Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-258/2024 17.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmasına, torpaq sahəsi üzərində tikilmiş tikililərin cavabdehin hesabına sökülməsinə və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək iddiaçıya təhvil verilməsinə dair, eləcə də, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi icraata götürülmüş və bir sıra prosessual hərəkətlər (ekspertiza təyin edilmişdir) edilmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə elekton məhkəmə və informasiya sisteminə ərizə yükləyərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini və mülki işin baxışa təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iddia tələbini qəbul etmədiklərini bildirdilər və iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair e-2(012)-258/2024 nömrəli mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. İşdən görünür ki, mübahisəli 0,02 ha torpaq sahəsi Bakı şəhəri Xəzər rayonunda yerləşir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Qanunun tələblərindən də göründüyü kimi, torpaq sahəsinin mülkiyyətçisinin hüquqlarının pozulmasının aradan qaldırılması barədə iddialar həmin torpaq sahəsinin yerləşdiyi yerə görə verilməlidir. Bu səbəbdən məhkəmə hazırki iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərarına gəlir. Belə ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X1 bir hissəsi Abşeron Rayon İcra Hakimiyyətin idarəçiliyində olmasına baxmayaraq Bakı şəhərinin inzibati ərazisində yerləşir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267-ci və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair e-2(012)- 258/2024 nömrəli mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Xəzər rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-258/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-258/2024
17.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver