Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2775/2023 27.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X1, Üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsinin cavabdehlər Abşeron rayon 2 saylı Notariat Kontoruna, Cavabdeh2, üçüncü şəxs Maraqlı şəxs qarşı “alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi və bütün hüquqi nəticələrin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu 2 saylı Notariat ofisində Masazır bələdiyyəsi ilə vətəndaş Cavabdeh2 arasında bağlanmış 4Ə-743 saylı (AN-İ№ ******* seriyalı) alqı satqı müqaviləsi etibarsız hesab edilərək, bütün hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndəsi məhkəməyə iddia ərizəsinə əlavə verərək, Abşeron rayonu 2 saylı Notariat ofisində Masazır bələdiyyəsi ilə vətəndaş Cavabdeh2 arasında bağlanmış 03 avqust 2022-ci il tarixli 4Ə-743 saylı (AN-İ№ ******* seriyalı) alqı satqı müqaviləsi etibarsız hesab edilərək, bütün hüquqi nəticələrin ləğv edilməsi ilə bağlı mülki işə cavabdeh qismində ünvan 1 ünvanında yaşayan Cavabdeh2 cəlb edilməsini xahiş etmişdir. İddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Abşeron rayonu 2 saylı Notariat ofisində Masazır bələdiyyəsi ilə vətəndaş Cavabdeh2 arasında bağlanmış 03 avqust 2022-ci il tarixli 4Ə-743 saylı (AN-İ№ ******* seriyalı) alqı satqı müqaviləsi etibarsız hesab edilərək,Azərbaycan Respublikası ƏMDX yanında DƏRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2022-ci il tarixli reyestr nömrəsi **********47 olan mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv olunmasını barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Masazır bələdiyyəsinin 10 mart 2023-cü il tarixli, 05/03 saylı ümumi iclası vətəndaş Maraqlı şəxs bələdiyyənin mükiyyətində olan 0,0255 torpaq sahəsinin vətəndaş Cavabdeh2 qanunsuz satılması ilə bağlı bağlanmış Abşeron rayonu 2 saylı Notariat ofisində 4Ə- 743 reyestrlı alqı-satqı müqaviləsinin və bundan irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi ilə bağlı məsələyə baxaraq qərar qəbul etmişdir. Masazır bələdiyyəsinin 10 mart 2023-cü il tarixli, 05/03 saylı ümumi iclasının qəbul etdiyi qərarında bələdiyyənin Masazır kəndi, Dilarə Əliyeva küçəsi, ev 32 ünvanında yerləşən 0,0255 ha torpaq sahəsinə dair 3 avqust 2022-ci il tarixdə Masazır bələdiyyəsi ilə vətəndaş Cavabdeh2 arasında bağlanmış 4Ə-743 saylı alqı-satqı müqaviləsi bələdiyyənin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə və bələdiyyənin 28 sentyabr 2022-ci il tarixli, 25/7 saylı qərarına zidd olduğundan 4Ə-743 saylı alqı-satqı aktı və bundan irəli gələn bütün hüquqi nəticələr etibarsız hesab edilmiş və Masazır bələdiyyəsinin icra predmeti olan 0.255 ha torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı bələdiyyənin 28 sentyabr 2022-ci il tarixli, 25/7 saylı qərarın icrası ilə bağlı vətəndaş Cavabdeh2 ilə bağlanmış 3 avqust 2022-ci il tarixli, 4Ə-743 saylı alqı-satqı müqaviləsi, vətəndaşın adına verilmiş Çıxarışın, Torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilərək ləğv edilməsi, bununla bağlı müvafiq sənədlərdə geriyə dönüş edilməsi üçün Abşeron rayon 2 saylı X6 müraciət olunması göstərilmişdir. Belə ki, vətəndaş Cavabdeh2 ilə bələdiyyə arasında bağlanmış 3 avqust 2022-ci il tarixli, 4Ə-743 saylı alqı-satqı müqaviləsi vətəndaşın adına verilmiş Çıxarışın, Torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilərək ləğv edilməsinə əsas olan səbəb ondan ibarətdir ki, əqd bağlanarkən bələdiyyənin 28 sentyabr 2022-ci il tarixli, 25/7 saylı qərarı pozulmuşdur. Belə ki, 28 sentaybar 2023-cü il tarixli, 25 saylı protokolun 7.1 və 7.2-ci bəndlərində göstərilir ki, “Abşeron rayon Masazır bələdiyyəsinin alqı-satqı predmeti olan 0,0255 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisi məqsədilə mülkiyyətə verilməsi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırılması nəzərə alınsın və Abşeron rayon Masazır bələdiyyəsinin alqı-satqı predmeti olan 0,0255 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisi məqsədilə mülkiyyətə verilməsi üçün açıq müsabiqə keçirilsin və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X4 publik hüquqi şəxsin Abşeron ərazi Torpaq müsabiqə və hərrac komissiyasıarasında müqavilə bağlanılsın.” Masazır bələdiyyəsi tərəfindən bilavasitə vətəndaş Cavabdeh2 Masazır kəndi, Dilarə Əliyeva küçəsi, ev 32 ünvanında yerləşən 0,0255 ha torpaq sahəsinin satılması ilə bağlı qərar qəbul edilməmişdir. Notarial kontorunda isə notariat bələdiyydən bu qərarı tələb etməmiş və müvafiq qərar olmadan alqı satqı müqaviləsini təsdiqləmişdir. İkinci hal ondan ibarətdir ki, vətəndaş Cavabdeh2 Masazır bələdiyyəsinə torpaq sahəsinin satılması ilə bağlı rəsmi müraciət etməmiş və eyni zamanda bağlanmış əqdlə bağlı bələdiyyə büdcəsinə qabaqcadan (və ya sonradan) ödəniş etməmişdir. Notarial kontor bələdiyyədən və ya vətəndaşdan 0,0255 ha torpaq sahəsinə görə ödənişin olması ilə bağlı ödəniş qəbzini tələb etməmişdir. Üçüncü hal isə, qanunsuz bağlanmış əqdlə bağlı göstərilən torpaq sahəsi vətəndaş Maraqlı şəxs uzun müddət istifadəsində olan torpaq sahəsidir və onun rəsmi müraciəti əsasında bələdiyyənin 1 aprel 2021-ci il tarixli, 07/07 saylı qərarı ilə prosedur qaydaya başlanılmışdır. Hal-hazırda ərizəci adı çəkilən torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evində ailəsi ilə yaşayır. Bələdiyyənin 28 sentyabr 2022-ci il tarixli, 25/7 saylı qərarının icrası ilə bağlı 0,0255 ha torpaq sahəsi bələdiyyənin keçmiş sədri torpağı hərraca çıxarmaq əvəzinə, müvafiq qanunlar pozulmaqla notarial qaydada alqı-satqı olunaraq başqa şəxsə satılmışdır. Bu baxımdan Masazır bələdiyyəsinin 10 mart 2023-cü il tarixli, 05/03 saylı qərarı qüvvəyə mindiyindən vətəndaş Maraqlı şəxs hüquqlarının bərpasını nəzərə alaraq, Masazır kəndi, Dilarə Əliyeva küçəsi, ev 32 ünvanında yerləşən 0,0255 ha torpaq sahəsinə dair 3 avqust 2022-ci il tarixdə (xx.xx.2022-ci il tarixli, **********37 reyest nömrəli Çıxarış əsasında) Masazır bələdiyyəsi ilə vətəndaş Cavabdeh2 arasında bağlanmış 4Ə-743 saylı (AN-İ№ ******* seriyalı) alqı-satqı müqaviləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa,“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə və bələdiyyənin 28 sentyabr 2022-ci il tarixli, 25/7 saylı qərarına zidd olduğundan 3 avqust 2022-ci il tarixli, 4Ə-743(AN-İ№ ******* seriyalı) saylı alqı-satqı müqaviləsinin bütün hüquqi nəticələri etibarsız hesab edərək ləğv edilməsi və geriyə dönüş edilməsi ilə bağlı qətnamə qəbul edilməlidir.Odur ki, o, iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi X5 məhkəmə iclasına izahatında bildirdi ki,ünvan 2 ünvanında yerləşən 255 kv.m tortaq sahəsinin sənədləşdirilməsi məqsədi ilə Abşeron Rayon Masazır Bələdiyyəsinə müraciət etmişdir.Ərizəsi əsasında bələdiyyə xx.xx.2021-ci il tarixli 07/07 saylı qərarı ilə prosedur qaydaya başlamışdır.Həmin torpaq sahəsinə dair ilkin olaraq Bələdiyyə tərəfindən müvafiq sənədlər toplanaraq Azərbaycan Respublikası ƏMDX yanında DƏRX-nin 4 saylı Abşeron Ərazi İdarəsindən xx.xx.2022-ci il tarixli **********37 reyest nömrəli çıxarış alınmışdır.Prosedur qaydadnın son nəticəsi olaraq bələdiyyə tərəfindən xx.xx.2022-ci il tarixli 25/7 saylı 0,0255 ha torpaq sahəsinin hərraca çıxarılmasına dair qərar qəbul edilmişdir.Sonradan ona məlum olmuşdur ki,istifadəsində olan,ailə üzvləri ilə birlikdə yaşadığı fərdi ev 0,0255 ha torpaq sahəsi bələdiyyə tərəfindən Notariat Kontorunda Masazır kənd sakini Cavabdeh2 satılmışdır.Ona görə də, Abşeron Rayon Masazır Bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı əqdinin və bundan irəli gələn bütün hüquqi nəticələrin eyni zamanda Azərbaycan Respublikası ƏMDX yanında DƏRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********37 reyest nömrəli çıxarışın etibarsız hesab edilməsini, mübahisəli torpaq sahəsinə dair bələdiyyənin xx.xx.2022-ci il tarixli 25/7 saylı 0,0255 ha torpaq sahəsinin hərraca çıxarılmasına dair qəbul edilmiş qərarın icra edilməsini xahiş etmişdir. Cavabdeh2 08.08.203-cü il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edərək iddianı qəbul etdiyini bildirmiş,sonrakı məhkəmə iclaslarına gəlməmiş,lakin məhkəməyə ərizə göndərərək Masazır Bələdiyyəsinin iddiasın qəbul etdiyini bir daha bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh Abşeron rayonu 2 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Abşeron rayonu, 2 saylı Notariat ofisinin nümayəndəsi mübahisəli torpaq sahəsi ilə əlaqədar alqı-satqı müqaviləsini və oan əlavə edilmiş sənədlərin surətlərini göndərmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-ci maddəsinə əsasən məhkəmə işə Abşeron 2 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır Bələdiyyəsinə məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0255 ha torpaq sahəsi **********37 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə Masazır Bələdiyyəsinin xeyrinə icarə hüququ əsasında yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AN-1№1065945 saylı Daşınmaz Əmlakın alqı – satqı müqaviləsindən görünür ki, satıcı Abşeron rayonu Masazır Bələdiyyəsi alıcı Cavabdeh2 Abşeron rayonu Masazır kəndi ünvanında yerləşən ümumi sahəsi 0,0255 ha torpaq sahəsini 2328,15 manata satmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Masazır bələdiyyəsi ilə vətəndaş Cavabdeh2 arasında Abşeron rayonu, 2 saylı Notariat ofisində 4Ə-743 reyestrlı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsi bələdiyyənin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə və bələdiyyənin 28 sentyabr 2022-ci il tarixli, 25/7 saylı qərarına zidd olaraq bağlanmışdır. Belə ki, Abşeron rayon Masazır bələdiyyəsinin alqı-satqı predmeti olan 0,0255 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisi məqsədilə mülkiyyətə verilməsi üçün açıq müsabiqə keçirilməmiş, müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində X4 publik hüquqi şəxsin Abşeron ərazi Torpaq müsabiqə və hərrac komissiyasıarasında müqavilə bağlanmamışdır. Həmçinin Masazır bələdiyyəsi tərəfindən bilavasitə vətəndaş Cavabdeh2 Masazır kəndi, Dilarə Əliyeva küçəsi, ev 32 ünvanında yerləşən 0,0255 ha torpaq sahəsinin satılması ilə bağlı qərar qəbul edilməmişdir. Notarial kontorunda isə notariat bələdiyydən bu qərarı tələb etməmiş və müvafiq qərar olmadan alqı satqı müqaviləsini təsdiqləmişdir. Cavabdeh2 Masazır bələdiyyəsinə torpaq sahəsinin satılması ilə bağlı rəsmi müraciət etməmiş və eyni zamanda bağlanmış əqdlə bağlı bələdiyyə büdcəsinə qabaqcadan (və ya sonradan) ödəniş etməmişdir. Notarial kontor bələdiyyədən və ya vətəndaşdan 0,0255 ha torpaq sahəsinə görə ödənişin olması ilə bağlı ödəniş qəbzini tələb etməmişdir. Bələdiyyənin 28 sentyabr 2022-ci il tarixli, 25/7 saylı qərarının icrası ilə bağlı 0,0255 ha torpaq sahəsi bələdiyyənin keçmiş sədri torpağı hərraca çıxarmaq əvəzinə, müvafiq qanunlar pozulmaqla notarial qaydada alqı-satqı olunaraq başqa şəxsə satılmışdır.Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Abşeron rayonu, 2 saylı Notariat ofisində Masazır bələdiyyəsi ilə vətəndaş Cavabdeh2 arasında bağlanmış 03 avqust 2022-ci il tarixli, 4Ə-743 saylı (AN-İ№ ******* seriyalı) alqı satqı müqaviləsi etibarsız hesab edilməli, alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən,həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası ƏMDX yanında DƏRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2022-ci il tarixli reyestr nömrəsi **********47 olan mülkiyyət hüququnu təsdiq edən çıxarış da ləğv olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək;müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək səlahiyyəti vardır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına; fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə;sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə verilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti (qiyməti) torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia təmin edilsin. Abşeron rayonu 2 saylı Notariat ofisində Masazır bələdiyyəsi ilə vətəndaş Cavabdeh2 arasında bağlanmış 03 avqust 2022-ci il tarixli 4Ə-743 saylı (AN-İ№ ******* seriyalı) alqı- satqı müqaviləsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏRX-i Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 verilmiş xx.xx.2022-ci il tarixli, **********47 reyestr nömrəli çıxarışın ləğv olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2775/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2775/2023
27.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver