Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2523/2025 29.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən İİİ şəxs X15) mənzildən çıxarılma barədə ilkin və Cavabdeh2 İddiaçı, Cavabdeh1nə (müstəqil tələb irəli sürməyən İİİ şəxs X14) qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 və övladı xx.xx.2018-ci il təvəllüdlü X4 ona məxsus ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzili X7 xx.xx.2022-ci il tarixdə 19700 manat müqabilində almışdır. Qeyd olunan həyət evini alan zaman həmin ərazidə yerləşən mənzillər kimi aldığı mənzilin də rəsmi sənədləri olmamış, yəni dövlət reyestrindən qeydiyyatdan keçməmiş, evin yerləşdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuşdur. xx.xx.2024-cü il tarixdə o, Abşeron rayonu Xırdalan Bələdiyyəsi ilə alqı-satqı müqaviləsi bağlamış, mübahisəli, ümumi sahəsi 0.013 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ ona keçmişdir. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət edərək xx.xx.2024-cü il tarixdə çıxarış almışdır. Hazırda ünvan 2 çıxarış əsasında tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Cavabdeh2 tanımır və onunla heç bir qohumluq münasibətləri yoxdur. Cavabdeh ona mənzili satan X1 gəlini olmuşdur. Cavabdeh ilə Qərib Cəfərovun oğlu boşandıqdan sonra cavabdeh məhkəməyə müraciət edərək sənədi olmayan evə məhkəmə qətnaməsi əsasında köçürülməsinə nail olmuşdur. 2024-cü ilin sonundan məlum olmuşdur ki, Cavabdeh2 2018-ci il təvəllüdlü azyaşlı qızı ilə birlikdə xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən İddiaçı mülkiyyətində olan mənzilə köçürülməlidirlər. Etiraz etməyinə baxmayaraq, xx.xx.2025-ci il tarixdə İddiaçı evdə olmayan vaxt cavabdeh uşağı ilə birlikdə mülkiyyətində olan mənzilə köçürülmüşdür. O, mənzilindən istifadə edə bilmir. Belə ki, cavabdeh mənzilin qapısının açarlarını dəyişdirərək onun mülkiyyət hüquqularını kobudcasına pozmuşdur. Cavabdehin qanunla müəyyənləşdirilmiş qaydada mübahisəli mülkdə istifadə hüququ və ya başqa hər hansı bir hüququ əsasları yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 (elektron kabinet vasitəsilə onun vəkili-nümayəndəsi Vəkil2) İddiaçı qarşı (müstəqil tələb irəli sürməyən İİİ şəxslər Cavabdeh1 və X14) müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh1 arasında Abşeron rayon 2 saylı notariat kontorunun 4Ə-60 reyestr nömrəli xx.xx.2024-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 və X14 ailə qurduqdan sonra xx.xx.2019-cu il tarixdə 31000 manata Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən ev almışlar və həmin tarixdən həmin evdə yaşamışlar. O Tərtər rayonuna – valideynlərinin yanına 2-3 günlük qonaq gəlib qayıtdıqdan sonra evə daxil olmaq istəyərkən fərdi evin açarlarının dəyişildiyini görmüşdür. Uşağının və onun bütün geyim və cehiz əşyaları həmin evdə qalmışdır. Dəfələrlə ünvan 2 ünvanda yerləşən 0.013 ha olan torpaq sahəsi müraciət etsə də, X14 onu və azyaşlı uşağını evə buraxmaqdan imtina etmişdir. Bundan sonra o, uşağı ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, S.Rüstəm küçəsində yerləşən bir qonaq otağı , iki yataq otağı, bir mətbəx, bir sanitar qovşaqdan ibarət olan evə köçürülməsinə dair qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2702/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 xx.xx.2018-ci il təvəllüdlü X11 ilə birlikdə cavabdeh X14 həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri versə də, təmin edilməmişdir. Hazırda qətnamə qanuni qüvvəsini almışdır. ünvan 2 ünvanda yerləşən 0.013 ha olan torpaq sahəsinə dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış Abşeron rayon 2 saylı notariat kontorunun 4Ə-60 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi etibarsızdır. Belə ki, həmin alqı-satqı müqaviləsi formal olaraq bağlanmışdır. Əldə etdikləri məlumata görə İddiaçı X8 dostudur. Bu ünvanla da X14 formal olaraq ünvan 2 ünvanda yerləşən 0.013 ha olan torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini İddiaçı adına keçməsinə köməklik etmişdir. Birgə nikah dövründə əldə olunmuş əmlakın arvadın xəbəri olmadan başqa şəxsin adına keçirilməsi qanunvericiliyin tələbinə ziddir. Göstərilənlərə əsasən qarşılıqlı iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin üçüncü şəxs qismində prosessual statusunun dəyişilərək cavabdeh qismində işə əlavə olunmasını xahiş etmiş, ərizə icraata götürülmüş və qarşılıqlı iddia ərizəsi üzrə Abşeron rayonu, Xırdalan Bələdiyyəsi cavabdeh qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra mətndə ilkin iddia üzrə iddiaçı adlanacaq) İddiaçı vəkili-nümayəndəsi Vəkil1 ilkin iddia ərizəsini müdafiə edərək təmin olunması, qarşılıqlı iddianı isə qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, qarşılıqlı iddia əsassız olmaqla yanaşı, işi yubatmaq məqsədilə verilmişdir. Belə ki,cavabdeh eyni zamanda Bərdə Rayon Məhkəməsində evin tikintisinə çəkilmiş xərc üzrə pul tələbinə dair iddia ərizəsi verilmişdir. Həmin iş üzrə məhkəmə tərəfindən əmtəəşunaslıq ekspertizası təyin edilmişdir. Cavabdeh2 müqavilənin etibarsızlığını tələb etmək üçün subyektiv hüququ yoxdur. X20 tərəfindən 31000 manata alınmışdır. Ümumiyyətlə, həm pulun əldə edilməsi, həm də çıxarışın ləğv etdirilərək payın tələb edilməsi ağlabatan deyil. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra mətndə qarşılıqlı iddia üzrə iddiaçı adlanacaq) Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 qarşılıqlı iddianı müdafiə edərək təmin olunması, ilkin iddianı isə qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, Ali Məhkəmədə olanda torpağın statusu bəlli olmadığından o hissəyə məhkəmə qərarında toxunulmamışdır. Bərdə Rayon Məhkəməsində xərcin çəkilməsi ilə bağlı Cəfərov Fəzailə qarşı iddia tələbi qaldırılmışdır. Həmin işdə İddiaçı müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində iştirak edir. Ümumiyyətlə, İddiaçı ailəyə yaxın adam, həmçinin şərikdir. Birinci sənədləşmə Fəzail Cəfərovla olmuş, tərəflərindən ½ payla bağlı iddia qaldırılmışdır. Bərdə Məhkəməsində ilk olaraq onlar iddia qaldırmış, lakin sonra başqa adamın adına çıxarışın olduğunu öyrənmişlər. Ali Məhkəmənin qərarından görünür ki, birgə nikah dövründə ev inşa edilmiş, lakin cavabdehin xəbəri olmadan evə çıxarış alınmışdır. Odur ki, həmin çıxarış etibarsız hesab olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddianı müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, alqı-satqıya özü şahid olmuşdur. Sayğaclar adına olmadığına görə istifadə edə bilmir. Qarşı tərəf ona 5000 manat pul təklif etsə də, o, 15000 manat xərc çəkmişdir. İştirak etdiyi məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi Nümayəndə qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı onları aldatmaqla məşğuldur. Qarşılıqlı iddia üzrə Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə qarşılıqlı iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlkin iddia üzrə müstəqil tələb irəli sürməyən İİİ şəxs X15 və qarşılıqlı iddia üzrə müstəqil tələb irəli sürməyən İİİ şəxs X14 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdirlər. Belə olan halda məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -X3 və sifarişçi İddiaçı arasında bağlanılmış xx.xx.2022-ci il tarixli podrat müqaviləsindən görünür ki, podratçı öz materiallarından istifadə etməklə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi ünvanda yerləşən tikinti sahəsi 75 m2 təşkil edən 5.8 metr hündürlüyü, 5 daş kürsü, 2.8 metr tavan hündürlüyü olan 3 otaqlı, 1 mərtəbəl fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği – 19700 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. -AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 0.013 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi Abşeron rayonu Xırdalan Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat, **********11 reyestr nömrəsi ilə 1291 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Xırdalan Bələdiyyəsinin adına torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. -Xırdalan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 02 saylı iclasının 08 saylı qərarından çıxarışdan görünür ki, Bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən (Reyestr N:**********11, Qeydiyyat N: **********, Qeydiyyat tarixi xx.xx.2024) üzərində fərdi yaşayış evi tikilmiş və uzun illər istifadə edilən 0.013 ha (İİ zona) torpaq sahəsinin vətəndaş İddiaçı 3660 manat məbləğinə bilavasitə satılması qərara alınmışdır. -Satıcı Abşeron rayonu Xırdalan Bələdiyyəsi və alıcı İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Abşeron rayonu, Xırdalan şəhəri ünvanda yerləşən ümumi sahəsi 0.013 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, ev 1 hissəsini alıcının mülkiyyətinə verməyi, alıcı satılmış hissəsi 3660 manat qiymətinə almağı öz öhdəsinə götürmüşdür. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 0.013 ha olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat, **********66-10301 reyestr nömrəsi ilə 309 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. -Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2702/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı Cavabdeh2 xx.xx.2018-ci il təvəllüdlü X11 ilə birlikdə cavabdeh X8 Abşeron rayonu, Xırdalan şəhəri, Süleyman Rüstəmov küçəsində yerləşən bir qonaq otağı, iki yataq otağı, bir mətbəx, bir sanitar qovşaqdan ibarət olan fərdi yaşayış evinə köçürülməsi, ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. -Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-3542/2023 saylı qərarından görünür ki, cavabdeh X14 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-357/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Həmçinin həmin qərardan görünür ki,
1. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2702/2022 nömrəli qətnaməsindən cavabdeh X14 və nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-357/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
2. Gəncə Apellyasiya Məhkəmə kollegiyasının mövqeyi bu şəkildə olmuşdur: “mübahisəli ev özbaşına tikili olmaqla, onun yerləşdiyi torpaq sahəsinin də tərəflərə məxsus hər hansı bir hüquq müəyyənedici sənədi mövcud olmamışdır. Lakin, həmin ev iddiaçının və onun keçmiş ərinin sahibliyində və istifadəsində olmuşdur. Cavabdeh X14 iddiaçının mübahisəli yaşayış sahəsində yaşamasını istəmədiyi halda onun həmin yaşayış sahəsindən çıxarılması üçün məhkəməyə müraciət etməli idi. Belə ki, hər hansı bir təzyiq vasitəsi ilə şəxsin evdən çıxarılması həmin şəxsin mənzil hüququnun pozulmasına səbəb olar. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının mübahisəli evə köçürülməsinə məhdudiyyət qoyula bilməz və onun hazırkı vəziyyətdə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində təsbit edilmiş mənzil hüququnun reallaşdırılmasının yeganə mənbəyi, hazırda həmin hüququn həyata keçirilməsi üçün yeganə vasitə olan mübahisəli evə köçürülməsidir. Bundan əlavə işin faktiki halları ilə müəyyən olunur ki, tərəflər birlikdə mübahisəli evdə yaşayaraq Konstitusiyada təsbit edilmiş öz mənzil hüququnu gerçəkləşdirmişdir.” Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanda yerləşən ümumi sahəsi 0.013 ha olan torpaq sahəsi Abşeron rayonu Xırdalan Bələdiyyəsinin mülkiyyətində olmuş (xx.xx.2024-cü il tarixdə çıxarış verilmişdir), daha sonra xx.xx.2024-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında İddiaçı tərəfindən dəyəri ödənilməklə alınmışdır. Hazırda ilkin iddia üzrə İddiaçı ona məxsus torpaq sahəsindən və üzərində yerləşən fərdi yaşayış evindən heç bir hüququ olmayan ilkin iddia üzrə Cavabdeh2 övladı ilə birlikdə çıxarılmasını xahiş etmiş, Cavabdeh2 da öz növbəsində qarşılıqlı iddia tələbi qaldıraraq, sözügedən müqavilənin - Abşeron rayon 2 saylı notariat kontorunun 4Ə-60 reyestr nömrəli xx.xx.2024-cü il tarixdə bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin qarşılıqlı iddiaçının vəkilinin izahatından müəyyən olunur ki, qarşılıqlı iddiaçı eyni zamanda həmin mübahisəli ev görə çəkilmiş xərclə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, evə mübahisəli torpaq sahəsi əvvəllər Abşeron rayonu Xırdalan Bələdiyyəsinin mülkiyyətində olmuş, o isə həmin əmlakı alqısatqı müqaviləsi əsasında səlahiyyət verdiyi şəxs vasitəsilə xx.xx.2024-cü il tarixdə İddiaçı satmışdır. Bu əmlakla bağlı onun adına reyestrdən çıxarış, habelə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin sənədlər hazırda qüvvədədir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məhkəmə ilkin iddia tələbi ilə bağlı Abşeron rayonu Xırdalan Bələdiyyəsinə məxsus ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 0.013 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin xx.xx.2024-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında İddiaçı tərəfindən alınmasını, həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat, **********66- 10301 reyestr nömrəsi ilə 309 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmasını, həmçinin sözügedən fərdi yaşayış evinə dair Cavabdeh2 hər hansı hüquq müəyyən edici sənədinin olmamasını nəzərə alaraq hesab edir ki, ilkin iddia təmin edilərək ilkin iddia üzrə Cavabdeh2 ilkin iddia üzrə iddiaçıya məxsus ünvan 2 ünvanda yerləşən mənzildən çıxarılmalıdır. Belə ki, Mülki Məcəllənin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində onun davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1ci maddəsinin pozulması kimi də baxıla bilər. Məhkəmə qarşılıqlı iddia tələbi ilə hesab edir ki, Cavabdeh2 Abşeron rayon 2 saylı notariat kontorunda xx.xx.2024-cü il tarixdə, 4Ə-60 reyestr nömrəsi ilə bağlanmış AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, müqavilənin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilmədiyindən, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilmədiyindən, əksinə, alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl olunaraq tərəflərin iradə ifadəsinə uyğun, notarial qaydada təsdiq olunmaqla bağlanıldığından, bununla qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı qeyd edilən mübahisəli mənzil üzrə çəkilmiş xərclə bağlı Bərdə Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. (qarşılıqlı iddia üzrə iddiaçının vəkilnümayəndəsinin izahatı və “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən) Belə ki, mülki qanunvericiliyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqısatqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Mülki Məcəllənin: 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları olmamışdır. Belə olan halda qeyd edilən müqavilənin etibarsızlığından söhbət gedə bilməz. Həmçinin bu müqavilənin etibarsızlığına dair heç bir əsas olmadığından onun nəticəsində tərtib olunmuş reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə tələb də təmin oluna bilməz. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında göstərilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Konstitusiya Məhkəməsinin Plenumu qərarını əsas götürən məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisə predmeti olan müqavilələr tərəflərin iradə azadlığı ilə, forma və məzmuna uyğun olaraq, subyekt tərkibi nəzərə alınmaqla, habelə hər iki tərəfin anlaqlı vəziyyətdə, qarşılıqlı razılığı ilə bağlandığından etibarsız hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh2 övladı xx.xx.2018-ci il təvəllüdlü X11 ilə birlikdə İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılmalı, qarşılıqlı iddia isə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Məhkəmə hesab edir ki, ilkin iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilməli, qarşılıqlı iddia isə təmin edilmədiyindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh2 özünə aid edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İlkin iddia təmin edilsin. Cavabdeh2 övladı - xx.xx.2018-ci il təvəllüdlü X11 ilə birlikdə İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Cavabdeh2 İddiaçı və Cavabdeh1nə qarşı (müstəqil tələb irəli sürməyən İİİ şəxs X14) müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mirnəsir Mirhəsənli