Məhkəmə qərarları › İş №e-2(012)-2592/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2592/2023

07.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2592/2023 07.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin mənzildən çıxarılması və əmlakın boşaldılması tələbi barədə iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin mənzildən çıxarılması və əmlakın boşaldılması tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Macit X6 rayonu, Novxanı kəndi, Ə.Abuzərov küçəsində yerləşən 181.80 kv.m ümumi sahədən ibarət 3 otaqlı 42 saylı fərdi yaşayış evindən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC-dən (hazırkı İddiaçı ASC) ilə X5 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, X4 məxsus, Abşeron rayonu, Novxanı kəndi, Ə.Abuzərov küçəsində yerləşən 181.80 kv.m ümumi sahədən ibarət 3 otaqlı 42 saylı fərdi yaşayış evinə Sumqayıt Apellyasiya Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(105)- 3369/2018 saylı qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 28 iyul 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair çıxarışdan göründüyü kimi X4 məxsus, Abşeron rayonu, Novxanı kəndi, Ə.Abuzərov küçəsində yerləşən 181.80 kv.m ümumi sahədən ibarət 3 otaqlı 42 saylı fərdi yaşayış evində Cavabdeh2 və Cavabdeh1 qeydiyyatda olmaqla yaşayır. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Odur ki, iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, iddiaçıya borcu olan Hidayət Süleymanovu və mübahisəli evi ipotekaya qoyan Cəmilə Süleymanovanı tanımır. Mübahisəli ev qaynanası Südabə xanıma 2013-cü ildə satılmışdır. Artıq 10 ildən çoxdur ki, həmin evdə yaşayırlar. Evə dair sənədlər arxivdədir. Evin yerləşdiyi torpaq sahəsi Natiqin adınadır. Maddi vəziyyətləri yaxşı olmadığından çıxarış ala bilməmişlər. Cavabdehlər məhkəmənin sonrakı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. İş materiallarında оlаn və məhkəmə bахışındа tədqiq оlunmuş: Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(105)-3369/2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 2(012)-5111/2015 saylı, 18 noyabr 2015-ci il tarixli qətnaməsi borcun tutulması hissəsində dəyişdirilmiş, X2 25138,35 ABŞ dolları əsas, 3542,18 ABŞ dolları faiz borcu və 100 ABŞ dolları cərimə borcu olmaq] icra olunduğu günə olan manatın Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq iddiaçı "xxxx" X8 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, qətnamə 10 manat məhkəmə xərcinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" İKB ASC-nin xeyrinə verilməsi, tələbin ipoteka predmeti olan X4 məxsus Abşeron rayonu, Novxanı kəndi, Ə.Abuzərov küçəsində yerləşən 181,80 kv.metr sahədən ibarət 3 otaqlı 42 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılaraq onun satışından əldə olunan pul vəsaiti hesabına X3 "xxxx" İKB ASC-yə olan cəmi 28780,53 ABŞ dolları kredit borcunun, 30 manat məhkəmə xərc dövlət rüsumunun əvəzinin ödənilməsi, ipoteka predmeti məbləğində müəyyən edilməsi, "xxxx" İKB ASC-yə ödənilməli olan kredit borcunun, məhkəmə xərcinin və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunan pul vəsaitinin qalan hissəsinin cavabdeh X4 qaytarılması hissəsində dəyişdirilmədən saxlanılması, mülki iş üzrə 100 (yüz) manat ekspertiza xərci X2 tutularaq Az MEM VÖEN **********, AZ Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN ******************** SWİFT BİK CTREAZ səviyyəsinin kodu: 3 nömrəli hesaba keçirilməsi qət edilmişdir. İşin materiallarında olan xx.xx.2021-ci il tarixlı Çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndi, X16 küçəsi, ev 42 ünvanı İddiaçı ASC-nin mülkiyyətindədir. “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatların Çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndi, X16 küçəsi, ev 42 ünvanında Cavabdeh2 (xx.xx.1983), Cavabdeh1 (xx.xx.1978), X12 (xx.xx.2009), X10 (xx.xx.2012) qeydiyyatdadırlar. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, Cavabdeh2, Macit X6 rayonu, Novxanı kəndi, X16 küçəsi, ev 42 ünvanında qeydiyyatdadır. xx.xx.2015-ci il tarixli AN-İ №0488036 nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, X9 tərəfindən Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən ümumi sahəsi 0.2626 ha olan torpaq sahəsi 5300 manata Cavabdeh2 satılmışdır. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı ASC Abşeron rayonu, Novxanı kəndi, Ə.Abuzərov küçəsində yerləşən 181,80 kv.metr sahədən ibarət 3 otaqlı 42 saylı fərdi yaşayış evini qanunauyğun qaydada əldə etmiş, bunun nəticəsi olaraq daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisinin mülkiyyət hüququna xitam verilərək onun bu hüququ İddiaçı ASCyə keçmiş, lakin fərdi yaşayış evinin qanunauyğun qaydada əldə edilməsinə baxmayaraq cavabdehlər oradan çıxmırlar, istifadə etməkdə davam edirlər. Bununla da İddiaçı ASC-nin mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək onun bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4. maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddiaçının mülkiyyət hüququ toxunulmaz olduğundan, cavabdehlərin həmin evdən çıxamaması mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia əsaslıdır və iddia tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Macit X6 rayonu, Novxanı kəndi, Ə.Abuzərov küçəsində yerləşən 181.80 kv.m ümumi sahədən ibarət 3 otaqlı 42 saylı fərdi yaşayış evindən çıxarılmalı, həmin ev boşaldılmalı və Banka təhvil verilməli ə istifadə hüquqlarına xitam verilməli, onlar həmin mənzildən çıxarılmalı, yaşayış iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən bərabər qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cvabdehlərin iddiaya etirazlarına münasibətdə qeyd edir, ki, cavabdehlərin mübahisəli evdən istifadə hüquqları yoxdur. Cavabdehlərin məhkəməyə təqdim etdikləri xx.xx.2015-ci il tarixli AN-İ №0488036 nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, X9 tərəfindən Abşeron rayonu, Novxanı kəndi ünvanında yerləşən ümumi sahəsi 0.2626 ha olan torpaq sahəsi 5300 manata Cavabdeh2 satılmışdır. Həmin şəxslərin mübahisəli evə aidiyyatı müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Macit X6 rayonu, Novxanı kəndi, Ə.Abuzərov küçəsində yerləşən 181.80 kv.m ümumi sahədən ibarət 3 otaqlı 42 saylı fərdi yaşayış evin çıxarılsınlar, həmin ev boşaldılsın və İddiaçı ASC-yə təhvil verilsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (hər birindən 50 manat olmaqla) tutularaq iddiaçıya ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar