Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2651/2024 25.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi, habelə "xxxx" MMC-nin İddiaçı qarşı müqavilənin ləğv edilməsi və yaşayış sahəsinin təhvil verilməsi barədə iddia tələblərinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 19 saylı küçəsində inşa edilən bina F, mərtəbə 9, ümumi sahəsi 78,3 kv.metrdən ibarət 2 otaqlı, 49 nömrəli mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə həmin mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında "AAAF-Park" yaşayış massivinin 19 saylı küçəsində inşa edilən, bina F, mərtəbə 9, ümumi sahəsi 78,3 kv. metrdən ibarət, 2 otaqlı, 49 nömrəli mənzilə, həmin mənzilin dəyərinin tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli üzrə ödəniş vaxtı çatmış borc məbləği ödənilməklə, ddiaçı- İddiaçı sahiblik və istifadə hüququnun tanınması və cavabdeh-"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə həmin mənzili iddiaçı - İddiaçı təhvil vermək vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi və yaşayış sahəsinin təhvil verilməsi barədə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 09 iyul 2016-cı il tarixli M-0551 nömrəli alqısatqı müqaviləsinin ləğv edilməsi, 09 iyul 2016-cı il tarixli M-0551 nömrəli müqavilə üzrə satılmış Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş “AAAF- PARK” yaşayış massivindəki 19 saylı küçə, F saylı yaşayış binasında, ümumi sahəsi 78,3 kv.metr olan 2 otaqdan ibarət, 49 saylı mənzilin boşaldılaraq iddiaçı "xxxx" MMC-yə təhvil verilməsi, habelə ödənilmiş dövlət rüsumu kimi 100,40 manat pulun cavabdeh İddiaçı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-2758/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi və yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair mülki işlə birləşdirilmişdir. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, hər iki tərəf müxtəlif tarixlərdə məhkəməyə ərizələrlə müraciət edərək, iddialarından imtina etdiyini bildirmişlər. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi, habelə "xxxx" MMC-nin İddiaçı qarşı müqavilənin ləğv edilməsi və yaşayış sahəsinin təhvil verilməsi barədə iddia tələblərindən imtina edildiyi üçün iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2024-cü ildə, "xxxx" MMC isə müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2024-cü ildə ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iş üzrə icraata xitam verilməli, habelə iş üzrə iddiaçıların ödədikləri dövlət rüsumu onlara geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" MMC-yə qarşı mənzilə sahiblik və istifadə hüququnun tanınması və mənzilin təhvil verilməsi tələbinə dair iş üzrə İddiaçı iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. "xxxx" MMC-nin İddiaçı qarşı müqavilənin ləğv edilməsi və yaşayış sahəsinin təhvil verilməsi tələbinə dair iş üzrə "xxxx" MMC-nin iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı hazırki mülki iş (e-2(012)-2651/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. "xxxx" MMC-nin iş üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" MMC-yə qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2651/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2651/2024
25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver