Məhkəmə qərarları › İş №e-2(012)-2347/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2347/2024

05.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2347/2024 05.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsi Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X=395237.8263, Y=4481367.7619; X=395269.5230, Y=4481377.4997; X=395273.8818, Y=4481355.1321; X=395262.1699, Y=4481350.0622; X=395261.9836, Y=4481350.1359; X=395242.5882, Y=4481343.0343 koordinatlarda yerləşən Masazır Bələdiyyəsinin mülkiyyətində olan 0,0798 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin Masazır Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi onu imzalamağa səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından ona əlavə edilmiş sənədlərlə birgə iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsindən görünür ki, onu iddiaçının adından nümayəndəsi Vəkil xx.xx.2024cü il tarixli etibarnaməyə əsasən imzalamışdır. Bu etibarnamədən görünür ki, bələdiyyənin sədri nümayəndə qismində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73 və 74-cü maddələrində nəzərdə tutulmuş hüquqlarla Abşeron Rayon Məhkəməsində bələdiyyəni müdafiə etmək səlahiyyətlərini Vəkil həvalə etmişdir. Mülki Prosessual Məcəllənin 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi, qeyd edilən etibarnamədə iddia ərizəsinin imzalanması səlahiyyəti xüsusi olaraq göstərilmədiyindən, məhkəmə hesab edir ki, o, səlahiyyətsiz şəxs tərəfindən imzalanmışdır. MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Abşeron rayonu Masazır Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar