Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2756/2024 09.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh və onun vəkili-nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakdan çıxarılma tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də “Akkord” şirkəti tərəfindən inşa edilən 1 saylı binanın 77-ci bloku, 38a saylı mənzilindən şəxsi əşyalarını çıxarmaqla həmin mənzili ona təhvil vermək öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə onun mərhum əri X3 arasındakı nikah Masallı Rayon Məhkəməsinin 25 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin dövrdə Qönçəşir Süleymanov ipoteka krediti ilə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də “Akkord” şirkəti tərəfindən inşa edilən 1 saylı binanın 77-ci bloku, 38a saylı mənzilini əldə etmişdir. Nikah pozulduqdan sonra Cavabdeh iddia qaldıraraq, yuxarıda qeyd edilən əmlak üzərində mülkiyyət payının bölünməsini tələb etmiş, Xətai Rayon Məhkəməsinin 04 iyul 2014-cü il tarixli qətnaməsi ilə bu iddia rədd olunmuşdur. Məhkəmə hesab etmişdir ki, mənzil kreditlə ödənilib və dəyəri hələ ödənilmədiyindən, əmlak bölünə bilməz. O, Süleymanov Qönçəşirlə evləndikdən bu günədək həmin mənzilin kredit borcunu ödəmişdir. xx.xx.2023-cü ildə Qönçəşir Süleymanov vəfat etmişdir. O, ərindən qalan mirası qəbul etmək üçün müraciət etmiş və 14 saylı notariat kontorunda vərəsəlik işi açılmışdır. Həmin icraat çərçivəsində aldığı arayış əsasında mərhum əri ilə bağlanmış kredit müqaviləsi onun adına dəyişdirilmiş və o, evin ipotekaqoyanı hesab olunmuşdur. Cavabdehə dəfələrlə həmin mənzili tərk etmək üçün müraciət etsə də, o, həmin mənzili boşaltmır. Cavabdehin hərəkəti qanunsuzdur və onun mülkiyyət hüququnu məhdudlaşdırır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı, habelə onun vəkili-nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdeh və onun vəkili-nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddiaya etiraz etdilər və onun təmin olunmamasını xahiş etdilər. Cavabdeh bildirdi ki, mübahisəli mənzilə görə o, çoxsaylı ödənişlər etmişdir və onun bu mənzildə yaşamaq hüququ vardır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AZ-İİ 237012 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə İddiaçı xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuşlar. İşdə olan ölüm haqqında AZ-İİ 315729 saylı şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İşdə olan "xxxx" ASC-nin "xxxx" ASC-yə göndərdiyi xx.xx.2024-cü il tarixli, 3215 saylı məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, KAP-İ-12/151 saylı kredit müqaviləsinə əsasən verilən kredit vəsaitləri hesabına Xırdalan şəhəri, Sumqayıt şossesi 7 km-də inşa edilən 1 saylı, 10 mərtəbəli binanın 77-ci blokunun, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı 38a nömrəli mənzil X3 tərəfindən alınmışdır. X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 14 saylı Notariat ofisinin 5S saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə mərhum X1 vərəsəsinin İddiaçı olduğu müəyyən edilmişdir. Bu səbəbdən mənzilin və kredit borcunun İddiaçı adına keçirilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət olunmuşdur. Yuxanda qeyd olunanları nəzərə alaraq, "xxxx" ASC tərəfindən Xırdalan şəhəri, Sumqayıt şossesi 7 km-də inşa edilən 1 saylı, 10 mərtəbəli binanın 77-ci blokunun, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı 38a nömrəli mənzilin X1 vərəsəsi İddiaçı adına keçirilməsinə etiraz edilməmişdir. "xxxx" ASC tərəfindən İddiaçı ayrılmış kredit borcu tam ödənilənədək, yuxanda qeyd edilən mənzilin özgəninkiləşdirilməsinə icazə verilməməsi xahiş edilmişdir. İşdə olan Bakı şəhəri 14 saylı Notariat ofisinin 5S saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mərhum X1 vərəsəsinin İddiaçı olduğu müəyyən edilmişdir. İşdə olan 174 saylı, xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, X3 174 saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən götürdüyü öhdəliklərin təminatı kimi sahibliyində olan Xırdalan şəhəri, Sumqayıt şossesi 7 km-də inşa edilən 1 saylı, 10 mərtəbəli binanın 77-ci blokunun, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı 38a nömrəli mənzilini "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan 12487 saylı, xx.xx.2010-cu ıl tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin qanun üzrə vərəsəlik hüququna əsasən ötürülməsinə dair AK/77-16-20 saylı, xx.xx.2024-cü il tarixli əlavə razılaşmadan görünür ki, "xxxx" ASC ilə İddiaçı razılaşır ki, bu razılaşmaya əsasən satıcı və X3 arasında bağlanılmış müqavilə üzrə alıcının bütün hüquq və öhdəlikləri Qanun üzrə Vərəsəlik hüququna əsasən, razılaşma qüvvəyə mindiyi andan, İddiaçı ötürülür, İddiaçı satıcı qarşısında yaranmış bütün hüquq və öhdəlikləri (əgər varsa) qəbul edir və həmin öhdəliklərə görə satıcı qarşısında məsuliyyət daşıyır, satıcı isə bunu qəbul edir və etiraz etmir. İddiaçı bu razılaşmanı imzalamaqla təsdiq edir ki, razılaşmanın bütün şərtləri ilə tanış olub, həmin şərtlər ilə razıdır və onun nüsxəsini satıcıdan alıb. İddiaçı müqavilədən və bu razılaşmadan irəli gələn bütün vergi, rüsum və sair öhdəliklərin yerinə yetirilməsinə görə cavabdehdir. İşdə olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış YML-45 saylı, xx.xx.2024-cü il tarixli kredt müqaviləsinin surətindən görünür ki, 58 ay 4 gün müddətinə illik 12% tətbiq edilməklə borcalana 13040 manat kredit verilmişdir. Müqavilənin 1.2-ci maddəsinə görə kreditin təyinatı xx.xx.2012-ci il tarixli, KAP-İ-12/151 saylı kredit müqaviləsinin bağlanılmasıdır, 1.4-cü maddəsinə görə borcalan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km-də inşa edilən 1 saylı 10 mərtəbəli binanın 77-ci blokunun, 10-cu mərtəbədə yerləşən, ümumi sahəsi 49.72 kv.metr olan 1 otaqlı, 38a nömrəli mənzil üzərində mülkiyyət hüququ əldə etdikdən və bu hüququ dövlət qeydiyyatına alınıb müvafiq çıxarış verildikdən sonra 5 gün müddətində borcverənin xeyrinə ipoteka ilə yüklü edilməsini öhdəsinə götürür. İşdə olan AZ-İ 114028 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X4 xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Süleymanova soyadı verilmişdir. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyul 2014-cü il tarixli, 2(011)- 760/2014 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh X2 qarşı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair qalan kredit ödəniş borclarının tərəflər arasında bərabər qaydada bölünməsi barədə iddia tələbi təmin olunmamışdır. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-928/2015 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyul 2014-cü il tarixli, 2(011)-760/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2004-cü il tarixdə, İddiaçı isə xx.xx.2017-ci il tarixdə X3 ilə nikaha girmişlər. Cavabdehlə Q.U.Süleymanovun nikahı Masallı Rayon Məhkəməsinin 2(050)1024/2013 saylı, 25 sentyabr 2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. X3 12487 saylı, xx.xx.2010-cu il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzili almış və onu 174 saylı, xx.xx.2010-cu il tarixli ipoteka müqaviləsi ilə 174 saylı, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən götürdüyü öhdəliklərin təminatı kimi "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh X2 qarşı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair qalan kredit ödəniş borclarının tərəflər arasında bərabər qaydada bölünməsi barədə iddia qaldırmış, lakin bu iddia Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyul 2014cü il tarixli, 2(011)-760/2014 saylı qətnaməsi ilə təmin olunmamışdır. X3 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Onun ölümündən sonra İddiaçı Q.U.Süleymanovun vərəsəsi müəyyən olunmuş, "xxxx" ASC ilə 12487 saylı, xx.xx.2010-cu ıl tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin qanun üzrə vərəsəlik hüququna əsasən ötürülməsinə dair AK/77-16-20 saylı, xx.xx.2024-cü il tarixli əlavə razılaşma, "xxxx" ASC ilə isə YML-45 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi imzalamışdır. Kredit müqaviləsinin 1.2-ci maddəsinə görə kreditin təyinatı xx.xx.2012-ci il tarixli, KAP-İ-12/151 saylı kredit müqaviləsinin bağlanılmasıdır, 1.4-cü maddəsinə görə borcalan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi 7 km-də inşa edilən 1 saylı 10 mərtəbəli binanın 77-ci blokunun, 10-cu mərtəbədə yerləşən, ümumi sahəsi 49.72 kv.metr olan 1 otaqlı, 38a nömrəli mənzil üzərində mülkiyyət hüququ əldə etdikdən və bu hüququ dövlət qeydiyyatına alınıb müvafiq çıxarış verildikdən sonra 5 gün müddətində borcverənin xeyrinə ipoteka ilə yüklü edilməsini öhdəsinə götürmüşdür. Hazırda İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də “Akkord” şirkəti tərəfindən inşa edilən 1 saylı binanın 77-ci bloku, 38a saylı mənzilindən şəxsi əşyalarını çıxarmaqla həmin mənzili ona təhvil vermək öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 1. girov hüququ; 2. əmlakdan istifadə hüququ; 3. servitutlar. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli mənzillə bağlı X1 malik olduğu bütün hüquqlar və öhdəliklər o, öldükdən sonra arvadı (vərəsəsi) İddiaçı ötürülmüşdür. Başqa sözlə, onun mənzilə dair mülkiyyət hüququ qeydə alınmasa da, bu əmlakla bağlı sahiblik və istifadə hüququnun mövcud olması şübhəsizdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yaranmışdır. Cavabdehin isə bu mənzillə bağlı hər hansı hüququnun, o cümlədən istifadə hüququnun olması iş materiallarından görünmür. Onun vaxtilə mərhum X1 arvadı olması və ya mənzilə dair hər hansı ödənişləri həyata keçirməsi mövcud qanunvericiliyə görə bu daşınmaz əmlakla bağlı hüququnun yaranması üçün əsas hesab edilmir. Bununla belə, məhkəmə izah edir ki, cavabdehin əmlakla bağlı icra etdiyi ödənişləri mənzilin hazırki sahibi İddiaçı tələb etmək hüququ vardır. Beləliklə, işin hallarına və mülki qanunvericiliyə əsasən cavabdehin iddiaçının sahibliyində olan mənzilə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə bu yaşayış sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına yol verilə bilməz. Eyni zamanda, məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzilə dair hər hansı hüququ olmadığından onun hazırda bu daşınmaz əmlakda yaşaması üçün heç bir əsas yoxdur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də "xxxx" ASC tərəfindən inşa edilən 1 saylı binanın 77-ci bloku, 38a saylı mənzilindən şəxsi əşyaları ilə birlikdə çıxarılmalı və həmin mənzil İddiaçı təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km-də "xxxx" ASC tərəfindən inşa edilən 1 saylı binanın 77-ci bloku, 38a saylı mənzilindən şəxsi əşyaları ilə birlikdə çıxarılsın və həmin mənzil İddiaçı təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2756/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2756/2024
09.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver