Məhkəmə qərarları › İş №e-2(012)-2711/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2711/2025

18.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2711/2025 18.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Allahyar oğlu, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı evdən, həyətyanı torpaq sahəsindən çıxarılma, evin boşaldılaraq təhvil verilməsi, ev boşaldılaraq təhvil veriləcəyi vaxtadək aylıq kirayə haqqının tutulması və evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Allahyar oğlu, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı evdən, həyətyanı torpaq sahəsindən çıxarılma, evin boşaldılaraq təhvil verilməsi, ev boşaldılaraq təhvil veriləcəyi vaxtadək aylıq kirayə haqqının tutulması və evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 Allahyar oğlunun, Cavabdeh4, Cavabdeh1, xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh5, xx.xx.2012-ci il təvəllüdlü X1 və digər şəxslərin əşyaları ilə birlikdə ünvan 1 ev 46 ünvanında yerləşən evdən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılmaları, evin boşaldılaraq ona təhvil verilməsi və xx.xx.2023-cü il tarixdən başlayaraq ev boşaldılaraq ona təhvil veriləcəyi vaxtadək aylıq 250 manat kirayə haqqı cavabdehlərdən tutularaq ona ödənilməsi, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh4, xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh5, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2012-ci il təvəllüdlü X1 onun xüsusi mülkiyyətində olan ünvan 1 ev 46 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı ünvan 1 ev 46 küçəsi ünvanında yerləşən evi 10 iyun 2023-cü il tarixdə ünvan 2mış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 almışdır. Ev iddiaçının adına xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə iddiaçıya çıxarış verilmişdir. Alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən Cavabdeh3 mənzil satıldığı vaxtdan xx.xx.2023-cü il tarixinədək daşınmaz əmlakı yardımçı sahələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə alıcının yəni iddiaçının faktiki sahibliyinə verməyi öhdəsinə götürmşdür. Həmin ev Cavabdeh3 mülkiyyətində olsa da, evdə faktiki olaraq cavabdehlər Cavabdeh2 Allahyar oğlu və həyat yoldaşı Cavabdeh4 yaşayır. Həmin şəxslər Cavabdeh3 əvvəlki evin sahibi olmuş və 18 sentyabr 2022-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən İsmayılov X2 Günel Aqil qızına satmışdır. Evə dair alqı-satqı müqaviləsi bağlandıqdan sonra dəfələrlə xüsusi mülkiyyətində olan evə köçüb orada yaşamaq istəsə də, Cavabdeh3 evi boşaldaraq, iddiaçıya təhvil vermədiyindən, müxtəlif dövlət orqanlarına, eləcə də DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə, Abşeron rayon Polis Şöbəsinə müraciət etmişdir. Lakin mübahisənin mülki xarakterli olduğundan, məhkəməyə müraciət etməli olduğu iddiaçıya bildirilmişdir. Cavabdehlə qanunsuz olaraq iddiaçının xüsusi mülkiyyətində olan evdə yaşamaqla, iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Dəfələrlə cavabdehlərə müraciət edilərək iddiaçıya məxsus evi əşyaları ilə birlikdə tərk etmələrini tələb etməyinə baxmayaraq, cavabdehlər yaşamağa evləri olmadığından satdıqları evdən məhkəmə qərarı olduqdan sonra çıxacaqlarını bildirmişlər. Cavabdehlər qanunsuz olaraq evi tərk etmək istəmədiyindən, ev boşaldılaraq iddiaçıya təhvil verilənədək aylıq 250 manat hesablanmaqla, cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Qeyd edilənlərə əsasən, iddia ərizəsinin təmin edilməsi xahiş olunmuşdur. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı Cavabdeh3 ilə alıcı İddiaçı arasında ünvan 2mış xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 60,4 kv.m olan fərdi yaşayış evini alıcıya 29500 manata satmışdır. Həmin müqavilənin 11-ci maddəsinə əsasən satıcı Əzimova Lalə daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2023-cü il tarixədək alıcı İddiaçı faktiki sahibliyinə verməyi öhdəliyinə götürmüşdür -Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 60,4 kv.m olan fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********94- 10301 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. -Asan-5 tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı başqa ünvan 1, ev 46 ünvanında X3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 da qeydiyyatdadır. -Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 485311 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 Allahyar oğlu xx.xx.2025-ci il tarixində vəfat etmişdir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sübutlara əsasən müəyyən olunmuşdur ki, ünvan 2mış xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh3 ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 60,4 kv.m olan fərdi yaşayış evini alıcı İddiaçı satmış, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 60,4 kv.m olan fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Asan-5 tərəfindən verilmiş arayışa əsasən İddiaçı başqa ünvan 1, ev 46 ünvanında X3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 da qeydiyyatdadır. İddia ərizəsindən göründüyü kimi sözügedən fərdi yaşayış evi dövlət reyestrindən verilmiş çıxarışa əsasən iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər həmin evdən çıxmayaraq, iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Bu səbəbdən hazırda iddiaçı məhkəməyə müraciət edərək, evdən, həyətyanı torpaq sahəsindən çıxarılma, evin boşaldılaraq təhvil verilməsi, ev boşaldılaraq təhvil veriləcəyi vaxtadək aylıq kirayə haqqının tutulması və evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Məhkəmədə işin araşdırılan hallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 60,4 kv.m olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı istifadə və sahibliyinə keçmişdir. Həmin müqavilənin 11-ci maddəsinə əsasən satıcı Cavabdeh3 daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2023-cü il tarixədək alıcı İddiaçı faktiki sahibliyinə verməyi öhdəliyinə götürmüşdür. Lakin cavabdehlər müqavilə şərtlərinə əməl etməmiş, çıxaraq evi alıcıya təhvil verməmişlər. ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 60,4 kv.m olan fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən, hazırda İddiaçı mülkiyyətindədir. Lakin buna baxmayaraq cavabdeh-evin keçmiş sahibi Cavabdeh3 və digər cavabdehlər həmin evdən çıxmayaraq, iddiaçının mülkiyyət hüquqlarını pozmuş və iddiaçının həmin evdə dair mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Cavabdehlər məhkəməyə üzrsüz səbəbdən gəlməmiş, həmçinin iddia tələbinin təmin olunmamasına əsas verən sübutları məhkəməyə təqdim etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 evdən çıxarılması tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin həyətyanı torpaq sahəsindən çıxarılma hissəsinə münasibətdə qeyd edir ki, çıxarışdan da göründüyü kimi sahəsi 0,006040 ha olan torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. 0,006040 ha torpaq sahəsinin üzərində hazırkı mübahisəli ev tikilmişdir. Həmin torpaq sahəsi həyətyanı torpaq deyil evin altında olan torpaq sahəsidir və iddiaçının istifadəsindədir. Həyətyanı torpaq sahəsi iddiaçının hər hansı istifadəsinə sahibliyinə və mülkiyyətinə verilməmişdir. Ona görə də, iddiaçı həyətyanı torpaq sahəsinə tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq öz elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, işin məhkəmə iclasında tədqiq edilən hallarına əsasən, iddia tələbinin cavabdehlərə qarşı həyətyanı torpaq sahəsindən çıxarılma hissəsi tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən, tələb həmin hissədə rədd edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan göründüyü kimi ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 60,4 kv.m olan fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. Lakin Asan-5 tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışa əsasən, İddiaçı başqa ünvan 1, ev 46 ünvanında X3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 da qeydiyyatda olmaqla istifadə edirlər. Göründüyü kimi sözügedən əmlakın iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər həmin evdən ünvanda istifadə etməklə yaşayırlar. Bu hal iddiaçının mülkiyyət hüquqlarının və qanuni maraqlarının pozulmasına gətirib çıxarmışdır. Qeyd edilənlərə və qanunvericiliyə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 60,4 kv.m olan fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Həmçinin məhkəmə bildirir ki, iddiaçı tələbində xx.xx.2023-cü il tarixdən başlayaraq ev boşaldılaraq ona təhvil veriləcəyi vaxtadək aylıq 250 manat kirayə haqqı cavabdehlərdən tutularaq ona ödənilməsi xahiş etmişdir. Lakin iddiaçı həmin ərazidə kirayə verilən evlərin hansı məbləğdə kirayə verilməsi barədə hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, qanuna əsasən iddia tələbində istinad etdiyi halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissələrdə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Bundan əlavə məhkəmə qeyd edir ki, iş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 485311 saylı ölüm haqqında şəhadətnamədən göründüyü kimi Cavabdeh2 Allahyar oğlu xx.xx.2025-ci il tarixində vəfat etmişdir. Bu səbəbdən iddia tələbinin mərhum Cavabdeh2 Allahyar oğluna münasibətdə hissəsinə xitam verilməsi barədə məhkəmə tərəfindən qərardad qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödədiyi dövlət rüsumu tələb edilmədiyindən, ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 60,4 kv.m olan fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 60,4 kv.m olan fərdi yaşayış evindən çıxarılsın və ev boşaldılaraq İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar