Məhkəmə qərarları › İş №e-2(012)-2412/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2412/2025

01.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2412/2025 01.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı müqaviləyə xitam verilməsi, mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi və borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Cavabdeh qarşı müqaviləyə xitam verilməsi, mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KM3663 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsinə xitam verilməsi, cavabdehin iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 17-ci km., ev 4, mənzil 33 yaşayış sahəsindən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, satmaq öhdəliyi ilə kirayə müqaviləsinə əsasən ödənilməli aylıq ödənişlər üzrə yaranmış üzrə 962.84 manat məbləğində borc, o cümlədən 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmiş, həmçinin iddiaçı da gəlməmiş, lakin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, barışıq sazişi ilə bağlı danışıqların davam etdiyini bildirərək məhkəmə iclasının təxirə salınmağını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçı və cavabdeh xx.xx.2025-ci il tarixə, saat 15:20-ə təyin olunmuş, xx.xx.2025-ci il tarixə, saat 15:30-a təyin olunmuş və xx.xx.2025-ci il tarixə, saat 15:00-a təyin olunmuş məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə baxış iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdirlər. Belə olan halda, həmçinin məhkəmənin iş üzrə dördüncü baxış iclası olduğundan məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəmə iclasına dəfələrlə gəlmədiyi üçün və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.6-cı maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Bundan əlavə iş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən xx.xx.2025-ci il tarixdə, ********** nömrəli qəbz əsasında qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə Abşeron Rayon Məhkəməsinə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iddia ərizəsi baxılmamış saxlanılmalı, habelə iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı müqaviləyə xitam verilməsi, mənzildən çıxarılma, mənzilin boşaldılaraq təhvil verilməsi və borcun tutulması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən hazırkı mülki iş (e-2(012)-2412/2025 saylı mülki iş) üzrə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar