Məhkəmə qərarları › İş №e-2(012)-2686/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2686/2024

12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2686/2024 12.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 92 saylı və xx.xx.2011-ci il tarixli 93A saylı müqavilələr üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməsi, ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 55,68 kv.metr olan 1 otaqlı, 75 saylı və həmin binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 68,55 kv.metr olan 1 otaqlı, 77 saylı mənzillərin iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzillərə olan alıcı, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, ünvan 1 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 55,68 kv.metr olan 1 otaqlı, 75 saylı mənzildən və həmin binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 68,55 kv.metr olan 1 otaqlı, 77 saylı mənzildən iddiaçının istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, iddiaçının mənzildən istifadə, mülkiyyət və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, ev tikintisi sahəsində fəaliyyət göstərən Cavabdeh MMC ünvan 1 ünvanında 14 mərtəbəli yaşayış binası inşa edir. Cavabdeh MMC ilə iddiaçı arasında bağlanmış və Cəmiyyətin direktoru X6 imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2011-ci il tarixli, 92 saylı və xx.xx.2011-ci il tarixli 93A saylı müqavilələrə əsasən cavabdeh qeyd edilən yaşayış binasının 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 55,68 kv.metr olan 1 otaqlı, 75 saylı mənzili və həmin binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 68.55 kv.metr olan 1 otaqlı, 77 saylı mənzili iddiaçıya satmışdır. xx.xx.2011-ci il tarixli, 92 saylı və xx.xx.2011-ci il tarixli 93A saylı müqavilələrin 2.2.1-ci bəndinə əsasən ümumi sahəsi 55,68 kv.metr və 68,55 kv.metr olan mənzillərin bir kv.metrinin dəyəri 400 manat müəyyən edilməklə, ümumi satış qiyməti 75 saylı mənzilə görə 22272 manat, 77 saylı mənzilə görə 27453 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2011-ci il tarixli, 92 saylı və xx.xx.2011-ci il tarixli 93A saylı müqavilələrin 2.2.2-ci maddəsində göstərilir ki, müqavilənin 2.2.1-ci bəndində qeyd olunan mənzillərin ümumi dəyəri 49725 manat xx.xx.2008-ci il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış ümumi məbləği 49725 manat təşkil edən, ümumi sahəsi 117 kv.metr təşkil edən mənzillə əvəzlənir. Bu müqavilənin 2.2.2-ci bəndində göstərilən məbləğdən 49725 manatı "xxxx" MMC-yə ödənilmişdir. Müqavilələrin 2.2.3-cü bəndinə əsasən bu müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərində göstərilən mənzillərin əvəzləşməsi zamanı arada yaranacaq fərq aidiyyəti olan şəxs tərəfdən ödəniləcəkdir. Müqavilələrin 3.1-ci bəndindən görünür ki, satıcı müqavilənin 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərini 24 ay müddəti ərzində tamamlayıb alıcıya təhvil verir. Cavabdeh MMC-nin iddiaçıya təqdim etdiyi xx.xx.2011-cü il tarixli kassa mədaxil orderindən müəyyən olunur ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 55,68 kv.metr olan 1 otaqlı, 75 saylı mənzili almaq üçün iddiaçı tərəfindən 22272 manat "xxxx" MMC-yə ödənilmişdir. Cavabdeh MMC-nin iddiaçıya təqdim etdiyi xx.xx.2011-cü il tarixli öhdəlikdən müəyyən olunur ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 55,68 kv.metr olan 1 otaqlı, 75 saylı mənzilə görə X3 qalıq borcu yoxdur. Cavabdeh MMC-nin iddiaçıya təqdim etdiyi xx.xx.2011-cü il tarixli kassa mədaxil orderindən müəyyən olunur ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 68.55 kv.metr olan 1 otaqlı, 77 saylı mənzili almaq üçün iddiaçı tərəfindən 27453 manat "xxxx" MMC-yə ödənilmişdir. Cavabdeh MMC-nin iddiaçıya təqdim etdiyi xx.xx.2011-cü il tarixli öhdəlikdən müəyyən olunur ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 68,55 kv.metr olan 1 otaqlı, 77 saylı mənzilə görə X3 qalıq borcu yoxdur. Göründüyü ki, tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 92 saylı və xx.xx.2011-ci il tarixli 93A saylı müqavilələrin 2.2.2 və 2.2.3-cü bəndlərindən müəyyən olunur ki, Cavabdeh MMC digər təşkilatın, yəni "xxxx" MMC-nin xx.xx.2008-ci il tarixli müqaviləsi üzrə iddiaçı qarşısında götürdüyü öhdəliyin icrasını öz üzərinə götürmüşdür. xx.xx.2008-ci il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqavilənin 1-ci bəndinə əsasən "xxxx" MMC ünvan 2 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasında ümumi sahəsi 117 kv.metr olan mənzili iddiaçıya 49725 manata satmış, lakin sonradan üzərinə götürdüyü öhdəlikləri icra edə bilməmişdir. Bundan sonra, qarşılıqlı razılaşma əsasında Cavabdeh MMC, "xxxx" MMC-nin iddiaçı qarşısında olan öhdəliyinin icrasını könüllü olaraq öz üzərinə götürmüş, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqaviləyə xitam verilmiş və əvəzində Cavabdeh MMC ilə hazırki müqavilələr bağlanmışdır. Lakin hazırda Cavabdeh MMC xx.xx.2011-ci il tarixli 92 saylı və xx.xx.2011-ci il tarixli 93A saylı müqavilələr əsasında üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir və müqavilədə göstərilən mənzilləri iddiaçının istifadəsinə vermir. Cavabdeh MMC-nin iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 və cavabdehin vəkilinümayəndəsi Nümayəndə2 iştirak etdikləri məhkəmə iclasında iddiaya etiraz etdilər və onun rədd olunmasını xahiş etdilər. Nümayəndə2 əlavə etdi ki, tərəflər arasında bağlanmış müqavilələr daşınmaz əmlakın alqı-satqısı müqaviləsi olduğu üçün notariat qaydasında təsdiqlənməli idi. Lakin iş materiallarında belə bir sənəd mövcud deyildir. Cavabdeh MMCnin vəzifəli şəxsləri tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qeyrilərinin vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmələrində və xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrində köməkçi qismində iştirak etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 308.2, 32.5,308.2, 32.4,312.1, 313 və 35.4,313-cü maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 nömrəli hökmü ilə təqsirli bilinmişlər. Bu baxımdan iddiaçı ilə “Hasil MMC” arasında mənzillərin alqı-satqısı haqqında müqavilə bağlanarkən iddiaçı tərəfindən pul vəsaitinin ödənilib-ödənilməməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-132/2021 nömrəli hökmü ilə müəyyən edilmişdir. İddiaçı tərəf iddia ərizəsində pulun "xxxx" MMC-yə ödənildiyini və daha sonra həmin MMC öhdəliyi icra edə bilmədiyindən qarşılıqlı razılıq əsasında onun öhdəliyinin Cavabdeh MMC tərəfindən yerinə yetiriləcəyi barədə öhdəlik götürülməsini qeyd etmişdir. Lakin bu faktı təsdiq edən hər hansı sübut mövcud deyil. Həmçinin müqavilədə nəzərdə tutulmuş bina istismara qəbul edilməyib. İddiaçı hazırki tələb üzrə iddia müddətini də ötürüb. Buna görə də iddia təmin edilməməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - "xxxx" MMC ilə X7 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC ünvan 2 ünvanında inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 1-ci bloku, 14-cü mərtəbədə, ümumi sahəsi 117 kv.metr təşkil edən, 3 otaqdan ibarət 95 saylı mənzili 49725 manat ödəmək şərtilə X5 təhvil verməyi öhdəsinə götürmüşdür. - xx.xx.2008-ci il tarixli kassa mədaxil orderindən görünür ki, X7 ilkin ödəniş kimi 49725 manat vəsaiti "xxxx" MMC-nin hesabına ödəmişdir. - Cavabdeh MMC ilə X7 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 92 saylı müqavilədən görünür ki, Cavabdeh MMC ünvan 1 ünvanında inşa edilmiş binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 55,68 kv.metr olan 1 otaqlı, 75 saylı mənzili iddiaçıya satmışdır. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən ümumi sahəsi 55,68 kv.metr olan həmin mənzilin bir kv.metrinin dəyəri 400 manat müəyyən edilməklə ümumi satış qiyməti 22272 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 2.2.2-ci maddəsində göstərilir ki, müqavilənin 2.2.1-ci bəndində qeyd olunan mənzil dəyəri xx.xx.2008-ci il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış ümumi məbləği 49725 manat, ümumi sahəsi 117 kv.metr təşkil edən mənzillə əvəzlənir. Bu müqavilənin 2.2.2-ci bəndində göstərilən məbləğdən 22272 manatı "xxxx" MMC-yə ödənilmişdir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən bu müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərində göstərilən mənzillərin əvəzləşməsi zamanı arada yaranacaq fərq aidiyyatı olan tərəfdən alınacaqdır. Müqavilənin 3.1-ci bəndindən görünür ki, satıcı müqavilənin 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərini 24 ay müddəti ərzində tamamlayıb alıcıya təhvil verir. - xx.xx.2011-ci il tarixli Cavabdeh MMC-nin kassa mədaxil orderindən görünür ki, X1 rayonu, Xırdalan şəhəri, Axundov küçəsi, ev 39 ünvanında inşa edilmiş binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 55,68 kv.metr olan 1 otaqlı, 75 saylı mənzilin alınması üçün 22272 manat vəsaiti "xxxx" MMC-nin hesabına ödəmişdir. - xx.xx.2011-ci il tarixli öhdəlikdən görünür ki, Cavabdeh MMC X5 ünvan 1 ünvanında inşa edilmiş binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 55,68 kv.metr olan 1 otaqlı, 75 saylı mənzili 22272 manata satmış, mənzilin dəyəri ödənilmişdir. - Cavabdeh MMC ilə X7 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 93A saylı müqavilədən görünür ki, Cavabdeh MMC ünvan 1 ünvanında inşa edilmiş binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 68,55 kv.metr olan 1 otaqlı, 77 saylı mənzili iddiaçıya satmışdır. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən ümumi sahəsi 68,55 kv.metr olan həmin mənzilin bir kv.metrinin dəyəri 400 manat müəyyən edilməklə ümumi satış qiyməti 27453 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 2.2.2-ci maddəsində göstərilir ki, müqavilənin 2.2.1-ci bəndində qeyd olunan mənzil dəyəri xx.xx.2008-ci il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış ümumi məbləği 49725 manat, ümumi sahəsi 117 kv.metr təşkil edən mənzillə əvəzlənir. Bu müqavilənin 2.2.2-ci bəndində göstərilən məbləğdən 27453 manatı "xxxx" MMC-yə ödənilmişdir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən bu müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərində göstərilən mənzillərin əvəzləşməsi zamanı arada yaranacaq fərq aidiyyatı olan tərəfdən alınacaqdır. Müqavilənin 3.1-ci bəndindən görünür ki, satıcı müqavilənin 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərini 24 ay müddəti ərzində tamamlayıb alıcıya təhvil verir. - xx.xx.2011-ci il tarixli Cavabdeh MMC-nin kassa mədaxil orderindən görünür ki, X1 rayonu, Xırdalan şəhəri, Axundov küçəsi, ev 39 ünvanında inşa edilmiş binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 68,55 kv.metr olan 1 otaqlı, 77 saylı mənzilin alınması üçün 27453 manat vəsaiti "xxxx" MMC-nin hesabına ödəmişdir. - xx.xx.2011-ci il tarixli öhdəlikdən görünür ki, Cavabdeh MMC X5 ünvan 1 ünvanında inşa edilmiş binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 68,55 kv.metr olan 1 otaqlı, 77 saylı mənzili 27453 manata satmış, mənzilin dəyəri ödənilmişdir. - İşdə olan AZ-İİ 283408 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Rəsul-zadə Əliheydər Rafiq oğlu xx.xx.2018-ci ildə nikaha girmişlər və nikahdan sonra arvada Rəsul-zadə soyadı verilmişdir. - Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh MMC-nin vəzifəli şəxsləri tərəfindən X2 adına rəsmiləşdirilmiş 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 102 kv.metr ölçüdə olan, 2 otaqlı 43 saylı mənzil və İddiaçı adına rəsmiləşdirilmiş 2-ci blok, 14ci mərtəbə, ümumi sahəsi 55,68 kv.metr ölçüdə olan, 1 otaqlı 75 saylı, bundan başqa 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 68,55 kv.metr ölçüdə olan, 1 otaqlı 77 saylı mənzillərin ikili satış əsasında başqa şəxslərə satılması ilə bağlı heç bir müraciət daxil olmamışdır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilmiş yaşayış binasının (blok A, B, C) tikinti layihəsi 2019-cu ildə ekspertizaya təqdim edilmiş, ekspertizanın keçirilməsi üçün bağlanmış müqavilə şərtlərinə əməl edilmədiyi üçün aşkarlanmış iradlar sifarişçiyə təqdim edilməmiş və layihənin ekspertizasının aparılması işləri Agentlik tərəfindən dayandırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən "xxxx" MMC ünvan 2 ünvanında inşa etdiyi 15 mərtəbəli yaşayış binasının 1-ci bloku, 14-cü mərtəbədə, ümumi sahəsi 117 kv.metr təşkil edən, 3 otaqdan ibarət 95 saylı mənzili 49725 manat ödəmək şərtilə İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.2008-ci il tarixli kassa mədaxil orderinə əsasən İddiaçı 49725 manat vəsaiti "xxxx" MMC-nin hesabına ödəmişdir. Bu müqavilənin mahiyyətindən görünür ki, onun tərəfləri arasında podrat münasibətləri yaranmışdır. Lakin sonradan müəyyən problemlər yaranmış və həmin müqavilə üzrə öhdəliklər Cavabdeh MMC-yə ötürülmüşdür. Bundan sonra isə Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixli, 92 və 93A saylı müqavilələr bağlanmış, Cavabdeh MMC ünvan 1 ünvanında inşa edilmiş binanın 2-ci blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 55,68 kv.metr olan 1 otaqlı, 75 saylı və ümumi sahəsi 68,55 kv.metr olan 1 otaqlı, 77 saylı mənzilləri iddiaçıya satmışdır. Həmin müqavilələrin 2.2.1-ci bəndinə əsasən ümumi sahəsi 55,68 və 68,55 kv.metrlik mənzillərin bir kv.metrinin dəyəri 400 manat müəyyən edilməklə ümumi satış qiyməti müvafiq olaraq 22272 və 27453 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 2.2.2ci maddəsində göstərilir ki, müqavilələrin 2.2.1-ci bəndində qeyd olunan mənzillərin dəyəri xx.xx.2008-ci il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış ümumi məbləği 49725 manat, ümumi sahəsi 117 kv.metr təşkil edən mənzillə əvəzlənir. Bu müqavilələrin 2.2.2-ci bəndində göstərilən məbləğdən 49725 manatı "xxxx" MMC-yə ödənilmişdir. Müqavilələrin 2.2.3-cü bəndinə əsasən bu müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərində göstərilən mənzillərin əvəzləşməsi zamanı arada yaranacaq fərq aidiyyatı olan tərəfdən alınacaqdır. Müqavilənin 3.1-ci bəndindən görünür ki, satıcı müqavilənin 2.1-ci bəndində göstərilən tikinti-quraşdırma işlərini 24 ay müddəti ərzində tamamlayıb alıcıya təhvil verir. Bu müqavilələrin mahiyyətindən isə görünür ki, alqı-satqı barədə əqdlər adlandırılsa da, notarial qaydada təsdiq edilmədiyindən, əslində tərəflər arasında daşınmaz əmlaklarla bağlı ilkin müqavilə barədə münasibətlər yaranmışdır. Mülki Məcəllənin 402-ci maddəsinə görə ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Alqı-satqı müqaviləsinin predmetini digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar təşkil edirsə, alıcının üzərinə həmin payların alış qiymətini tikinti başa çatmazdan əvvəl tam şəkildə ödəmək öhdəliyi qoyula bilməz. Bu zaman ödəmələr bu Məcəllənin 770-1-ci maddəsində nəzərdə tutulmuş şərtlər nəzərə alınmaqla və tikintinin mərhələləri üzrə hissələrlə həyata keçirilməlidir. Həmin Məcəllənin 770-1.1-ci maddəsinə görə tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payların özgəninkiləşdirilməsi zamanı yaranan podrat münasibətlərində alış qiymətinin (muzdun) ödənilməsi yalnız aşağıdakı şərtlər mövcud olduqda tələb edilə bilər: 1. bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilə notarial qaydada təsdiq edilmişdirsə; 2. daşınmaz əmlakın dövlət reyestrində binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar barədə əldə edənin xeyrinə təminat qeydi aparılmışdırsa. Həmin Məcəllənin 770-1.2-ci maddəsinə görə bu Məcəllənin 770-1.1-ci maddəsində müəyyən edilən şərtlər tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylar üzərində mülkiyyət hüququnun keçməsi barədə satıcı qismində çıxış edən podratçının öhdəlik götürdüyü hallara da şamil edilir. İşdən görünür ki, alqı-satqı predmetini təşkil edən mənzillər (daşınmaz əmlak) dövlət qeydiyyatına alınmamış və bu səbəbdən də, xx.xx.2011-ci il tarixli hər iki müqavilə notarial qaydada təsdiq edilməmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyə görə daşınmaz əmlakın alqı-satqı müqaviləsi mütləq qaydada notarial qaydada təsdiq edilməlidir. Tərəflər xx.xx.2011-ci il tarixli, 92 və 93A saylı müqavilələrlə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Lakin iş materialları ilə müəyyən olunur ki, əqdin predmetini təşkil edən mənzillər (bina) hələ istismara qəbul edilməmiş, bununla da dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda, iddiaçının xx.xx.2011-ci il tarixli, 92 və 93A saylı müqavilələrə istinad edərək Cavabdeh MMC-dən mənzillər tələb etməsi əsassızdır və bu tələb təmin edilə bilməz. Hələ istismara qəbul edilməmiş mənzillərin bu qaydada, yəni alqı-satqı müqaviləsinə istinad edilərək tələb edilməsi mövcud qanunvericiliyə ziddir. Bundan başqa, işdən görünür ki, cavabdehin nümayəndəsi mübahisə üzrə iddia müddətinin ötürülməsini qeyd etmiş və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında mənzillə bağlı münasibətlər xx.xx.2011-ci il tarixdə yaranmışdır. Bu müqavilələrin müddəti (binanın inşa edilməsi və mənzilin təhvil verilməsi) 24 aydır və bitmə tarixi xx.xx.2013-cü ildir. İşdəki sənədlərə əsaslanaraq, məhkəmə hesab edir ki, məlum müqavilələr üzrə mənzillərin təhvil verilməsinə dair iddianın tələbetmə müddəti İddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Hazırki iş üzrə materiallardan da görünür ki, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ilə birinci instansiyası məhkəməsinə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin icra müddəti 24 ay müddətinə (xx.xx.2013-cü il) göstərilmişdir. Beləliklə, bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia qaldırmaq üçün son tarix xx.xx.2016-cı il olduğundan, məhkəmə hesab edir ki, İddiaçı vaxtında məhkəməyə müraciət etməmişdir, yəni qeyd edilən müqavilə üzrə iddia müddətinin keçməsi barədə cavabdehin dəlili əsaslıdır. Məhkəmə qeyd edir ki, mübahisəyə daşınmaz əmlakın alınması xüsusatı ilə yanaşıldıqda belə, qanunda nəzərdə tutulmuş 6 illik iddia müddəti də ötürülmüşdür. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə də bütün hallarda iddia təmin oluna bilməz. Məhkəmə mübahisə ilə bağlı qeyd edir ki, iddiaçı müqavilələr üzrə mənzillərə görə ödədiyi vəsaiti müvafiq Cəmiyyətlərdən tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələblərini əsassız sayır və onun təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə ("xxxx" MMC-yə) qarşı mənzilin təhvil verilməsi və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar