Məhkəmə qərarları › İş №e-2(012)-2496/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2496/2024

08.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2496/2024 08.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X2, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8, Cavabdeh6 və Cavabdeh7 qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və ailə üzvlərinə qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 65.8 kv.m olan fərdi yaşayış evindən Cavabdeh1 və ailə üzvlərinin əşyaları ilə birgə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 65.8 kvm olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və ailə üzvləri, həyat yoldaşı Cavabdeh2, az yaşlı övladları Cavabdeh8, habelə Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onun azyaşlı övladları Cavabdeh6 və Cavabdeh7 əşyaları ilə birgə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər xx.xx.2023-cü il tarixində Bakı şəhəri 14 saylı Notariat kontorunda ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 65.8 kvm olan fərdi yaşayış evinin alqı-satqısına dair AN-İ ******* nömrəli müqavilə imzalamışlar. Müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin, o cümlədən notariat haqqında qanunun tələblərinə uyğun notarius tərəfindən tərtib edilmiş və imzalanmışdır. Müqavilə imzalanarkən cavabdehin rəsmi nikahda olduğu həyat yoldaşı da notariusa dəvət edilmiş və mülkün özgəninkiləşdirilməsinə dair yazılı razılığı əldə edilmişdir. Qeyd edilən alqı-satqı müqaviləsi əsasında iddiaçı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 65.8 kv.m olan fərdi yaşayış evinə dair xx.xx.2023-cü il tarixli ********** nömrəli DƏDR-in çıxarış əldə etmişdir. Qeyd edilən əmlak iddiaçının xüsusi mülkiyyəti kimi Daşınmaz əmlakın dövlət reyestrində **********32-10301 nömrə ilə qeyd alınmışdır. Müqavilə imzalandıqdan sonra cavabdehlər öz ailə üzvləri və əmlakları ilə birgə xx.xx.2023-cü il tarixə qədər fərdi yaşayış evindən çıxmağı və daşınmaz əmlakı iddiaçının faktiki sahibliyinə və istifadəsinə verəcəyini öz üzərinə götürür. Cavabdehlər öz üzərinə müqavilə ilə belə bir öhdəlik götürsə də, indiyə qədər fərdi yaşayış evini tərk etməmişlər. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, onun bacısının həyat yoldaşı hazırda həbsdədir. İddiaçı iş görməsi üçün onun kürəkəninə pul vermişdir. Kürəkəni məsələsinə görə onun evini də girov qoymuş, lakin sonradan müflis olmuşdur. 1 ilə yaxındır ki, kürəkəni azadlıqda olmuş və həmin müddət ərzində cəmi 6900 manat pul qaytarmışdır. Qalan məbləğləri ödəyə bilmədiyi üçün tutulmuşdur. İddiaçı məhkəməyə verdiyi vaxtlarda o, artıq həbsdə idi. Kürəkəni iddiaçıdan borc alarkən onun evini girov qoymuşdur, borcu ödəyə bilmədiyi üçün alqı-satqı müqaviləsi ilə ev iddiaçının adına keçmişdir. Kürəkəni iddiaçıdan 25000 ABŞ dolları pul almış, bu puldan 6900 manatını qaytarmışdır. Odur ki, müqavilədə ev alqı-satqısı məqsədi olmamış, borc məsələsinə görə bağlanmışdır. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 izahatında bildirmişdir ki, onlar sözügedən evi min bir əziyyətlə, çətinliklə almışlar. Hazırda kürəkəninin səhvinə görə, borc məsələsinə görə onların evdən çıxarılması tələb olunur. Onların bu borc məsləsinə heç bir aidiyyətlərı yoxdur. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş cavabdeh X4 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş cavabdeh və övladları-Cavabdeh6 və Cavabdeh7 nümayəndəsi Cavabdeh5 izahatında bildirmişdir ki, o, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri 14 saylı Notariat Ofisində bağlanmış 01 mart 2023-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Taciyev X5 rayonu, Xırdalan şəhəri, Vüsal Xəlilov küçəsi, ev 82 B ünvanında yerləşən, ümumi sahəsi 65.8 kv.m olan fərdi yaşayış evini alıcı İddiaçı satmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 65.8 kv.m olan fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********32-1031 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. -5 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, AZ-İV № 995179 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh8 xx.xx.2024-cü il tarixində anadan olmuşdur. Atası Cavabdeh1, anası isə Cavabdeh2dır. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məəlumat vərəqəsindən görünür ki, Cavabdeh5 xx.xx.2018-ci il təvəllüdlü Cavabdeh7 və xx.xx.2020-ci il təvəllüdlü Cavabdeh6 adlı 2 övladı vardır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 65.8 kv.m olan fərdi yaşayış evi İddiaçı alqı-satqı müqaviləsi əsasında sonuncunun mülkiyyətinə verilməklə bu barədə ona daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəsi, **********32- 10301 reyestr nömrəsi ilə qeydə alınmış çıxarış verilmişdir. Hazırda, iddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan fərdi yaşayış evindən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılmaqla daşınmaz əmlakın ona təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):

152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı iş”də qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı işi üzrə qərarı” nda isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Məhkəmə mülkiyyət və mülkiyyət hüququ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı nasnİ˝ hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında˝ Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, rəh˝ bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz˝. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Belə ki, Mülki Məcəllənin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin: 1-ci bəndinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Göründüyü kimi, qanunvericilik mülkiyyət hüququnun yaranma anını onun dövlət reyestrində qeydiyyatı anı ilə əlaqələndirir. Burada məqsəd dövlət tərəfindən həqiqi mülkiyyətçinin hüquqlarının qorunmasının təmin edilməsi və onun öz mülkiyyətini kənar şəxslərdən müdafiəsini təşkil edə bilməsidir. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları qanunvericiliyin tələbləri, beynəlxalq təcrübə və Plenum Qərarı ilə yanaşı qiymətləndirib belə qənaətə gəlir ki, İddiaçı mübahisə predmeti olan daşınmaz əmlaka mülkiyyət hüququ əldə etdiyindən, qanuni istifadəsində və sahibliyində olan daşınmaz əmlakdan istifadə ilə bağlı yaranmış maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malik olduğundan, iddiaçının mülkiyyət hüququ olan daşınmaz əmlaka münasibətdə hüquqları məhdudlaşdırıldığından, mülkiyyət hüququ toxunulmaz olduğundan və qanunvericiliklə məhdudlaşdırılmasına yol verilmədiyindən iddiaçının iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. İş materiallarından görünür ki, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan övladları xx.xx.2024-cü il təvəllüdlü Cavabdeh8, eyni zamanda Cavabdeh5 yetkinlik yaşına çatmayan övladlarıxx.xx.2018-ci il təvəllüdlü Cavabdeh7 və xx.xx.2020-ci il təvəllüdlü Cavabdeh6 cavabdehlərin himayəsində olmaqla iddiaçıya məxsus olan fərdi yaşayış evində yaşayırlar. Hazırki iddia tələbi təmin edildiyindən cavabdehlərlə birlikdə azyaşlı uşaqlar da fərdi yaşayış evindən çıxarılmalıdır. Belə ki, istinad olunan qanunvericilik normasının tələbinə əsasən, uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılmaqla məhkəmənin yetkinlik yaşına çatmış cavabdehlərə münasibətdə gəldiyi hüquqi nəticə onların azyaşlı uşaqlarına da şamil edilməlidir. Bеləliklə, məhkəmə iş üzrə tоplаnmış sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrib, qanunun göstərilən tələblərini rəhbər tutaraq hеsаb еdir ki, iddiа ərizəsi əsаslı оlduğundаn təmin edilməli, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.8 kv.m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1,Cavabdeh2, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 əşyaları ilə birgə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.8 kv.m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh8, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 əşyaları ilə birgə çıxarılsınlar. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar