Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2443/2024 27.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma» tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin İddiaçı mülkiyyətində olan (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********09, xx.xx.2015-ci il tarixli) Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən torpaq sahəsindən və orada yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini, tərəflərindən verilmiş qarşılıqlı iddia ərizəsi təmin edilməsini və evin satılması üçün İddiaçı Cavabdeh aldadaraq əldə etdiyi pulları, yəni 34500 manat pul və mənzil üçün çəkilmiş əlavə xərcləri, eyni zamanda behin 2 qat mislini, ümumilikdə 56500 manat pul məbləğinin Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında qarşılıqlı razılıq əldə olunduğunu, barışmağa qərar verdiklərini, bundan sonra onun müqavilə müddətinin bitməsinə baxmayaraq 27 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri 51 saylı Notariat ofisində bağlanmış beh müqaviləsinə əsasən (reyester nömrəsi: 3M-2753) ödədiyi 20000 manatı Cavabdeh könüllü olaraq nümayəndəsi vasitəsilə xx.xx.2024-cü il tarixdə 2 dəfəyə tam olaraq geri qaytardığını, Cavabdeh isə xx.xx.2024-cü il tarixdə yalnız özünə məxsus əşyalarını götürərək ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0,0391 ha torpaq sahəsi və orada yerləşən (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********09, xx.xx.2015-ci il tarixli) fərdi yaşayış evindən bir dəfəlik tamamilə çıxdığını bildirmiş və hazırki mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ərizəsinin məzmununa uyğun ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək, mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh məhkəməyə ərizə təqdim etmiş və həmin ərizələrdən görünür ki, aralarında qarşılıqlı razılıq əldə olunduğundan tərəflər iddiadan imtina etmişdirlər və bu səbəbdən hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.4-ci maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-in 261.0.4; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma» tələbinə dair ilkin iddiası, Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiasına dair 2(012)-2443/2024 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, təqdim edildikdən (və ya tərəf onu aldıqdan) 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2443/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2443/2024
27.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver