Məhkəmə qərarları › İş №e-2(012)-2540/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2540/2023

21.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2540/2023 21.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndələri Nümayəndə1 və Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqlarının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin direktoru Nümayəndə2N tərəfindən verilmiş onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli № 038k-li əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, onun Cavabdeh ASC-yə “satış təmsilçisi” vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və ödənilmiş 60 manat ilkin mediasiya sessiyası xərcinin Cavabdeh ASC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onunla Cavabdeh ASC (VÖEN: **********) arasında bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixindən Cavabdeh ASC-də satış təmsilçisi vəzifəsində işləmişdir. 2022-ci ilin noyabr ayının sonunda ona işdən çıxarılacağı və işə gəlməməsi bildirilmişdir. Lakin o, bunun səbəbini soruşduqda onun üzərinə əsassız borc yükləndiyini demişlər. O, işdən çıxarılmağı barədə əmrin surətini və əmək kitabçasını tələb etsə də həmin vaxt ona təqdim edilməmişdir. Buna görə də o, müxtəlif instansiyalara bu barədə şikayət etmişdir. Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 10 fevral 2023-cü il tarixli məktubu ilə ona bildirilmişdir ki, müraciətdə göstərilənlərlə əlaqədar 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılmışdır. Tərəflərindən aparılmış araşdırma zamanı Cavabdeh ASC-nin (VÖEN: **********) fəaliyyət göstərdiyi Şəki şəhəri, Oğuz şossesi küçəsində yerləşən obyekti xx.xx.2020-ci il tarixli **********590100 nömrəli məktubla ləğv edildiyi, hal-hazırda fəaliyyət göstərmədiyi müəyyən edilmiş və bu barədə vergi ödəyicisi tərəfindən vergi orqanına xx.xx.2023-cü il tarixli məktubla məlumat verilmişdir. Lakin bildirmək istəyir ki, 2021-ci ilin fevral ayında onunla Cavabdeh ASC arasında əmək müqaviləsi bağlamış və 2022-ci ilin noyabr ayının 10-a kimi həmin şirkətdə işləmişdir. Həmin tarixdən bildirmişlər ki, onu işdən azad etmişlər. Həmin tarixdən də onun yerinə yeni işçi gəlmişdir. O, qanunsuz işdən çıxarılmağıyla bağlı əmək müfəttişliyinə müraciət etdikdə ona bildirdirmişlər ki, əmək müqaviləsinə xitam verilməmişdir, bundan sonra 16 fevral 2023-cü ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin ona bildirilmişdi ki, 10 noyabr 2022-ci ildən əmək müqavilənə xitam verilmiş və ona həmin tarixdən işə gəlməməyi bildirilmişdir. Göründüyü kimi Cavabdeh ASC tərəfindən vergi orqanına Şəki şəhəri, Oğuz şossesi küçəsində yerləşən obyekti 27.01,2020-ci il tarixli **********590100 nömrəli məktubla ləğv edildiyi bildirilsə də hal-hazıradək onun obyektdə fəaliyyət göstərir. O, cavabdehdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə şikayət etdikdən sonra xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə rəsmi şəkildə xitam verilmiş və ona əmək kitabçası təqdim edilmişdir. Lakin o, yenə də onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini cavabdehdən tələb etsə də hal-hazıradək ona həmin əmrin surəti verilməmişdir. Buna görə də o, xx.xx.2023-cü il tarixdə işə bərpa, əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə Bakı 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin Cavabdeh ASC-nin nümayəndəsi mediasiya prosesinə gəlmədiyindən 31 mart 2023-cü il tarixdə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib etmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Hesab edir ki, iddia qanunsuz və əsassızdır. İlk öncə bildirməlidir ki, Cavabdeh ASC Nizamnamə əsasında fəaliyyət göstərən istər qida, istərsə də qeyri-qida sektorunda daxilixarici bazarda davamlı istehsal, idxal, satış fəaliyyətini həyata keçirən hüquqi şəxsdir. Cəmiyyətləri 01 fevral 2021-ci il tarixindən etibarən təşkilati-hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətdən Açıq Səhmdar Cəmiyyətinə çevrildiyi üçün Cavabdeh ASC Cavabdeh MMC-nin hüquqi varisidir. Fəaliyyətlərinin aparıcı hissəsi olan istehsal və idxal etdikləri məhsulların fiziki və hüquqi şəxslərə satışının həyata keçirilməsi və satışdan sonra yaranmış borcların yığılması üçün Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və ya əmək qanunvericiliyinə uyğun olaraq işçilər işə qəbul olunur. Belə işçilərdən biri də İddiaçıdur. Belə ki, məhsulların satışını həyata keçirmək və satışından sonra yaranmış borcların yığılması məqsədi ilə Cavabdeh ASC-yə Azərbaycan Respublikasının qüvvədə olan Əmək qanunvericiliyinə əsasən işçilər qəbul olunur. İddiaçı 01 fevral 2021-ci il tarixli ərizə ilə Cəmiyyətə müraciət edərək Cavabdeh ASC-yə işə qəbul olunmasım xahiş etmişdir. Cəmiyyət iddiaçıya etibar edərək inanmış və xx.xx.2021-ci il tarixində Cavabdeh ASC ilə ünvan 1 ünvanında pasport qeydiyyatında olan İddiaçı arasında əmək müqaviləsi, elə həmin gün xx.xx.2021-ci il tarixli X8 Haqqında Müqavilə bağlanmış, maddi məsul şəxs olması izah olunmuş və 031/2K saylı, xx.xx.2021-ci il tarixli əmrlə Cavabdeh ASC-nin “Satış təmsilçisi” vəzifəsinə qəbul edilmişdir. Satış təmsilçisi kimi çalışmağa başladığı dövrdən etibarən İddiaçı ilə Cəmiyyət arasında müəyyən edilmiş zaman intervalmda Üzləşmə Aktları tərtib edilmiş, pul öhdəlikləri hər iki tərəfin imzası ilə öz təsdiqini tapmışdır. Bir müddət sonra İddiaçı öz vəzifə öhdəliklərini normal icra etməməyə başlamışdır. Tərəflərindən dəfələrlə şifahi xəbərdarlıq olmasına baxmayaraq, pul yığımında demək olar ki, heç bir hərəkət etməmişdir. Belə olan təqdirdə İddiaçı əmək fəaliyyətini tam və obyektiv araşdırılması üçün tərəflərindən Azərbaycan Respublikası Auditor Palatası tərəfindən verilmiş 14 sentyabr 2021-ci il tarixli, SA/50 saylı qeydiyyat nömrəli icazə əsasında fəaliyyət göstərən Sərbəst X1 müraciət olunmuş, “Auditor xidməti göstərilməsi barədə” 07 fevral 2023-cü il tarixli, 14 saylı xidmət müqaviləsi imzalanmışdır. Müqavilə əsasında Sərbəst auditor X4 Cəmiyyətin “Satış təmsilçisi” İddiaçı işlədiyi dövrü araşdıraraq 15 fevral 2022-ci il tarixli Auditor Rəyi hazırlamışdır. Qeyd edilən audit yoxlaması 07 fevral 2023-cü il tarixində başlanılmış, 14 fevral 2023-cü il tarixinə qədər davam etmişdir. Audit araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı işlədiyi dövr ərzində Cəmiyyətə vurduğu ziyanın müəyyən edilməsi barədə təqdim olunmuş sənədlərə əsasən, məlum olmuşdur ki, İddiaçı öhdəliyində və ya X8ində olan 26321,89 manatın çatışmazlığı aşkarlanmışdır. Audit araşdırması zamanı müəyyən olunmuşdur ki, Cəmiyyətin satış təmsilçisi İddiaçı işlədiyi dövr ərzində onun X8ində ümumilikdə 209826,36 manatlıq mal olmuşdur ki, bunlardan da 13409,95 manat Cəmiyyətə məxsus anbara geri qaytarmış, fiziki şəxs Cəmiyyətin kassasına nağd şəkildə 103652,91 manat ödəniş olunmuşdur, həmin mallara 23183,74 manat (endirim) olunmuş, ərazidə 43257,87 manat mal qalığı qalmışdır. Nəticədə mühasibat qalığı ilə faktiki qalığı üzləşdirdikdə 26321,89 manat çatışmazlıq müəyyən olunmuşdur. Cavabdeh ASC tərəfindən sərbəst auditin çatışmazlıq barədə rəyi nəzərə alınmış və 16 fevral 2023-cü saylı əmrlə İddiaçı - Kommersiya Departamentinin Satış Şöbəsinin Region üzrə Satış təmsilçisi, xx.xx.2023-cü il tarixindən Cavabdeh ASC-dən AR Əmək ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddənin “c” bəndində sadalanan hallar rəhbər hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması), tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Qeyd olunan hallarla bağlı Cəmiyyətləri tərəfindən 15 fevral 2023-cü il tarixli №XS-111 saylı Şəki Rayon Prokurorluğuna müraciət ünvanlanmışdır. Nəticədə Şəki Rayon Prokuroru müşaviri X6 tərəfindən Azərbaycan Respublikasının Cinayət 179.2.3-cü və 179.2.4~cü maddələrinə əsasən xx.xx.2023-cü il tarixli 125 №-li cinayət işinin başlanılması haqqında qərar qəbul olunmuşdur. Odur ki, o, İddiaçı iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında Nümayəndə1 izahatına uyğun izahat verdi. İş materiallarında olan işəgötürən Cavabdeh ASC ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli maddi məsuliyyət haqqında müqavilədən görünür ki, satış təmsilçisi İddiaçı ona etibar edilmiş, maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmağı, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamağı və ziyankarlığa qarşı mübarizənin olmasını, müəssisənin, idarənin, təşkilatın rəhbərliyinə vaxtı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə yazılı məlumat verməyi və lazım gəldikdə təhlükəli vəziyyətin səbəblərini aydınlaşdırmağı, ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan sərbəst auditor X4 tərəfindən verilmiş müstəqil auditor hesabatı (rəy) dən görünür ki, satış təmsilçisi İddiaçı işlədiyi dövr araşdırılarkən onun hesabında 26321,89 manat çatışmazlıq müəyyən olunmuşdur. İş materiallarında olan Cavabdeh ASC tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli, 038K №-li əmrdən görünür ki, Kommersiya Departamentinin Satış şöbəsinin region üzrə bölməsində satış təmsilçisi-İddiaçı, xx.xx.2023-cü il tarixindən Cavabdeh ASC-dən AR3 Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, (72-ci maddənin “c” bəndində sadalanan hallar rəhbər tutularaqtəqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması), tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş, xx.xx.2021-xx.xx.2022ci iş ili üçün 21 gün, xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün 21 gün, xx.xx.2023-xx.xx.2024-cü iş ili üçün 1 gün olmaqla, toplam 43 məzuniyyət günləri kompensasiya edilmişdir. İş materiallarında olan Şəki Rayon Prokuroru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 125 №-li qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət 179.2.3-cü və 179.2.4~cü maddələrinə əsasən Cavabdeh ASC-də satış təmsilçisi işləyən İddiaçı barəsində cinayət işinin başlanılması haqqında qərar qəbul olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan sərbəst auditor X4 tərəfindən verilmiş müstəqil auditor hesabatına əsasən, satış təmsilçisi İddiaçı işlədiyi dövr araşdırılarkən onun hesabında 26321,89 manat çatışmazlıq müəyyən olunmuş, Cavabdeh ASC tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli, 038K №-li əmrdən göründüyü kimi Kommersiya Departamentinin Satış şöbəsinin region üzrə bölməsində satış təmsilçisi-İddiaçı, xx.xx.2023-cü il tarixindən Cavabdeh ASC-dən AR3 Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən, (72-ci maddənin “c” bəndində sadalanan hallar rəhbər tutularaqtəqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması), tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş, xx.xx.2021-xx.xx.2022ci iş ili üçün 21 gün, xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün 21 gün, xx.xx.2023-xx.xx.2024-cü iş ili üçün 1 gün olmaqla, toplam 43 məzuniyyət günləri kompensasiya edilmişdir. Həmçinin Şəki Rayon Prokuroru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 125 №-li qərarına əsasən, Azərbaycan Respublikasının Cinayət 179.2.3-cü və 179.2.4~cü maddələrinə əsasən Cavabdeh ASC-də satış təmsilçisi işləyən İddiaçı barəsində cinayət işinin başlanılması haqqında qərar qəbul olunmuş, iddiaçı işdən çıxarılma ilə bağlı əmrin qanunsuz verilməsini iddia etsə də, lakin məhkəmədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı bi mötəbər sübut təqdim edə bilməmiş,əksinə olaraq cavabdeh tərəfin etirazının əsaslarına dair təqdim etdiyi sübutlarla iddiaçının işdən çıxarılması barədə əmrin qanuna müvafiq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı Cavabdeh ASC-nin direktoru Nümayəndə2N tərəfindən verilmiş onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli № 038k-li əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, onun Cavabdeh ASC-yə “satış təmsilçisi” vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və ödənilmiş 60 manat ilkin mediasiya sessiyası xərcinin Cavabdeh ASC-dən alınaraq ona verilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar