Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2576/2024 24.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəbbə pulu və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəbbə pulu və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.000 manat məbləğində dəbbə pulu, 150 manat məbləğində hüquqi yardım xərci və 60 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən iddiaçı ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, cavabdehi yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə iddiaçı tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan İddiaçı ilə əmək müqaviləsi bağlayaraq 2 (iki) il müddətində yalnız Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan avtoservisdə işləməyi və əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Lakin xx.xx.2022-ci il tarixində cavabdeh ərizə ilə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə texniki xidmət mərkəzinin İİİ dərəcəli qəbuledicisi vəzifəsinə keçmək istədiyini bildirmişdir. İddiaçı cavabdehin əmək müqaviləsi bağlamaq niyyətində olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə uzun illər ərzində uğurlu şəkildə əməkdaşlıq etdiyini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsərrüfat fəaliyyətini İddiaçındən icarəyə götürdüyü obyektdə həyata keçirdiyini, cavabdehin İddiaçındə icra etdiyi vəzifə öhdəliklərini bilavasitə İddiaçınə məxsus olan obyektdə və eyni ünvanda yerləşən servisdə icra edəcəyini nəzərə alaraq cavabdehin əmək fəaliyyətini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində davam etməsinə etiraz etməmişdir. Lakin buna baxmayaraq, cavabdeh 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci maddələrinin tələblərini kobud şəkildə pozaraq 30 iyun 2023-cü il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinədə əmək müqaviləsinə xitam verilməsi haqqında ərizə ilə müraciət etmişdir. Bununla da cavabdeh aralarında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuşdur. Göstərilənlərə əsasən 2.000 manat məbləğində dəbbə pulu, 150 manat məbləğində hüquqi yardım xərci və 60 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddia tələbləri tərəflər arasında bağlanmış müqaviləyə əsaslanan tələbdir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında 01 fevral 2022-ci il tarixdə təlimkeçmə və əməkdaşlıq haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı üzərinə öhdəlik götürmüş və həmin öhdəliyini tam yerinə yetirmişdir. Cəmiyyətin öz öhdəliyini yerinə yetirməsi hazırki mübahisənin predmeti deyildir. Həmin müqaviləyə əsasən cavabdeh də üzərinə öhdəlik götürmüşdür. Belə ki, müqaviləyə əsasən cavabdeh iddiaçının ona keçdiyi təlim, nəzəri və təcrübi biliklər müqabilində əvvəlcədən müəyyən edilən müddətdə İddiaçındə işləmək öhdəliyini üzərinə götürmüşdür. Həmçinin cavabdeh müqavilə ilə üzərinə qeyd olunan şərti pozacağı təqdirdə 2.000 manat dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh əmək müqaviləsi ilə üzərinə götürdüyü müəyyən müddət iddiaçı təşkilatda işləmək öhdəliyini pozmuş, ərizəyə əsasən işdən çıxmışdır. Cavabdeh müqavilə şərtini pozaraq işdən çıxdığına görə həmin müqavilədə nəzərdə tutulan 2.000 manat dəbbə pulunu iddiaçı təşkilata ödəməlidir. Verilmiş suallara cavabında qeyd edir ki, əmək müqaviləsinin daha əvvəlki tarixdə bağlanması cavabdehin heç bir hüququnu pozmur və bunun işəgötürülənə hər hansısa bir maneəçiliyi yoxdur. Cavabdehlə 12 gün daha əvvəl müqavilənin bağlanması və həmin günlərə görə əmək haqqının ödənilməsi iddiaçının heç bir hüququnu pozmur. Cavabdeh sınaq müddəti ilə işə götürülmüşdür. Həmin müddətdə cavabdeh 3 gün əvvəlcədən iddiaçı təşkilatı xəbərdar etməklə əmək müqaviləsini pozmaq hüququna malik idi. Cavabdehin hər hansı bir iş biliyi və təcrübəsi olmadığı halda 12 gün əvvəlcədən onunla əmək müqaviləsi bağlanaraq əmək haqqı ödənilmişdir. İddiaçı təşkilat heç bir iş biliyi və təcrübəsi olmayan şəxslə əmək müqaviləsi bağlayıb ona iş biliyi və təcrübəsi öyrədir və həmin şəxsə əmək haqqı ödəyir. İddiaçı öyrətdiyi iş biliyi və təcrübəsinin qarşılığı olaraq iddiaçının müəyyən müddət çərçivəsində təşkilatda işləməsini və çəkdiyi xərcin bəhrəsini götürmək istəmişdir. Təşkilat iş təcrübəsini cavabdehə öyrədib ondan bunun qarşılığında bəhər-xeyr götürmək istəmişdir. Cavabdehin işi öyrənib başqa təşkilata xeyr verməsindən özünü sığortalamaq üçün iddiaçı müqaviləyə bu şərti daxil etmişdir. Cavabdeh əmək müqaviləsi ilə tanış olmuş, onun şərtlərini qəbul etmiş və imzalamışdır. Əgər müqavilənin şərtləri ilə cavabdeh razı deyildisə, onda həmin müqaviləni imzalamaqdan imtina edərdi. Cavabdehin iddia ərizəsinə etirazda göstərdiyi əsasların heç birinin mübahisəyə aidiyyəti yoxdur. İş yerində elə vəzifələr vardır ki, işə qəbulla bağlı onun adı emas sistemində mövcud deyildir. Qəbuledici vəzifəsi də emas sistemində mövcud deyildir. Ən uyğunu hansıdırsa, həmin vəzifənin adını əmək müqaviləsinə qeyd edirlər. Əmək müqaviləsində hansı işə qəbul edilməsi və keçiriləcək təlimlə cavabdeh tanış edilmişdir. Cavabdeh də şərtlərlə razılaşmış və əmək müqaviləsinə imza etmişdir. Təlimdə təşkilatdakı bütün vəzifələrə dair iş təcrübəsi öyrədilir. Təlimkeçmə və əməkdaşlıq müqaviləsinin 1.2, 4.2 və 5.2-ci bəndlərinə əsasən cavabdehin təşkilata dəbbə pulu ödəməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən 2.000 manat məbləğində dəbbə pulu, 150 manat məbləğində hüquqi yardım xərci və 60 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyək izahatında bildirdi ki, 2022-ci ilin iyun ayında İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, işləmək üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə keçmişdir. O, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə işə keçməsi barədə iddiaçı təşkilatın ünvanına ərizə yazmamışdır. İddiaçı özü onu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə işləməyə keçirmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən işdən çıxmasının səbəbi əmək məzuniyyətindən qayıtdıqdan sonra ona əmək haqqının ödənilməməsi olmuşdur. Bununla bağlı əmək müfəttişliyinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda onun şikayəti araşdırılır. İşdən çıxmasının digər bir səbəbi isə ona vəd edilmiş hər bir avtomobilə satışa görə ona veriləcək 1,1 faizin verilməməsi olmuşdur. Belə ki, təşkilat ona servisə daxil olan hər bir avtomobilə görə 0,45 manat ödəməli idi. Bu halda aylıq əmək haqqı təxminən 1.400 manat həddinə qalxdıqda təşkilat həmin vəsaiti ona verməkdən imtina etmiş, əmək haqqından 500 manat kəsərək 900 manat ödəniş etmişdir. Bundan sonra isə təşkilat ona hər bir avtomobilə görə 0,8 faiz ödəyəcəyini bildirmişdir. Eləcə də, iddiaçı təşkilat ustanın səhvinə görə onun əmək haqqında tutmalar aparmışdır. O, iddiaçı təşkilatda işləməyə məcbur olmadığına görə işdən çıxmış və başqa təşkilatda işə düzəlmişdir. Verilmiş suallara cavabında qeyd edir ki, iddiaçı təşkilat iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra o, əmək müqaviləsi üzrə hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. O, işlədiyinə görə və vaxtı olmaması səbəbindən iddiaçı təşkilat barədə şikayət ərizəsi ilə əmək müfəttişliyinə müraciət etməmişdir. Lakin iddiaçı təşkilat hazırda iddia ərizəsi ilə onu incitdiyinə və iş vaxtını aldığına görə şikayət ərizəsi ilə əmək müfəttişliyinə müraciət etmiş və hazırda ödənilməyən məzuniyyət pulunu tələb edir. Keçən il avqust ayında öz ərizəsi ilə işdən çıxmışdır. Ona iddiaçı təşkilatın hərəkətlərindən şikayət verməyi düşünmək üçün vaxt lazım olmuş və buna görə də hazırda şikayət ərizəsi ilə əmək müfəttişliyinə müraciət etmişdir. Verilən əmək haqqı onu qane etmədiyinə görə işdən çıxmışdır. İşini davam etdirdiyinə görə İddiaçındən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə işə keçiriləndə etirazını bildirməmişdir. Problem yaşamasın və mübahisə olmasın deyə iddiaçı təşkilatdan şikayət ərizəsi ilə müraciət etməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən o da öz haqqını tələb etmək məcburiyyətində qalmışdır. Etirazında işdən çıxmasının səbəbi kimi əmək məzuniyyətinə çıxdıqda əmək haqqının ödənilməməsini, əmək haqqından əsassız tutulmaları və vəd edilən satış faizinin ona verilməməsini göstərmişdir. Satışdan faiz verilməsini iş yerindən ona vəd etmişlər. Lakin əmək müqaviləsində bunun əksini tapıb-tapmamasından xəbəri yoxdur. İddiaçındə faizə işləməmişdir. Həmin cəmiyyətdə əmək haqqına işləmişdir. İddiaçındə əvvəlcə 400 manat, sonra isə 500 manat əmək haqqı almışdır. 1 (bir) ay ərzində qəbuledici vəzifəsini tam sərbəst öyrənmiş və icra etmişdir. İddiaçı ona təlim keçməmişdir. Ona satılmış kitabdan hər şeyi öyrənmişdir. Təlimkeçmə və əməkdaşlıq haqqında müqaviləni tam şəkildə oxumuş və tanış olmuşdur. Sonra isə müqaviləni imzalamışdır. İddiaçı ona ünvanladığı xəbərdarlıq məktubunu almış və onun mətni ilə tanış olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2022-ci il tarixli təlimkeçmə və əməkdaşlıq haqqında müqavilənin 1.1, 1.2, 4.2 və 5.2-ci bəndlərindən görünür ki, hazırkı müqaviləyə əsasən “Şirkət” ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün “Təlim alan”a müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, “Təlim alan”ı yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. “Təlim alan” “Şirkət” tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan “Şirkət”lə əmək müqaviləsi bağlayaraq “Şirkət”in avtoservisində işləməyi, “Şirkət”lə olan əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və digər müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. “Şirkət”lə əmək müqaviləsi bağladığı gündən 2 (iki) il müddətində yalnız “Şirkət”in avtoservisində işçi kimi işləmək təlim alanın vəzifəsidir. “Təlim alan” öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə, “Şirkət”in yazılı razılığı və icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində başqa avtoservisdə və digər müəssisələrdə iş yeri seçərsə və işləyərsə “Təlim alan”dan 2000 (iki min) manat məbləğində dəbbə pulunun ödənilməsini tələb etmək şirkətin hüququdur. Mülki işin materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixədək İddiaçındə operator vəzifəsinə işə qəbul edilmişdir. Mülki işin materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən Cavabdeh ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Mülki işin materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində texniki xidmət mərkəzinin İİİ dərəcəli qəbuledicisi vəzifəsinə işə qəbul edilmişdir. Mülki işin materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən Cavabdeh ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Mülki işin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 30 iyun 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, aralarında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2-ci maddəsinə əsasən o 2 (iki) il müddətində İddiaçı MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verməməyi, həmçinin həmin müqavilənin 4.2-ci maddəsinə əsasən əmək müqaviləsi bağlandığı gündən 2 (iki) il müddətində yalnız İddiaçı MMC-də əmək müqaviləsinə əsasən işləməyi öhdəsinə götürmüşdür. Lakin xx.xx.2022-ci il tarixində o, ərizə ilə müraciət edərək "xxxx" MMC-yə texniki xidmət mərkəzinin İİİ dərəcəli qəbuledicisi vəzifəsinə keçmək istədiyini bildirmişdir. İddiaçı MMC onun əmək müqaviləsi bağlamaq niyyətində olduğunu "xxxx" MMC ilə uzun illər ərzində uğurlu şəkildə əməkdaşlıq etdiyini, "xxxx" MMC-nin təsərrüfat fəaliyyətini İddiaçı MMC-dən icarəyə götürdüyü obyektdə həyata keçirdiyini, İddiaçı MMC-də icra etdiyi vəzifə öhdəliklərini bilavasitə İddiaçı MMC-yə məxsus olan obyektdə və eyni ünvanda yerləşən servisdə icra edəcəyini nəzərə alaraq onun "xxxx" MMC-də əmək fəaliyyətini davam etməsinə etiraz etməmişdir. Lakin buna baxmayaraq, o, 01 fevral 2022ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci maddələrinin tələblərini kobud şəkildə pozaraq 30 iyun 2023-cü il tarixində "xxxx" MMC-yə də əmək müqaviləsinə xitam verilməsi haqqında ərizə ilə müraciət etmişdir. Cavabdeh bu hərəkətləri ilə aralarında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci maddələrinin tələblərini və götürdüyü öhdəlikləri kobud şəkildə pozduğu üçün "xxxx" MMC ona təlim keçilməsi üçün çəkdiyi 2000 (iki min) manat məbləğində pulun ödənilməsi ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət edəcəkdir. Məhkəməyə müraciət etdiyi təqdirdə əlavə olaraq məhkəmə xərcləri və hüquqi yardım xərcləri də tutulacaq ki, bu da tutulmalı olan pul məbləğinin əsaslı surətdə artmasına səbəb olacaqdır. Göstərilənlərə əsasən aralarında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə öhdəliklərinə əməl etməsi Cavabdeh xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixədək İddiaçındə operator vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra tərəflər arasında 1 fevral 2022-ci il tarixli təlimkeçmə və əməkdaşlıq haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün Cavabdeh müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, onu yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüş, Cavabdeh isə təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan MMC ilə əmək müqaviləsi bağlayaraq MMC-nin avtoservisində işləməyi, MMC ilə olan əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və digər müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Həmçinin həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı ilə əmək müqaviləsi bağladığı gündən 2 (iki) il müddətində yalnız MMC-nin avtoservisində işçi kimi işləməyi öhdəsinə götürmüşdür. Eləcə də həmin müqaviləyə əsasən Cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə, İddiaçı yazılı razılığı və icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində başqa avtoservisdə və digər müəssisələrdə iş yeri seçərsə və işləyərsə Cavabdeh 2000 (iki min) manat məbləğində dəbbə pulunun ödənilməsini tələb etmək MMC-nin hüququdur. Daha sonra İddiaçı razılığı ilə xx.xx.2022-ci il tarixdə ərizəsinə əsasən Cavabdeh ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmiş, cavabdeh xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində texniki xidmət mərkəzinin İİİ dərəcəli qəbuledicisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə isə İddiaçı razılığı olmadan ərizəsinə əsasən Cavabdeh ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı ilə bağladığı 1 fevral 2022-ci il tarixli təlimkeçmə və əməkdaşlıq haqqında müqavilənin tələblərini pozmuşdur. İddiaçı bunun səbəbini əmək məzuniyyətində olduğu dövrdə ona əmək haqqı verilməməsi, əmək haqqında əsassız tutulmalar və ona vəd edilən satışı faizinin ona verilməməsi ilə əlaqələndirsə də, bununla əlaqədar sübutları məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh 1 fevral 2022-ci il tarixli təlimkeçmə və əməkdaşlıq haqqında müqavilənin tələblərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi “2.000 manat məbləğində dəbbə pulunun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi” hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə iddia tələbinin “150 manat məbləğində hüquqi yardım xərcinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı hüquqi yardıma görə nümayəndəyə (vəkilə) 150 manat məbləğində pul vəsaitini ödədiyini iddia etsə də, bununla bağlı sübutu (ödəniş qəbzini) məhkəməyə təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2.000 (iki min) manat dəbbə pulu İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiyaya görə ödənilmiş 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2.000 (iki min) manat dəbbə pulu və 60 (altmış) manat mediasiya xərci, cəmi 2.060 (iki min altmış) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-2576/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2576/2024
24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver