Məhkəmə qərarları › İş №e-2(012)-234/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-234/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-234/2024 31.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılması və X1 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılması tələblərinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət ilə onun arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, Axundov küçəsi,ev 39 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binadan 2-ci blok, 13 mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 70 saylı mənzilə dair xx.xx.2012-ci il tarixli, 2-ci blok, 15 mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 76 saylı mənzilə dair xx.xx.2012-ci il tarixli, 1-ci blok, 5 mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzilə dair xx.xx.2012-ci il tarixli, 1-ci blok, 8 mərtəbə, 120 kv.m sahəli, 3 otaqlı, 38 saylı mənzilə dair xx.xx.2012-ci il tarixli, 3-ci blok, 2 mərtəbə, 114.83 kv.m sahəli, 3 otaqlı, 13 saylı mənzilə dair xx.xx.2012-ci il tarixli, 2-ci blokunun 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kv.m olan qeyriyaşayış sahəsinə dair xx.xx.2012-ci il tarixli alqı-satqı müqavilələri üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməsi, ünvan 2 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 2-ci blok, 13 mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 70 saylı mənzilinin, 2-ci blok, 15 mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 76 saylı mənzilinin, 1-ci blok, 5 mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzilinin, 1-ci blok, 8 mərtəbə, 120 kv.m sahəli, 3 otaqlı, 38 saylı mənzilinin, 3-ci blok, 2 mərtəbə, 114.83 kv.m sahəli, 3 otaqlı, 13 saylı mənzilinin, 2-ci blokunun 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzillərə və qeyri-yaşayış sahəsinə olan alıcı, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, ünvan 2 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 2-ci blok, 13 mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 70 saylı mənzildən, 2-ci blok, 15 mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 76 saylı mənzildən, 1-ci blok, 5 mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzildən, 1-ci blok, 8 mərtəbə, 120 kv.m sahəli, 3 otaqlı, 38 saylı mənzildən, 3ci blok, 2 mərtəbə, 114.83 kv.m sahəli, 3 otaqlı, 13 saylı mənzildən, 2-ci blokunun 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kv.m olan qeyri-yaşayış sahəsindən iddiaçının istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması, iddiaçının həmin mənzillərdən və qeyri-yaşayış sahəsindən istifadə, mülkiyyət və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X2 Cavabdehnə qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsi və sair tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 140 saylı müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməsi, ünvan 2 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 2-ci blokunun 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95.75 kv.m olan, 2 otaqlı, 64 saylı mənzilin iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzilə olan alıcı, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, ünvan 2 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 2-ci blokunun 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95.75 kv.m olan, 2 otaqlı, 64 saylı mənzildən iddiaçının istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması, iddiaçının həmin mənzildən istifadə, mülkiyyət və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, e-2(012)-4084/2023 saylı qərardadına əsasən, iddiaçı X1 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılması tələbinə dair e-2(012)- 4084/2023 saylı mülki iş, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılması tələbinə dair e-2(012)-4078/2023 saylı mülki işlə birləşdirilmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülk iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrin surətlərindən görünür ki, satıcı ünvan 2 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş binanın 2-ci blok, 13 mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 70 saylı mənzilinin, 2-ci blok, 15 mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 76 saylı mənzilinin, 1-ci blok, 5 mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzilinin, 1-ci blok, 8 mərtəbə, 120 kv.m sahəli, 3 otaqlı, 38 saylı mənzilinin, 3-ci blok, 2 mərtəbə, 114.83 kv.m sahəli, 3 otaqlı, 13 saylı mənzilinin, 2-ci blokunun 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kv.m olan qeyri-yaşayış sahəsini 24 ay müddəti ərzində tamamlayıb alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. -Cavabdeh MMC ilə X2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin surətindən görünür ki, satıcı ünvan 2 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş binanın 2-ci blokunun 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 95.75 kv.m olan, 2 otaqlı, 64 saylı mənzili 24 ay müddəti ərzində tamamlayıb alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.1. maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1 maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567 maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 405.1 maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Qanunun tələblərindən və mülki iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, tərəflər arasında mənzillərin təhvil verilməsinə dair razılaşma yaranmış və cavabdeh qeyd olunan mənziləri tikinti işləri başa çatdıqdan sonra 24 ay ərzində alıcılara təhvil verməsinə dair öhdəlik götürərək müqavilə tərtib etmişdir. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, mənzillər təhvil verilməmiş və tərəflər arasında pretenziya qaydalarına riayət edilməmişdir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli № 3 nömrəli Qərarındakı hüquqi mövqeyə görə, 4.1. Bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur. Məsələn: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə görə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər; Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinə görə əgər qanunla müəyyən kateqoriya iqtisadi kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra iqtisad məhkəməsinin həllinə verilə bilər. 4.2. Məhkəmələrə izah edilsin ki, məhkəmədənkənar həlli qaydası müəyyən edilmiş işlər üzrə ərizələr yalnız o hallarda baxılmamış saxlanıla bilər ki, həmin qaydanın tətbiq edilməsi imkanı itirilməmiş olsun. Əks halda ərizə baxılmamış saxlanılmalı deyil, Azərbaycan Respublikası MPM-nin 261.0.9-cu maddəsinə müvafiq olaraq işin icraatına xitam verilməlidir. Göründüyü kimi, mülki prosessual qanunvericilik məhkəmə tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılması əsaslarından biri kimi tərəflərin mübahisənin məhkəmədən kənar qaydada həlli üsulu olaraq pretenziya qaydasına riayət edilməsinin zərurliyini istisna etməmişdir. Məhkəmə Plenum Qərarına istinad edərək belə qənaətə gəlir ki, hazırki iş üzrə iddiaçılar müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılmasına dair iddia ərizələri ilə məhkəməyə müraciət etdikləri halda, həmin mənzillərin aidiyyəti üzrə iddiaçılara təhvil verilməsi və digər məsələlərlə bağlı cavabdeh tərəfindən öhdəliyin yerinə yetirilməsinə dair xəbərdarlıq məktubu ilə müraciət etmək imkanları olduğu və bu imkanı itirmədikləri halda göstərilən qaydaya riayət etməmiş, məhkəmədən kənar pretenziya qaydasına riayət etmək imkanını itirdikləri halda, itirmələrinə dair mötəbər, əsaslı sübutlarını isə məhkəməyə təqdim etməmişlər. Məhkəmə mülki iş materiallarını tədqiq edərkən iddiaçılar tərəfindən bu qaydaya riayət edilmədiyini müəyyən etmişdir. Beləliklə də, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılmasına tələblərinə dair iddia ərizələri ilə məhkəməyə müraciət edən iddiaçılar məhkəməyə müraciət etməzdən öncə pretenziya qaydasına riayət etməli olduğu halda, həmin tələbə riayət olunmasına dair sənədi iddia ərizəsinə əlavə etmədiklərindən məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılması qərarına gəlir. Mülki Prosessual Məcəllənin: 260.1. maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılması və X1 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi və maneənin aradan qaldırılması tələbinə dair iddia ərizələri baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar