Məhkəmə qərarları › İş №e-2(012)-2532/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2532/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2532/2022 28.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı nümayəndəsi nümayəndəsi-vəkil X1 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə 28 iyun 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 tərəfindən İddiaçı İB-yə vurulmuş 4212,6 manat məbləğində zərərin,hüquqi yardım üçün nəzərdə tutulmuş 300 manat və iddiaçı tərəfindən ödənilmiş 65,13 manat məbləğində dövlət rüsumunun ümumilikdə isə 4577,73 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153. VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, /BAN AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent X8 arasında xx.xx.2017ci il tarixində 14/6004 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz’' İB abonent X6 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir.Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********03087 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Natek Enerji G-4 MEXANİKA 40014182 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3 tələblərinə əməl etmək) və “X3 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 433,80 manat; xx.xx.2018-c il tarixli ******* saylı akt əsasında 535,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 28,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 230,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018ci il tarixli ******* saylı akt əsasında 57,60 manat; xx.xx.2018-c il tarixli ******* saylı akt əsasında 64,80 manat; xx.xx.2019-cu tarixli ******* saylı akt əsasında 109,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 33,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli 0215717 saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 78,70 manat olmaqla, cəmi 4214,5 manat məbləğində “Azəriqaz" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur Abonentin saldosundan görsənir ki, 1.50 manat məbləğində tutulma həyata keçirilmişdir. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 4212,6 manat təşkil etmişdir. Tərəflər arasında imzalanmış, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəvvən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz pavlavıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli. 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X3 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydalarfna əsasən müəyyən edilmişdir. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydalarf’nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəvmis zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində 'Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi-vəkil X2 iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh X8 məhkəməyə gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2017-ci il tarixində 14/6004 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin 2.3.2, 2.3.3 və 2.3.4-cü bəndlərində göstərilmişdir ki, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın, qaz qurğularına dair lahiyə və istismar sənədlərinin tələblərinə, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində “paylayıcı”ya dəymiş zərərin əvəzini ödəmək “istehlakçı”nın vəzifəsidir. Mülki işin materiallarında olan İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii X3 pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-c il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat; xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-c il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-c il tarixli ******* saylı, xx.xx.2019-cu tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı tərtib edilmiş aktlardan müəyyən edilir ki, həmin tarixlərdə İddiaçı əməkdaşları tərəfindən cavabdeh X6 məxsus ünvanda (abonent kodu: **********03087) qaz sayğacına baxış keçirilən zaman sayğacdan təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur, bununla əlaqədar olaraq aktlar tərtib olunmuşdur, lakin istehlakçı aktın tərtibində iştirak etməmiş, birtərəfli qaydada tərtib edilmişdir. İşin materiallarında olan xx.xx.2020-ci il tarixli abonentin saldo cədvəlindən müəyyən edilir ki, cavabdeh X8 tərəfindən İddiaçı İB-yə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ümumilikdə 4214,5 manat ziyan dəymişdir, həmin ünvana Tip: Natek Enerji G-4 MEXANİKA № 40014182 nömrəli qaz sayğacı 09 aprel 2020-ci il tarixdə quraşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, cavabdeh X5 yaşadığı (abonent kodu: **********03087) Hökməli qəsəbəsi, Xəqani küçəsi, ev 21 ünvanında qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktlarının aşkar olunması ilə əlaqədar, iddia tələbində təbii qazın talanması faktları hər ay dəyişkən olmuşdur, məhkəmə tərəfindən təbii qazın talanmasının aylıq 535,20 manat məbləğində çox və yaxud 32,40 manat məbləğində az olması ağlabatan sayılmır və bu əsasda orta hesabla 64,80 manat ödənişini real məbləğ hesab etməklə, məhkəmə həmin məbləğin 26 ədəd akta münasibətdə, dəymiş ziyanın (64,80 x 26 = 1684,8 manat) 1684,8 manat olmasını real və ağlabatan məbləğ hesab edərək, bu hissədə iddianın həmin məbləğdə qismən təmin edilməli olması nəticəsinə gəlir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh X5 yaşadığı (abonent kodu: **********03087) Bakı şəhəri., ünvan 2 ünvanında qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktlarına dair İddiaçı İB-nın iddia tələbi qismən təmin edilməklə, təbii qazın talanması faktları üzrə hər ay üçün orta hesabla 64.80 manat məbləği - 26 akt üzrə hesablanmaqla,ümumilikdə 1684.80 manat cərimə borcu tutulmalı, hüquqi yardım üçün nəzərdə tutulmuş 300 manat pul tələbinin isə 200 manat məbləğində tutulması əsaslı olmaqla iddia həmin hissələrdə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə 65,13 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 65,13 manat dövlət rüsumunun 50 manat hissəsi cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X4 təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 1684.80 manat məbləğində pul, hüquqi yardım üçün nəzərdə tutulmuş 200 manat məbləğində pul və dövlət rüsumu üçün 50 manat tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar