ci maddəsinin 2-ci hissəsinin “B” bəndini və Zirvə liseyinin Nizamnaməsini rəhbər tutaraq Liseyin Coğrafiya müəllimi İddiaçı 10.01.2022-ci il tarixdən müqavilə vaxtı bitdiyi üçün tutduğu vəzifədən azad edilmiş, Əsas Vüqar Mahmudovun Zirvə Liseyi ilə bağlanmış 19.09.2020-ci il tarixli müqaviləsindəki 05.07.2021-ci il tarixli razılaşmaya münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında yalnız bir dəfə yazılı müqavilə 19.09.1019-cu il tarixdə bağlanmışdır, 19.09.2020-ci il tarixdə isə sonrakı müddət üçün müqavilə bağlanmamış, əmək müqaviləsi qanunvericiliyin tələbinə əsasən iddiaçı cavabdehin etirazı olmadan əmək fəaliyyətini davam etdirdiyindən sonrakı eyni müddətə uzadılmış hesab edilmişdir. Göründüyü kimi işdən çıxarılma barədə tərəflər arasında bağlanan müqavilənin tarixi belə düzgün qeyd edilməmişdir. Bundan başqa, iş materiallarında 05.07.2021-ci il tarixli “Əmək müqavilələrinin uzadılması barədə” Əmrlə “Zirvə Liseyi» Məhdud Məsuliyyətli Cəmiyyəti adları qeyd edilən bir sıra müəllimlərin və o cümlədən İddiaçı barəsində əmək müqavilələsinin müddətinin tərəflərin qarşılıqlı razılığına əsasən 05.07.2021-ci il tarixdən 31.12.2021-ci il tarixədək uzadılması əmr edilsə də, iddiaçı ilə cavabdeh arasında belə bir müqavilənin bağlanmasını təsdiq olunmur. İddiaçı belə bir müqavilənin bağlanmadığını, cavabdeh isə belə bir müqavilənin bağlandığını, lakin iddiaçıya məxsus sənədlərin naməlum şəraitdə yoxa çıxdığını bildirir. Bununla bağlı məhkəmə qeyd edir ki, Liseyin qəbul qeydiyyat üzrə otağında işçilərin şəxsi sənədlərinin mühafizəsinin iddiaçıya aidiyyatı yoxdur, iddiaçı tərəfindən həmin sənədlərin yoxa çıxardılması ilə bağlı isə işdə hər hansı sübut yoxdur. Qaldı ki, iddiaçı barəsində əmək müqaviləsi bildirişinin (son müddət 31.12.2021-ci il) 05.07.2021-ci il tarixdə sistemə daxil etməsinə, məlum olduğu kimi həmin bildirişlər tərəflər arasında müqavilənin şərtlərinin dəyişdirilməsi barədə əlavə razılaşma barədə müqavilə bağlandığını təsdiq edən mötəbər sübut hesab edilmir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi iddiaçı barədə müvafiq əmr verilərkən əmrin verilmə əsaslarını təsdiq edən sübutlar mövcud olmamış, mövcud olmayan əsaslar üzrə, yalnız formal mülahizələr üzrə iddiaçı barəsində müqavilə müddəti başaçatmadığı halda işdən azad olma barədə əmr verilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh 10.01.2022ci tarixli, 200/22-02 nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun Cavabdehndə “coğrafiya müəllimi” vəzifəsinə bərpa edilməsi hissəsində əsaslı hesab olunur,həmin əmr ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı iddiaçıya ödənilməli və iddiaçı Cavabdehndə “coğrafiya müəllimi” vəzifəsinə bərpa edilməlidir. İddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini alçaldan hər hansı hərəkətə yol verilməsi iş materialları ilə təsdiq olunmur. İddiaçıya məxsus şəxsi sənədlərin itməsi ilə bağlı cavabdehin Pİ-nə müraciəti qanuna müvafiq subyektiv hüququn müdafiəsi tədbiridir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mənəvi zərər hissəsində iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, Əmək Məcəlləsinin 290.3 maddəsinə görə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Məhkəmə iddia tələbinin 50 (əlli) manat məbləğində mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş pulun Cavabdehndən onun xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, müdiasiya xərci məhkəmə xərcləri sırasına daxil olmadığından iddia bu hissədə təmin edilməməlidir. Belə ki, MPM-nin 115.0.maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərin sırasında mediasiya xərci nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 10 yanvar 2022-ci il tarixli 200/22-03 saylı əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli, İddiaçı Cavabdehnə coğrafiya müəllimi vəzifəsinə işə bərpa olunmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən 50 manat məbləğində dövlət rüsumuna görə pul cavabdehdən dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin Cavabdeh İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 10 yanvar 2022-ci il tarixli 200/22-03 saylı əmri ləğv edilsin. Cavabdeh tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddiaçı Cavabdehndə coğrafiya müəllimi vəzifəsinə işə bərpa olunsun. Cavabdehndən dövlət rüsumuna görə dövlət nəfinə 50 manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Cəmilə Səfiyeva