Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2677/2021 31.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 07.07.2017-ci il tarixli çoxmənzilli yaşayış binasının Tikintisi haqqında fərdi müqaviləyə və 07.07.2017-ci il tarixli Payçılıq vəziyyəti barədə Maliyyə Arayışına əsasən ona məxsus olan Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş-93 Yaşayış Kompleksində yerləşən Bağçalı Evlər MTK tərəfindən inşa edilmiş 18 saylı binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 34.9 kv.m olan 1 otaqlı 3 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş-93 yaşayış kompleksində yerləşən Bağçalı Evlər MTK-ya məxsus 18 saylı binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 34.9 kv.m olan 1 otaqlı 3 saylı mənzili 07.07.2017-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi Müqaviləyə və 07.07.2017-ci il tarixli Payçılıq vəziyyəti barədə maliyyə arayışına əsasən ona məxsusdur. Həmin mənzili o, rəhmətlik anasının yardımı ilə almışdır. O, mənzili payçılıq hüququ ilə satın aldıqdan sonra oranı seçmiş və içərisinə mebel və məişət əşyaları alıb yerləşdirmişdir. Cavabdeh onun qızıdır və cavabdeh ona məxsus olan və yaşadığı Bakı şəhəri Nərimanov rayonu Ülvi Bünyadzadə küçəsi 17 saylı evin 102 saylı mənzilində qeydiyyatdadır və həmin mənzildə onunla və azyaşlı övladı ilə birlikdə yaşayırdı. Cavabdeh sözügedən mübahisəli mənzilə başqa şəxsi gətirmiş, o isə yad bir insanın evə daxil olmasını istəməmişdir. 2020-ci ilin oktyabr ayında cavabdeh ona məxsus olan Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş-93 Yaşayış Kompleksində yerləşən mənzilin açarlarını yaşadığı evdən götürərək Masazır qəsəbəsinə getmiş və həmin mənzili tanımadığı şəxslərə kirayə vermişdir. O, bundan 4 ay sonra xəbər tutmuş və mənzilində kirayədə qalan şəxslərlə görüşərək onlardan evi boşaltmalarını və açarları da cavabdehə deyil, ona təhvil verilməsini tələb etmişdir. Lakin cavabdeh onun ziddinə gedərək ona məxsus olan Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş-93 Yaşayış Kompleksində yerləşən mənzilin açarlarını kirayədə qalan şəxslərdən özü almış və evin qapısının kilidini dəyişdirərək onun icazəsi və razılığı olmadan mənzilə yerləşmiş və mənzildən çıxmayacağını ona bildirmişdir. Dəfələrlə o və oğlu həmin mənzilə gedərək cavabdehin mənzildən çıxmasını və evin açarlarını ona təhvil verməsini tələb etsə də cavabdeh qapını açmayaraq polislə onu hədələmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmiş və hesab edir ki, cavabdeh ona məxsus olan mənzildən çıxarılmalıdır. Ona görə də göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddiaçının izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı iddia ərizəsində bəhs etdiyi mübahisəli Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş-93 Yaşayış Komleksində yerləşən Bağçalı Evlər MTK tərəfindən inşa edilmiş 18 saylı binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 34.9 kv.m olan 1 otaqlı 3 saylı mənzili ona nənəsi tərəfindən alınmışdır. Həmin mənzildə o, nikaha daxil olduqdan onra 3 ilə yaxın müdddətdə yaşamışdır. Lakin sonradan onun nikahı pozulmuş və o, həmin mənzili tərk etmiş, mənzilin açarlarını anasına təhvil verərək təhsil almaq üçün xarici ölkəyə getmişdir. Azərbaycana qayıtdıqdan sonra isə mənzilin açarlarını anasından təhvil almışdır. Sözügedən mənzili hazırda o, tanıdığı bir kişiyə 250 manata kirayə vermiş, özü isə həm şəhərdə işlədiyindən, həm universitet praktikalarına getdiyindən 450 manata şəhərdə kirayə ev tutaraq orada yaşayır. Öz azyaşlı övladı hazırda anasının yanında qalmaqla anasının himayəsindədir, özü isə anasına məxsus Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən mənzildə yaşayır. Lakin kiçik qardaşı pis vərdişlərə aludə olduğundan həmin mənzildə yaşamaq niyyətində deyildir. İddiaçı onun mübahisəli mənzilə başqa şəxsin gətirdiyini qeyd etsə də həmin şəxslə o, hazırda evlidir və həmin nikahdan da övladı dünyaya gələcəkdir. İddiaçı da özündən 10 yaş kiçik şəxslə nikaha daxil olmuş, bu səbəbdən də o, həmin şəxslə birlikdə eyni evdə yaşamaq istəmir. Mənzil 2018-ci ildə onun üçün alınsa da mənzil onun adına rəsmiləşdirilməmişdir. Hesab edir ki, nikahının pozulacağı güman edildiyindən və gələcəkdə əmlak mübahisəsi yaşanılmasınnın qarşısı alınsın deyə mənzilin iddiaçının adına alınması daha məntiqli hesab edilmişdir. Ona görə də göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, eləcə də, işin digər materiallarını nəzərdən keçirib belə nəticəyə gəlmişdir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -08.04.2008-ci il tarixli AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhərri Nərimanov rayonu Ü.Bünyadzadə küçəsi 17 saylı evin 102 saylı mənzilində qeydiyyatdadır. -X5 MTK ilə sifarişçi İddiaçı arasında bağlanmış 07.07.2017-ci il tarixli 018b/003 saylı çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilədən görünür ki, sifarişçi bu müqaviləni əsas tutaraq sifariş edir, podratçı isə Abşeron rayonu Masazır qəsəbəsi 18b saylı yaşayış binasının 1-ci blokunda 1 otaqlı 3 saylı mənzilin tikintisini öz öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən tikilən mənzilin 1 m2-nin qiyməti 560 manat həcmindədir, mənzilin ümumi sahəsi 34.9 m2, müqavilənin qiyməti 19544 manat, ödənişin manatla ödənilməsi müəyyən edilmişdir. -Payçılıq vəziyyəti barədə 07.07.2014-cü il tarixli Bağçalı Evlər MTK-dan maliyyə arayışından görünür ki, payçı İddiaçı ilə Bağçalı Evlər MTK arasında 07.07.2017-ci il tarixində müqavilə imzalanmış və bu tarixdən payçı MTK-ya üzv olmuşdur. Payçı Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Bağçalı Evlər MTK-ya məxsus yaşayış kompleksdə 18 saylı binada, 1-ci blokunun 1-ci mərtəbədə 1 otaqlı sahəsi 34.9 kv.m olan 3 saylı mənzili almışdır. Payçı mənzilin ümumi dəyərini tamamilə ödəmiş, hazırda payçının MTKya mənzil üzrə borcu yoxdur. İşin məhkəmə iclasında araşdırılan hallarından müəyyən olunmuşdur ki, Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş-93 yaşayış kompleksində yerləşən Bağçalı Evlər MTKya məxsus 18 saylı binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 34.9 kv.m olan 1 otaqlı 3 saylı mənzili 07.07.2017-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi Müqaviləyə və 07.07.2017-ci il tarixli Payçılıq vəziyyəti barədə maliyyə arayışına əsasən İddiaçı məxsusdur. O, mənzili payçılıq hüququ ilə satın aldıqdan sonra qızı Cavabdeh iddiaçıya məxsus olan mənzilə daxil olmuş və sözügedən mübahisəli mənzilə başqa şəxslərə kirayə vermişdir. O, cavabdehə mənzili ona təhvil verilməsini tələb etmiş, lakin cavabdeh mənzili ona qaytarmasından imtina etmişdir. Ona görə də göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İşin araşdırılan hallarından müəyyən olduğu kimi iddiaçı X5 MTK ilə sifarişçi İddiaçı arasında bağlanmış 07.07.2017-ci il tarixli 018b/003 saylı çoxmənzilli yaşayış çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə bağlanmış və maliyyə arayışına əsasən Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Bağçalı Evlər MTK-ya məxsus yaşayış kompleksdəki 18 saylı binada, 1-ci blokunun 1-ci mərtəbədə 1 otaqlı sahəsi 34.9 kv.m olan 3 saylı mənzil iddiaçının sahiblik və istifadəsinə keçmişdir. Hazırda iddiaçının həmin mənzilə gözlənilən mülkiyyət hüququ vardır. -1993-cü ilin aprelində Türkiyə Ümraniyə şəhər zibilliyində baş vermiş partlayış nəticəsində torpaq sürüşməsi olub. Ətrafdakı gecəqondu sahiblərindən Önər Yıldızın evi uçub, ailə üzvlərindən doqquz nəfər dünyasını dəyişib. Vətəndaş Avropa Məhkəməsinə üz tutub. “X3rşı” məhkəmə işində Avropa Məhkəməsi onun dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirib. Dövlət üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsi qoyub: “Əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanıyıb. Dövlət susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək, ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanıyıb” “X4rşı” məhkəmə işində Avropa məhkəməsi vurğulayıb ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir, bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiyası olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə) 152.1. maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehin həmin mənzildə yaşaması ilə məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdeh maneçilik törədir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüququ toxunulmazdır. Cavabdehin iddiaçının evində qeydiyyatda qalaraq yaşaması qanunla onun öz mülkiyyətindən istifadə, sahiblik və sərəncam vermək hüququnu məhdudlaşdırır. Mülki Məcəlləsinin; 157.4. maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Eyni zamanda, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Cavabdehin iddiaçıya məxsus mənzilə girməsi və ondan istifadə etməsi iddiaçın sahiblik, istifadə və gözlənilən mülkiyyət hüquqlarını pozur. Ona görə də cavabdehin iddiaçıya məxsus mənzildən qanunsuz istifadəsi mülkiyyətə müdaxilə kimi qiymətləndirilməli və cavabdeh iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Beləliklə, işin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə mənzil üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, 28.11.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verib, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçının mənzilə istifadə və sahiblik hüququnun olması, o cümlədən gözlənilən mülkiyyət hüququ əsas hüquq olduğundan iddia tələbi təmin edilməli, cavabdeh X2, 07.07.2017-ci il tarixli çoxmənzilli yaşayış binasının Tikintisi haqqında fərdi müqaviləyə və 07.07.2017-ci il tarixli Payçılıq vəziyyəti barədə Maliyyə Arayışına əsasən İddiaçı məxsus olan Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş-93 Yaşayış Kompleksində yerləşən Bağçalı Evlər MTK tərəfindən inşa edilmiş 18 saylı binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 34.9 kv.m olan 1 otaqlı 3 saylı mənzilindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı məxsus Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş-93 Yaşayış Komleksində yerləşən Bağçalı Evlər MTK tərəfindən inşa edilmiş 18 saylı binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 34.9 kv.m olan 1 otaqlı 3 saylı mənzilindən çıxarılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2677/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2677/2021
31.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver