Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2562/2024 28.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahələrində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz inşa edilmiş daş hasarların və fərdi yaşayış evlərinin onların hesabına sökülməsi, torpaq sahələrinin boşaldılması, əvvəlki vəziyyətinə gətirilməsi və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha olmaqla torpaq sahəsi xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********39 reyestr nömrəli çıxarış verilmişdir. Həmin ərazidə yerləşən 0,10 ha olmaqla digər torpaq sahəsi də xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********40 reyestr nömrəli çıxarış təqdim edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron ərazi idarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən İddiaçı mülkiyyətində olan xx.xx.2021-ci il tarixli, **********39 və **********40 reyestr nömrəli torpaq sahələrinə Abşeron RPİ-nin Mehdiabad PB-nin polis sahə rəisinin iştirakı ilə texniki baxış keçirilmiş və məlumatlar idarənin elektron baza məlumatları əsasında araşdırılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahələri başqa şəxslər tərəfindən daş hasara alınaraq fərdi yaşayış evləri inşa edilmişdir. Abşeron RPİ-nin Mehdiabad PB-nin polis sahə rəisi tərəfindən həmin şəxslərin Cavabdeh1 və Cavabdeh2 olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1, habelə iştirak etdiyi məhkəmə iclasında digər Cavabdeh2 iddianı qəbul etmədilər və onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsləri dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, **********39 reyestr nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0,10 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. Onun adına A 635026 saylı, xx.xx.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, **********40 reyestr nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0,10 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. Onun adına A 635027 saylı, xx.xx.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan xx.xx.2021-ci il tarixli, **********40 və **********39 reyestr nömrəli torpaq sahələrinə Abşeron ravon Polis İdarəsinin Mehdiabad Polis bölməsinin polis sahə rəisinin iştirakı ilə texniki baxış keçirilmiş və məlumatlar idarənin elektron baza məlumatları araşdırılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahələri başqa şəxslər tərəfindən daş hasara alınaraq, orada fərdi yaşayış evlər inşa edilmişdir. Mehdiabad Poiis bölməsinin polis sahə rəisi Həsənov Məmmədxan tərəfindən həmin şəxslərin Cavabdeh1 (АА 06628ЭЗ) və Cavabdeh2 (AA 0510286) olduğu müəyyən edilmişdir. "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında'' Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 313 nömrəli Fərmanının 2.3-cü bəndinin icrası ilə bağlı Abşeron rayonu, o cümlədən Mehdiabad qəsəbəsində fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəkı torpaq sahələrinin faktiki koordinatları qeydiyyata alınmışdır. Hazırda əldə edilmiş məlumatların təhlili və sistemləşdirilməsi işləri aparılır. Torpaq sahələrinin qeydiyyata alınmış faktiki koordinatları əsasında aparılan təhlillər və sistemləşdirilmə işləri başa çatdırıldıqdan və elektron kadastr məlumat bazasında müvafiq düzəlişlər aparıldıqdan sonra torpaq sahələrinin hüquqi və texniki sənədlərdəkı məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması təmin ediləcəkdir. İşdə olan JN-1312 saylı, 30800027 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X3, X2, Cavabdeh1 və Cavabdeh2 Abşeron rayon AİK-nin xx.xx.1998-ci il tarixli, 21 saylı qərarına əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0,52 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 32/332/2-5225/24 nömrəli mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinə yerli baxış zamanı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi qeydə alınmamışdır, yerölçmə işlərinin aparılması Cavabdeh2 və Cavabdeh1 faktiki istifadələrində olan torpaq sahələrində aparılmışdır. xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri sxemdə göstərilmişdir. **********39 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi (ümumi daş hasar daxilində) ilə üst-üstə düşən hissəsi 0.0423 ha təşkil edir və **********39 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan tikilinin 1 hissəsi üst-üstə düşür. **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.015 ha təşkil edir. Lakin Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********39 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh2 faktiki isitfadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********39 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh2 faktiki isitfadəsində olan tikilinin bir hissəsi ilə üst-üstə düşür. **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi (ümumi daş hasar daxilində) ilə üst-üstə düşən hissəsi 0.025 ha təşkil edir və **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 faktiki istifadəsində olan ev tikilisi ilə üst-üstə düşmə halı mövcud deyildir, lakin köməkçi tikilinin tam hissəsi üst-üstə düşür. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********40 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh1 faktiki isitfadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********40 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh1 faktiki isitfadəsində olan ev tikilisinin bir hissəsi ilə, köməkçi tikili ilə tam üst-üstə düşür. Elektron məlumat bazasına əsasən JN-1312 saylı dövlət aktının sənəd üzrə yerləşməsi sxemdə göstərilmişdir. Elektron məlumat bazasına əsasən JN-1312 saylı dövlət aktının sənəd üzrə yerləşməsi ilə xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmə halı mövcud deyildir və sxemdə göstərilmişdir. xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.20 ha torpaq sahəsindən istifadə edilməsinə cavabdehlər tərəfindən hər hansı maneənin yaradılıb-yaradılmaması sualının cavablandırılması İdarənin səlahiyyətləri xaricindədir. Elektron məlumat bazasına əsasən cavabdeh faktiki istifadəsində olan Cavabdeh1 faktiki istifadəsində olan (ümumi daş hasar daxilində yerləşən torpaq sahəsi) **********60 (X9), **********29 (X8), **********84 (X8), **********76 (X6), **********19 (X4), **********44 (X4), Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış **********75 (X5), **********77 (X7), **********40 (İddiaçı) reyestr nömrəli torpaq sahələrinin sənəd üzrə yerləşmələri ilə üst-üstə düşür. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/3334 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 32/332/2-5225/24 nömrəli mütəxəssis rəyinə əsasən, torpaq sahəsinə yerli baxış zamanı İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi qeydə alınmamışdır, yerölçmə işlərinin aparılması Cavabdeh2 və Cavabdeh1 faktiki istifadələrində olan torpaq sahələrində aparılmışdır. xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri sxemdə göstərilmişdir. **********39 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi (ümumi daş hasar daxilində) ilə üstüstə düşən hissəsi 0.0423 ha təşkil edir və **********39 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan tikilinin 1 hissəsi üst-üstə düşür. **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.015 ha təşkil edir. Lakin Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********39 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh2 faktiki isitfadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********39 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh2 faktiki isitfadəsində olan tikilinin bir hissəsi ilə üst-üstə düşür. **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi (ümumi daş hasar daxilində) ilə üst-üstə düşən hissəsi 0.025 ha təşkil edir və **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 faktiki istifadəsində olan ev tikilisi ilə üst-üstə düşmə halı mövcud deyildir, lakin köməkçi tikilinin tam hissəsi üst-üstə düşür. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********40 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh1 faktiki isitfadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********40 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh1 faktiki isitfadəsində olan ev tikilisinin bir hissəsi ilə, köməkçi tikili ilə tam üst-üstə düşür. Elektron məlumat bazasına əsasən JN-1312 saylı dövlət aktının sənəd üzrə yerləşməsi sxemdə göstərilmişdir. Elektron məlumat bazasına əsasən JN-1312 saylı dövlət aktının sənəd üzrə yerləşməsi ilə xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmə halı mövcud deyildir və sxemdə göstərilmişdir. xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.20 ha torpaq sahəsindən istifadə edilməsinə cavabdehlər tərəfindən hər hansı maneənin yaradılıb-yaradılmaması sualının cavablandırılması İdarənin səlahiyyətləri xaricindədir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********40 reyestr nömrəli torpaq sahəsinin Necas baza məlumatlarına əsasən yerləşməsi ilə digər şəxslərin sənəd üzrə mülkiyyətlərinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmə halları aradan qaldırılmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı hazırda ona məxsus ümumilikdə 0,2 (0,1+0,1) ha torpaq sahəsindən həmin daşınmaz əmlaka heç bir hüququ olmayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalarını, orada inşa edilmiş tikililərin sökülməsini xahiş edir. İşdən görünür ki, mübahisəli 0,2 ha torpaq sahəsi ilə bağlı onun adına reyestrdən çıxarışlar, habelə torpaq sahəsinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. Həmin sənədlər hazırda qüvvədədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli əmlaka dair hüquqları müvafiq orqanda qeydə alınsa da, faktiki istifadə etdikləri torpaq sahəsinin bir hissəsi iddiaçının mülkiyyətindəki torpaq sahəsi ilə kəsişir, lakin onların bu daşınmaz əmlakdan göstərilən qaydada istifadəsi qəbuledilməzdir. Mübahisəli torpaq sahəsinin zəbt olunması və orada qanunsuz tikiliin mövcudluğu iş materialları ilə, habelə mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur. Belə ki, işdə olan sənədlərdən görünür ki, **********39 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi (ümumi daş hasar daxilində) ilə üst-üstə düşən hissəsi 0.0423 ha təşkil edir və **********39 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan tikilinin 1 hissəsi üst-üstə düşür. **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.015 ha təşkil edir. Lakin Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********39 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh2 faktiki isitfadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********39 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh2 faktiki isitfadəsində olan tikilinin bir hissəsi ilə üst-üstə düşür. **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi (ümumi daş hasar daxilində) ilə üstüstə düşən hissəsi 0.025 ha təşkil edir və **********40 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Cavabdeh1 faktiki istifadəsində olan ev tikilisi ilə üst-üstə düşmə halı mövcud deyildir, lakin köməkçi tikilinin tam hissəsi üst-üstə düşür. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********40 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh1 faktiki isitfadəsində olan torpaq sahəsinin daxilində yerləşir. Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********40 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə yerləşməsi Cavabdeh1 faktiki isitfadəsində olan ev tikilisinin bir hissəsi ilə, köməkçi tikili ilə tam üst-üstə düşür. Elektron məlumat bazasına əsasən JN-1312 saylı dövlət aktının sənəd üzrə yerləşməsi sxemdə göstərilmişdir. Elektron məlumat bazasına əsasən JN-1312 saylı dövlət aktının sənəd üzrə yerləşməsi ilə xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmə halı mövcud deyildir. Göründüyü kimi, iddiaçıya sənəd üzrə ümumilikdə 0,20 ha torpaq sahəsi məxsus olsa da, onun faktiki istifadəsində heç bir sahə yoxdur. Bu torpaq sahələri cavabdehlər tərəfindən istifadə edilir və orada tikili mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus torpaq sahələrində inşa edilmiş tikili sökülərək, torpaq sahələri iddiaçıya təhvil verilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.20 ha torpaq sahəsindən çıxarılmalı, xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.20 ha torpaq sahəsində inşa edilmiş tikililər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 öz vəsaiti hesabına sökülməli, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0,2 ha torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.20 ha torpaq sahəsindən çıxarılsınlar. xx.xx.2021-ci il tarixli **********39 və **********40 reyestr nömrəli çıxarışlara əsasən İddiaçı məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0.20 ha torpaq sahəsində inşa edilmiş tikililər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 öz vəsaiti hesabına sökülsün. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumilikdə 0,20 ha torpaq sahəsi boşaldılaraq İddiaçı əvvəlki vəziyyətdə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinə görə ödənilmiş 95 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı qaytarılsın. Ekspertiza tədqiqatı üçün tələb olunan 50 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2562/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2562/2024
28.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver