Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2767/2025 22.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh X17, onun vəkilləri və nümayəndələri Vəkil2 və Vəkil3 iştirakları ilə, İddiaçı X20 qarşı yaşayış sahəsindən çıxarılması, yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və pul tələbinə dair ilkin, X17 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X20 qarşı yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X17 qanunsuz olaraq yaşadığı ünvan 1 ünvanda yerləşən, onun xüsusi mülkiyyətində olan yaşayış sahəsindən (mənzildən) çıxarılması, yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi və 2024-cü ilin yanvar ayından başlamaqla mənzilin ona təhvil verildiyi günədək hər ay 500 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X31 İddiaçı qarşı öz növbəsində, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı təmirə çəkmiş xərcə görə 32480 manat pulun, mütəxəssisə ödənilmiş 1000 manat pulun, vəkilə ödənilmiş 2000 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 198 manat pulun, ümumilikdə 35678 manat pulun tutularaq ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı X20 ödənilməsi barədə, ilkin iddia üzrə iddiaçı X26 ilkin iddia üzrə cavabdeh X20 qarşı iddiasının “cavabdeh X15 2024-cü ilin yanvar ayından başlamaqla, mənzilin iddiaçıya təhvil verildiyi günədək hər ay 500 manat məbləğində pulu Ramin Sadıqova ödənilməsinin cavabdehin üzərinə qoyulması” hissədə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, Seriya RX, ******* saylı çixarişa əsasən ünvan 1 ünvanında yerləşən 86,7 kv.m mənzil tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İddiaçı Rusiya Federasiyasında yaşadığı üçün həmin mənzili almaqda məqsədi kirayə verib, gəlir əldə etmək olmuşdur və maddi vəziyyətiylə bağlı sonradan həmin mənzili satmaq qərarına gəlmişdir. 2024-cü ilin yanvar ayında İddiaçı qohumu vasitəsilə mənzilin açarlarını mənzil alqı-satqısı ilə məşğul olan əmlakçıya vermişdir, həmin vaxt İddiaçı Rusiya Federasiyasında idi. Əmlakçı İddiaçı mobil telefon nömrəsinə zəng edərək, İlqar adlı şəxsin mənzili almaq üçün evə baxmaq istədiyini bildirmiş, İddiaçısə heç bir etirazının olmadığını, mənzili ona göstərməsini xahiş etmişdir. İlqar adlı şəxs mənzilə baxdıqdan sonra evi bəyəndiyini və almaq istədiyini, lakin nağd pulu olmadığından nisyə alqı-satqı etmək istədiyini telefon vasitəsilə İddiaçı zəng edərək bildirmişdir. İddiaçı isə bununla razılaşmamışdır. İlqar ilə İddiaçı arasında mənzilin alqı-satqısı ilə bağlı razılıq olmadığından, əmlakçıya yenidən mənzilin satışının təşkil edilməsini tapşırdı. Bir neçə ay keçdikdən sonra qohumları İddiaçı zəng vuraraq, mənzildə kənar şəxslərin yaşadığını bildirdi. Bundan xəbər tutduqdan sonra İddiaçı Azərbaycan Respublikasına gəlmişdir. X17 qanunsuz olaraq, İddiaçı öz mənzilinə daxil olduğunu və ailə üzvləri ilə birlikdə orada yaşadığını öyrənmişdir. İddiaçı, İlqar Talıbovla görüşüb, mənzili dərhal boşaldaraq, təhvil verilməsini tələb etmişdir. İlqar işə başqa yaşayış yeri olmadığını bildirərək, mənzili boşaltmaqdan imtina etmişdir. Dəfələrlə İlqarla görüşülüb, telefonla əlaqə saxlanılsa da, bugünə kimi İlqar Talıbov mənzildən çıxarıla bilməmişdir. İlqar Talıbov 2024-cü ilin yanvar ayından İddiaçı ölkə hüdudlarından kənarda olmağından istifadə edərək, qanunsuz olaraq mənzilə daxil olmuşdur və bugünə kimi həmin mənzildə yaşayır. Mənzil faktiki olaraq İlqar Talıbovun istifadəsindədir. Hal-hazırda eyni vəziyyətdə olan mənzilin həmin ərazi üzrə aylıq kirayə haqqı 500 manat təşkil edir. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri ilə zərər vurmasına görə İddiaçı, 2024-cü ilin yanvar ayından başlayaraq mənzilin İddiaçı sahiblik və istifadəsinə təhvil verənədək hər ay üçün 500 manat pul ödəmə öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Bu səbəbdən İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Onu da bildirmək istəyir ki, İlqar Talıbovun sözügedən yaşayış sahəsini boşaltmaması nəticəsində İddiaçı mülkiyyət hüququnu kobud şəkildə pozulmuş və pozulmaqda davam edir. İddiaçı həmin sahədən təyinatına uyğun istifadə edə bilmir, bu isə İddiaçı mənafeyinə ciddi ziyan vurur. İlqar Talıbovun günahı səbəbi ilə mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını həyata keçirə bilmir. Qeyd edilənlərə əsasən, o, ilkin iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh X17 vəkili və nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, ilkin iddia üzrə X35 cavabdeh X20 qarşı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X17 qanunsuz olaraq yaşadığı ünvan 2 ünvanda yerləşən mənzildən çıxarılması, yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və 2024-cü ilin yanvar ayından başlamaqla, mənzilin iddiaçıya təhvil verildiyi günədək hər ay 500 manat məbləğində pulu Ramin Sadıqova ödənilməsini cavabdehin üzərinə qoyulması barədə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Hal-hazırda qarşılıqlı iddia verərək, ilkin iddianın əsassız olduğunu və ona vurduğu ziyana görə ilkin iddia üzrə iddiaçı X21 mənzilin təmirinə çəkilmiş xərcə görə 32480 manat pulun, hüquqlarının müdafiə olunması ilə bağlı vəkilə ödənilmiş 2000 manat pulun, mütəxəssisə ödənilmiş 1000 manat pulun və ödənilmiş 198 manat dövlət rüsumunun, ümumilikdə 35677 manat məbləğində pulun tutulması və ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, ilk öncə onu bildirmək istəyir ki, X31 2024-cü ildə yanvar ayında Abşeron rayonunda mənzil almaq qərarına gəldi və bu məqsədlə ev alqı-satqısı ilə məşğul olan X9 müraciət etdi. X3 hansı həcmdə, hansı qiymətə mənzil istəməyi ilə bağlı məlumatları yazıb götürdü və bu barədə X27 məlumat verəcəyini bildirdi. Bir müddət sonra Mustafayev X10 müraciət edərək, Mehdiabad qəsəbəsində sözügedən mənzili tapdığını və ora baxmağını bildirdi. Tərəflər birlikdə həmin mənzilə baxış keçirmiş, baxış keçirilərkən Sərxat mənzil sahibinin hal-hazırda Azərbaycan Respublikasında olmadığını, mənzili 67000 manata satdığını, mənzil sahibinin yaxın günlərdə Azərbaycana gələcəyini bildirdi. X31 mənzilə baxdıqdan sonra mənzili almaq qərarına gəldi və Sərxat mənzilə 65000 manat verə biləcəyini bildirdi. Sərxat da mənzil sahibi ilə danışdıqdan sonra ona bildirdi ki, mənzil sahibi 65000 manata mənzilin satılmasına razıdır. Bu zaman X4 beh istədi. X31 bildirdi ki, öz iştirakıyla ev sahibi ilə danışsınlar, razı olsa, X31 behi verəcəkdir. Tərəflər birlikdə Ramilə zəng etmişlər, Sərxat Ramilə bildirdi ki, mənzili almaq istəyirlər, bu məqsədlə 500 manat beh vermək istəyirlər. Ramil Sərxata behi qəbul etməyi bildirdi. Bundan sonra X31 500 manat behi Sərxata verdi. Eyni zamanda Ramil bidlirdi ki, 1 həftəyə və ya 10 günə Azərbaycana gələcək və gəldikdən sonra rəsmiləşdirmə işlərini aparacaqlar. Deyilən müddət başa çatdıqdan sonra X31 yenidən Sərxata zəng edib məsələnin nə yerdə olduğunu soruşdu. Bu zaman X10 bildirdi ki, Ramilin işlərində yubanma olduğundan Azərbaycana gələ bilmir. Bu zaman X31 bildirdi ki, əgər yubanacaqsa və ya bu iş alınmayacaqsa X17 pulunu qaytarın getsin başqa yerdən özünə ev alsın. Sərxat Ramillə danışıb X27 bildirdi ki, Ramil deyir ki, gecikir, X27 20000 manat pul versin və evdə təmirə başlasın qalanını da gəldikdən sonra verər. X31 da bildirdi ki, 40000 manat verməyə hazırdır ki, lakin rəsmiləşmə notarial qaydada olsun. X7 ilə razılaşsalar da, pulun X18 götürən olmadı. Daha sonra X10 zəng edib bildirdi ki, Ramil deyir ki, açarı götürüb təmirə başlasın, gələndə pulu verər. Bundan sonra X5 Ramilin bacanağının yanına gedib, açarı ondan götürüb X27 verdi və təmirə başlaya biləcəyini bildirdi. Təxminən 2024-cü ilin fevral ayının əvvəlindən başlayaraq evdə təmir işlərinə başladı və təmir təxminən aprel ayına kimi davam etdi. Təmir başa çatıb evə köçdüyü vaxt X10 zəng edib bildirdi ki, Ramil zəng edib bildirib ki, təmiri dayandırın, artıq mənzillərin qiyməti qalxdığından 65000 manata razı deyil, daha baha satacaqdır. Təxminən aprel ayının sonlarında Ramil Azərbaycana gəldi və X31 onunla görüşdü. X11 bildirdi ki, X31 artıq evi 65000 manata deyil 85000 manata satır. Həmin pulu verirsənsə gedək notariusa. X31 buna etiraz etdi və bildirdi ki, əgər razılaşdıqları qiymətə mənzili X1 onda təmirə çəkdiyi xərci ver, evdən çıxsın. Ramil əvvəl bununla razılaşsa da, sonradan təmirə çəkdiyi pulu verməkdən imtina etdi, X27 verəcək pulun olmadığını bildirdi və Rusiya Fedarasiyasına çıxıb getdi. Bundan sonra yenə aralarında telefon danışıqları oldu və mənzilin qiyməti ilə bağlı razılığa gəlsələr də, sonda yenə mənzili X2 imtina etdi və təmirə çəkəcəyi xərcləri verəcəyini bildirsə də, sonda yenə bundan imtina etdi. Dəfələrlə müraciət etməyinə baxmayaraq Ramil bugünə kimi nə X22 alqı-satqı müqaviləsi bağladı, nə də ki, mənzilə çəkdiyi xərci geri qaytardı və sonda məlum oldu ki, İddiaçı mənzildən çıxarılma ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Bildirmək istəyir ki, həmin mənzilin təmirinə görə X31 tərəfindən 32480 manat məbləğində pul vəsaiti xərclənmişdir ki, bütün bu qeyd olunanlar "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Yuxarıda qeyd etdiyi kimi X31, İddiaçıla sözügedən mənzilin 65000 manata alqı-satqısı ilə aralarında razılaşma olmuş, sonuncunun razılığı ilə mənzilin açarları X27 təqdim olunmuş, orada təmir işlərinin aparılmasından və X17 həmin mənzilə köçməyindən Ramilin məlumatı olmuş, lakin X12 aldadaraq mənzili təmir etdirmiş və hal-hazırda təmirə çəkdiyi xərcləri X27 geri qaytarmaqdan imtina etməklə X28 aldadaraq külli miqdarda ziyan vurmuşdur. Bundan başqa bildirmək istəyir ki, İddiaçı etdiyi əsassız hərəkətlər nəticəsində təmirə çəkilmiş xərclərlə yanaşı öz hüquqlarının bərpa edilməsi ilə bağlı da X27 ziyan dəymişdir. Belə ki, mənzilə çəkilən xərcin müəyyən edilməsi ilə bağlı X31 tərəfindən mütəxəssis dəvət olunmuş və xidmət haqqı kimi 1000 manat pul ödənilmişdir. Halbuki İddiaçıla aralarında olan razılaşmaya əsasən hər iki tərəfdən mütəxəssislər cəlb edilməklə təmirə çəkilmiş xərcin həcmi müəyyən ediləcəkdir. Lakin İddiaçı həmişəki kimi yenə sözünün üstündə durmadı və bundan boyun qaçırmışdır. Nəticədə mütəxəssis dəvət etməli oldu ki, buna görə X31 1000 manat ziyan dəymişdir. Bundan başqa X31 Azərbaycan Respublikası vətəndaşı olmadığından və eyni zamanda qanunları bilmədiyindən hüquqlarının müdafiə olunması üçün vəkil xidmətindən istifadə etməyinə zərurət yaranmış və nəticədə vəkilə göstərdiyi xidmətə görə 2000 manat pul ödənilmişdir. Eyni zamanda hesab edir ki, qarşılıqlı iddianın verilməsinə görə 198 manat pul ödəmişdir ki, ümumilikdə X27 təmirə çəkilmiş xərclərdən əlavə 3198 manat maddi ziyan dəymişdir. Qeyd edilənlərə əsasən o, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini, ilkin iddia ərizəsinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh X31 və onun vəkili və nümayəndəsi Vəkil3, Vəkil2 izahatına uyğun izahat vermişlər. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış X13 ifadəsində bildirmişdir ki, o, İddiaçı 2015-2016-cı ildən tanıyır. Belə ki, İddiaçı özü Belarusiyada yaşayır. Ramil ona Bakıda olan evini 65000 manata satmaq istədiyini bildirmişdir. Onun həmçinin Talıbov İlqarın qardaşı oğlu ilə yaxşı münasibəti olmuşdur. Həmin zaman Talıbov İlqarın da ev almaq istədiyini bilmişdir. Daha sonra o, İlqara evə baxmasını bildirmişdir. Ramilin evi Mehdiabad qəsəbəsi, ünvan 3 ünvanındadır 6 mərtəbəli binanın 4-cü mərtəbəsidir. Belə ki, sözügedən evə suvaq, yəni suvaq əvəzi Ağdağ vurulmuş, natamam elektrik işi görülmüş və natamam alçıpan vurulmuşdur. Qeyd etdiyi bu işlər Ramil tərəfindən görülmüşdür. İlqar evə baxmış, bəyənmiş və Ramil ilə videogörüntülü əlaqə yaradılmışdır. Belə ki, Ramil ilə İlqar aralarında 65000 manata razılığa gəlmişlər. Lakin Ramil ölkəyə gələcəyini və bu zaman alqı-satqı ediləcəyini bildirmişdir.İlqar isə öz evini satdığını, buna görə də qısa müddətdə Ramildən alacağı evi təmir etdirərək köçmək istədiyini demişdir. Bu söhbətlər 2024-cü ilin yanvar ayında olmuşdur. Bundan 15 gün keçdikdən sonra Ramillə yenidən əlaqə saxlanılmış və o, şəxsiyyət vəsiqəsinin suya düşdüyünü və yenisi düzəltdikdən sonra ölkəyə gələcəyini bildirmişdir. 2024-cü ilin fevral ayının 7-8 i tarixlərində Səfirlikdə sənəd düzəldəcəyini bildirmişdir. Bu zaman İlqar Ramil gələnə kimi gözləyə bilməyəcəyini, ona kimi evi təmir edəcəyini, Ramil gəldikdə isə alqı-satqı edəcəklərini bildirmişdir. Ramilin İlqara 20000 manat ilkin məbləğ verməsini daha sonra təmir etməsini, İlqar isə 40000 manat verəcəyini demişdir. Lakin o, sənədsiz, sübutsuz bu pulu almaq istəməmişdir. Nəhayət Ramil həm qapıbir qonşusu, həm bacanağı olan Şamxalla məsləhətləşəcəyini bildirmişdir. Ramil ona açarları təmir etməsi üçün Şamxala verməsini bildirmişdir. İlqar isə təmirə başlamış, bütün təmir müddətini videogörüntü aparmaqla qeydə almışdır. Təmir ümumi 1 ay yarım çəkmişdir. Bir müddət sonra Ramil təmiri dayandırmalarını bildirmiş, lakin artıq təmir bitmişdir. Bundan sonra Ramil ölkəyə gəlmiş və uzun danışıqlar getmiş, Ramil evi 75000 manata satacağını bildirmişdir. Sonradan Ramil ölkədən getmiş və yenidən qayıtdıqda 80000 manata satdığını, daha sonra isə ümumiyyətlə evi satmadığını və təmir üçün çəkilən xərci İlqara qaytaracağını demişdir. Tərəflər arasında narazılıq yaranmışdır. Daha sonra İlqar evə qiymətlləndirici şirkət gətirmişdir. Sonradan Ramil təmirə çəkilən xərcə görə İlqara 11000 manat pul verə biləcəyini, qalanını isə aybaay verə biləcəyini demişdir. Bundan əlavə bildirir ki, evə görə İlqar 500 manat beh vermişdir. Hazırda 500 manat beh ondadır. Həmçinin bildirir ki, Ramilin bacanağı Şamxal ona bildirmişdir ki, evin təmiri üçün Ramil İlqara razılıq vermişdir. Lakin Ramil sonradan təmirə icazə vermədiyini bildirmişdir. Həmin ilin mart ayından sonra evlərin qiyməti surətlə qalxmışdır və hazırda isə o evin təmirli vəziyyətdə qiyməti 110000 manata yaxındır. Ramil Şamxala etibarnamə vermiş, lakin sonradan ləğv etdirmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında şahid qismində ifadəsi alınmış X23 ifadəsində bildirmişdir ki, İddiaçı onun bacısının həyat yoldaşıdır. Ramil sözügedən evi qeyri-yaşayış üçün deyil, yaşayış məqsədilə götürmüşdür. Ramil evdə yüngül təmir işləri aparmışdır. Ramil o məqsədlə o evi almışdır ki, o və bacısı, yəni 2 bacı olaraq yaxın yaşasınlar. Lakin bacısı xərçəng xəstəsi idi və sonradan dünyasını dəyişmişdir. Bacısı rəhmətə getdikdən sonra o həmin mənzildə qalmaq istəməmişdir. Ona görə bu evi satmaq fikrinə düşmüşlər. Lakin sonradan satmaqdan imtina etmişlər. Belə ki, həmin vaxt İlqar evi təmir etdirmişdir. Lakin əmlak alqı-satqısı ilə məşğul olan Səxrat adlı şəxs Şamxala bildirmişdir ki, İlqar adlı şəxs evə baxmaq üçün gəlib və açarları versin. Bundan sonra Şamxal açarları Səxrata vermişdir. 2024-cü ilin mart ayında o, sözügedən evdə təmir getdiyini bilmiş və Ramilin evi satmadığı halda evdə təmirin getdiyinə təəccüblənmişdir. İlqar isə həmin evdən 2 ildir ki, çıxmır. Ev Ramil tərəfindən elektrik işləri görülmüş və suvaq vurulmuşdur, oboy və bəzi kosmetik işlər qalmışdır. Odur ki, Ramilin təmir işləri getdiyindən nəinki razılığı, hətta xəbəri olmamışdır. Xəbər tutduqdan sonra Ramil evdə təmirin dayandırılmasını bildirmişdir. Evə görə beh alınmamışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında şahid qismində ifadəsi alınmış X16 ifadəsində bildirmişdir ki, İddiaçı onun bacısının kürəkənidir və münasibətləri yaxşı olmuşdur. Belə ki, bacısının həyat yoldaşının yas mərasiminə gedəndə bacısının qızı ona Abşeron Rayonu Mehdiabad qəsəbəsi, Binəqədi gənclər şəhərciyindən ev aldığını demiş və o da təbrik etmişdir. O, evin qapısını görmüş, lakin qapı bağlı olmuşdur. Bundan sonra onun mənzil barədə heç bir məlumatı olmamıışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında şahid qismində ifadəsi alınmış X32 ifadəsində bildirmişdir ki, İddiaçı onun kürəkənidir. O, yas mərasimidə olanda eşitmişdir ki, qızının Abşeron Rayonu Mehdiabad qəsəbəsi, Binəqədi gənclər şəhərciyindən ev almışdır. Lakin qızı ilə danışan zaman ona evi təmir etdirmədiklərini, yəni çox yüngül təmir etdiklərini bildirmişdir. Qızı xərçəng xəstəliyindən dünyasını dəyişmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və şahid ifadəsini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən və qarşılıqlı iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, Seriya RX, ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 86,7 kv.m mənzil tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. -"xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Abşeron Rayonu Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində hündür mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 93 kv.m sahədən ibarət mənzilin təmirinə sərf olunan vəsaitin qiymətləndirməsinin ümumi hesabatının xx.xx.2025-ci il vəziyyətinə uyğun olaraq ümumi məbləğ 32480 manat məbləğində müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri olan 1000 manat məbləğində pul X31 tərəfindən tam şəkildə ödənilmişdir. -X19 tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq eksperizasının xx.xx.2025-ci il tarixli 277 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin təmirtikintisinə sərf olunmuş ümumi xərclərin dəyəri hazırki bazar qiyməti ilə 28017,22 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri olan 500 manat məbləğində pul X31 tərəfindən tam şəkildə ödənilmişdir. -X19 tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq eksperizasının xx.xx.2025-ci il tarixli 336 nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən mənzilin 1 aylıq kirayə qiyməti 460 manat təşkil edir. -xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, X34 “Kapital Bank” vasitəsi ilə hüquqi yardımın göstərilməsi üçün Abşeron Rayon Vəkil Bürosuna 2000 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, Seriya RX, ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 86,7 kv.m mənzil tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İlkin iddia ərizəsindən görünür ki, İddiaçı Rusiya Federasiyasında yaşadığı üçün həmin mənzili almaqda məqsədi kirayə verib, gəlir əldə etmək olmuşdur və maddi vəziyyətiylə bağlı sonradan həmin mənzili satmaq qərarına gəlmişdir. 2024-cü ilin yanvar ayında əmlakçı İddiaçı mobil telefon nömrəsinə zəng edərək, İlqar adlı şəxsin mənzili almaq üçün evə baxmaq istədiyini bildirmiş, İddiaçı isə heç bir etiraz etməmişdir. İlqar adlı şəxs mənzilə baxdıqdan sonra evi bəyəndiyini və almaq istədiyini, lakin nağd pulu olmadığından nisyə alqı-satqı etmək istədiyini telefon vasitəsilə İddiaçı zəng edərək bildirmişdir. İddiaçı isə bununla razılaşmamışdır. İlqar ilə İddiaçı arasında mənzilin alqı-satqısı ilə bağlı razılıq olmadığından, əmlakçıya yenidən mənzilin satışının təşkil edilməsini tapşırmışdır. Bir neçə ay keçdikdən sonra qohumları İddiaçı zəng vuraraq, mənzildə kənar şəxslərin yaşadığını bildirmişdir. Bundan xəbər tutduqdan sonra İddiaçı Azərbaycan Respublikasına gəlmişdir. X17 qanunsuz olaraq, İddiaçı öz mənzilinə daxil olduğunu və ailə üzvləri ilə birlikdə orada yaşadığını öyrənmişdir. İddiaçı, İlqar Talıbovla görüşüb, mənzili dərhal boşaldaraq, təhvil verilməsini tələb etmiş, İlqar işə başqa yaşayış yeri olmadığını bildirərək, mənzili boşaltmaqdan imtina etmişdir. Odur ki, hazırda ilkin iddia üzrə iddiaçı öz mənzilinə dair hüquqlarından məhrum olmuşdur. Ona görə də hazırda məhkəməyə müraciət edərək, cavabdeh X17 qanunsuz olaraq yaşadığı ünvan 1 ünvanda yerləşən, onun xüsusi mülkiyyətində olan yaşayış sahəsindən (mənzildən) çıxarılması, yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi və 2024-cü ilin yanvar ayından başlamaqla mənzilin ona təhvil verildiyi günədək hər ay 500 manat məbləğində pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):
152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı iş”də qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı işi üzrə qərarı” nda isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Məhkəmə mülkiyyət və mülkiyyət hüququ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Belə ki, Mülki Məcəllənin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, qanunvericilik mülkiyyət hüququnun yaranma anını onun dövlət reyestrində qeydiyyatı anı ilə əlaqələndirir. Burada məqsəd dövlət tərəfindən həqiqi mülkiyyətçinin hüquqlarının qorunmasının təmin edilməsi və onun öz mülkiyyətini kənar şəxslərdən müdafiəsini təşkil edə bilməsidir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflərin izahatından və şahid ifadələrindən görünür ki, ilkin iddia üzrə iddiaçı mənzili cavabdehə satmaq fikri olsa da, sonradan fikrindən daşınmış və onlar arasında alqı–satqı ilə bağlı hər hansı rəsmi qaydada müqavilə bağlanmamış, sadəcə şifahi qaydada razılığa gəlmək istəmişlər. Hazırda isə iddiaçı mülkiyyətini qanunsuz sahiblikdən geri tələb etmişdir və etməyində haqlı olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh İlqar Talıbov evi təmir edərək bir müddət ailəsi ilə birlikdə mübahisəli evdə yaşamışdır. Həmin müddət ərzində iddiaçının mülkiyyətində olan mübahisəli mənzildə yaşamaqla, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırmış, ona görə də iddiaçının kirayə haqqını cavabdehdən tələb etməsi qismən əsaslıdır. Məhkəmə qeyd edir ki, cavabdeh onun haqqında məhkəmə mübahisəsi olduğunu bildiyi vaxtdan artıq həmin evdə iddiaçının hüquqlarının pozulduğunu bilmiş və ona görə də bunu bildiyi vaxtdan, iddiaçının məhkəmə müraciət etdiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən hesablanaraq kirayə haqqının tutulması əsaslıdır. Ona görə də iddia tələbinin kirayə haqqının ödənilməsi hissəsi xx.xx.2025-ci il tarixdən Talıbov İlqarın həmin evdən çıxarıldığı tarixədək aylıq 460 manatdan hesablanmalıdır. X14 rəyindən göründüyü kimi həmin ərazidə kirayə haqqı 460 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə ekspert rəyini, AR MPM-nin 88-ci maddəsinə əsasən qiymətləndirərək əsaslı hesab edir. Bеləliklə, məhkəmə iş üzrə tоplаnmış sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrib, qanunun göstərilən tələblərini rəhbər tutaraq hеsаb еdir ki, ilkin iddiа ərizəsi qismən təmin edilməli, X8 Rayonu Mehdiabad qəsəbəsi, Binəqədi gənclər şəhərciyi, ev 20, mənzil 25 ünvanda yerləşən yaşayış sahəsindən çıxarılmalı, həmin yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməli və xx.xx.2025-ci il tarixdən mənzildən çıxarılacağı tarixədək aylıq kirayə haqqı 460 manat hesablanmaqla, hesablanmış pul məbləği X15 alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İlkin iddia üzrə cavabdeh Talıbov İlqarın qarşılıqlı iddia ərizəsiylə məhkləmə qeyd edir ki, şahid X6 ifadəsindən və işin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı Talıbov İlqara evi satmaq niyyəti olmuş və onun həmin evdə təmir aparmasına etiraz etməmişdir. Belə ki, İddiaçı bacanağı Şamxal tərəfindən mənzilin açarı Talıbov İlqara təhvil verilmiş və bundan sonra Talıbov İlqar evi təmir etməyə başlamışdır. Şübhəsiz ki, həmin açar İddiaçı icazəsi olmadan Talıbov İlqara verilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, İlqar Talıbovun mənzilin təmirinə dair çəkdiyi xərclər İddiaçı tutulmalı Talıbov İlqara ödənilməlidir. Belə ki, iş ilə bağlı 2 ekspert rəyi vardır. Məhkəmə hesab edir ki, X14 rəyi daha əsaslı, ədalətlidir və hazırki bazar qiymətinə uyğunluq təşkil edir. Həmçinin qeyd olunur ki, Talıbov İlqar mənzildə təmirə başlayarkən artıq qismən İddiaçı tərəfindən suvaq və elektrik işləri görülmüşdür. Ona görə də məhkəmə təmirə çəkilmiş xərclərin 28017,22 manat olmasını qanunauyğun hesab edir. Belə ki, X19 tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq eksperizasının xx.xx.2025-ci il tarixli 277 nömrəli rəyindən göründüyün kimi ünvan 2 ünvanında yerləşən mənzilin təmir-tikintisinə sərf olunmuş ümumi xərclərin dəyəri hazırki bazar qiyməti ilə 28017,22 manat təşkil edir. Məhkəmə AR MPM-nin 88-ci maddəsinə əsasən, rəydəki məbləği əsaslı hesab edir. Odur ki, məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin təmiri üçün çəkdiyi xərcə görə 28017,22 manat pul tutularaq X20 ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən göründüyü kimi X34 “Kapital Bank” vasitəsi ilə hüquqi yardımın göstərilməsi üçün Abşeron Rayon Vəkil Bürosuna 2000 manat məbləğində ödəniş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edildiyindən, ödənilmiş 2000 manat məbləğinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 1500 manat hissəsi İddiaçı tutularaq X27 ödənilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən, dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Qarşılıqlı iddia ərizəsi isə qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumu olan 198 manat məbləğinin qarşılıqlı iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 150 manat hissəsi İddiaçı tutularaq X27 ödənilməlidir. Həmçinin ekspertiza tədqiqatlarının dəyəri olan pulun qarşılıqlı iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 700 hissəsi, həmçinin bu məbləğ daha ağlabatan hesab edildiyindən İddiaçı tutularaq X20 ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. X8 Rayonu Mehdiabad qəsəbəsi, Binəqədi gənclər şəhərciyi, ev 20, mənzil 25 ünvanda yerləşən yaşayış sahəsindən çıxarılsın, həmin yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilsin və xx.xx.2025-ci il tarixdən mənzildən çıxarılacağı tarixədək aylıq kirayə haqqı 460 manat hesablanmaqla, hesablanmış pul məbləği X15 alınaraq İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin təmiri üçün çəkdiyi xərcə görə 28017,22 (iyirmi səkkiz min on yeddi manat iyirmi iki qəpik) manat pul, mütəxəssisə ödənilmiş 700 (yeddi yüz) manat pulun, vəkilə ödənilmiş 1500 (min beş yüz) manat pulun və dövlət rüsumuna görə ödənilmiş 150 (yüz əlli) manat pul İddiaçı alınaraq X20 ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov