Məhkəmə qərarları › İş №e-2(012)-2652/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2652/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2652/2022 22.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-634/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 273 manat, debitor borcuna görə 1329,90 manat və dövlət rüsumu üçün ödənilmiş 54,90 manat pulun əvəzinin tutularaq İddiaçı hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3678,90 manat məbləğində zərərin, hüquqi yardım üçün nəzərdə tutulmuş 300 manat və zərərin və iddiaçı tərəfindən ödənilmiş 59,79 manat məbləğində dövlət rüsumunun ümumilikdə isə 4038,69 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bank Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/HAZ03NABZ********************, SWİFT İBAZAZ2X: Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini araşdırıb belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin ödənilməsi» tələbinə dair mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-634/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyandan 273 manat, debitor borcuna görə 1329,90 manat və dövlət rüsumu üçün ödənilmiş 54,90 manat pulun əvəzinin tutularaq İddiaçı hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3678,90 manat məbləğində zərərin, hüquqi yardım üçün nəzərdə tutulmuş 300 manat və zərərin və iddiaçı tərəfindən ödənilmiş 59,79 manat məbləğində dövlət rüsumunun ümumilikdə isə 4038,69 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bank Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/HAZ03NABZ********************, SWİFT İBAZAZ2X: Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin hazırki iddia tələbində olan eyni tərəflər arasında eyni predmet üzrə artıq yekun məhkəmə aktı qəbul edildiyindən məhkəmə hesab edir ki, MPM-in 259.0.4-cü maddəsinə əsasən İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin ödənilməsi» tələbinə dair mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin ödənilməsi» tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar