Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-253/2023 06.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürmə» tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşağı 12 iyul 2008-ci il təvəllüdlü X10 ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1 məhkəməyə idddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq iddia ərizəsində texniki səhv nəticəsində iddiaçının adı “Mərziyə” əvəzinə “Mərziyyə” olaraq qeyd edilmiş və düzəlişin nəzərə alınmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə 2005-ci il tarixdə ailə qurmuşdur. Cavabdehlə nikahları 01 aprel 2007-ci il tarixdə rəsmi dövlət qeydiyyatına alınmışdır. Onların 12 iyul 2008-ci il təvəllüdlü X10 adlı bir övladları vardır. Evliliklərinin ilk illərində cavabdehlə münasibətləri yaxşı olsa da sonradan münasibətləri pisləşmiş, cavabdeh onu və azyaşlı uşağını evdən qovmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)-516/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində fərdi həyət evi tikərək daimi olaraq orada yaşamış və 2021-ci il tarixədək yəni cavabdeh onu evdən qovanadək birgə təsərüffat aparmışlar. Həmin mənzildə övladları dünyaya gəlmiş, böyümüş, 2014-2015-ci tədris illərində Mehdiabad qəsəbə 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2021-ci il tarixədək orada təhsil almışdır. Eyni zamanda övladı X1 Ailə sağlamlıq Mərkəzində 2021-ci il tarixədək qeydiyyatda olmuşdur. Hal-hazırda ona məxsus bütün cehiz əşyaları həmin mənzildədir. Cavabdeh onu mənzildən qovduğu üçün heç bir cehiz əmlakını evdən çıxara bilməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o və azyaşlı uşağı öz əmlakından və mənzildə yaşamaq hüququndan məhrum edilmişdir. Hesab edir ki, azyaşlı uşağıyla həmin mənzildə yaşamaq hüququ var. Sözügedən mənzil cavabdehlə birgə nikah dövrünə tikilmişdir. Bununla bağlı cavabdehə məhkəmədənkənar tərəfindən mediasiya təklifi göndərilmiş, lakin cavadeh hər vasitə ilə buna mane olmuşdur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iddiaçı ilə 2005-ci ildə faktiki ər-arvad münasibətlərində olmuş, 2007-ci ildə isə rəsmi nikah bağlamışdır. İlk övladı əlil olduğundan, 2007ci ildə müalicə məqsədilə Bakıya gəlmiş və bacısının həyat yoldaşının evində qalmışlar. Onların yaşadıqları evin yaxınlığında başqa ev də olmuşdur. Mübahisə predmeti olan ev 2002-ci ildə tikilmiş və onlar 2007-ci ildə gələrkən ev hazır olmuşdur. Odur ki, onun adına heç bir əmlak yoxdur. Mənzillər çıxarış və texniki pasporta əsasən X2 mülkiyyətindədir. O, 19 yanvar 2021-ci il tarixdən evi tərk etmiş, iddiaçı isə ondan əvvəl çıxıb getmişdir. Həmçinin iş materiallarından göründüyü kimi iddiaçının mübahisə predmeti olan mənzildə qeydiyyatsız yaşamışdır. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında cavabdehin izahatında və etirazında bildirdi ki, Cavabdeh ilə X6 xx.xx.2005-ci il tarixdə faktiki olaraq ailə quraraq, 2007-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflər faktiki ailə qurduqdan sonra bir müddət Şəki rayonunda yaşamış, 2007-ci il tarixdən isə Cavabdeh yeznəsi X2 xüsusi mülkiyyətində olan 2002-ci il tarixdən tikdirdiyi fərdi yaşayış evində 2021-ci il tarixdə kimi yaşamışlar. Odur ki, X4 Cavabdeh qarşı qaldırdığı iddia ərizəsi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəməyə şahid qismində cəlb edilmiş X5 ifadəsində bildirdi ki, mübahisə predmeti olan ev və torpaq sahəsi ona məxsusdur. O, 1997-ci ildə torpağı almış, evi isə 2002-ci ildə alqı-satqı ilə alaraq, 2-ci evi də tikmişdir. Cavabdeh subay olarkən fəhləçilik etmişdir. O isə 2-ci evi, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təmir etdirmiş, iddiaçı və cavabdeh 2007-ci ildə həmin evdə yaşamışlar. O, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 2020-ci ildə öz adına rəsmiləşdirərək çıxarış almışdır. 3-4 il sonra o, evlər arasına hasar çəkmişdir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 2(075)-516/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 01 aprel 2007-ci il tarixdə Şəki Şəhər İHB-nin Suçma kənd İcra Nümayəndəliyində bağlanmış 07 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşağı-12 iyul 2008-ci il təvəllüdlü X7 anası İddiaçı yanında qalması, 12 iyul 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay üçün sabit pul məbləğində 150 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın alimentlə bağlı qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci ildə, ********** qeydiyyat nömrəsi ilə X2 adına tam payı müəyyən edilməklə qeydiyyata alınmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi,Nazim Hikmət küçəsi ev 5,Yeni qaydalarla Abşeron rayonu, Mehdiabad qəsəbəsi Əhməd Cavad küçəsi,81 ünvanda yerləşən 0,1008 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi xx.xx.2022-ci ildə, ********** qeydiyyat nömrəsi ilə X2 xüsusi mülkiyyətindədir. Məhkəmə iştirak edən şəxsləri və şahidi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, tərəflər 2005-ci ildə faktiki olaraq ailə qurmuş, 2007-ci ildə rəsmi nikah bağlamış, 2007-ci ildə isə Cavabdeh bacısının həyat yoldaşı X3 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 2021-ci ilədək yaşamışlar. 2021-ci ildə İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini tərk etmiş və tərəflər arasında olan nikah Şəki Rayon Məhkəməsinin 2(075)-516/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İş materialarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlardan görünür ki, İddiaçı köçmək istədiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evləri və həmin evlərin yerləşdiyi torpaq sahəsi X2 dövlət tərəfindən qorunmasına təminat verilən xüsusi mülkiyyətindədir və iddiaçının hal-hazırda mübahisəli evə köçürülməsinə əsas verən hallar müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı onun azyaşlı uşağı 12 iyul 2008-ci il təvəllüdlü X10 ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-253/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-253/2023
06.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver