Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2784/2024 06.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Zərbəliyeva Leyla Mürşüd qızının katibliyi ilə, İddiaçı Abşeron rayonu, Masazır Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Abşeron rayonu, Masazır Bələdiyyəsi Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi X=395237.8263, Y=4481367.7619; X=395269.5230, Y=4481377.4997; X=395273.8818, Y=4481355.1321; X=395262.1699, Y=4481350.0622; X=395261.9836, Y=4481350.1359; X=395242.5882, Y=4481343.0343 koordinatlarda yerləşən Masazır Bələdiyyəsinin mülkiyyətində olan 0,0798 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin Masazır Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında iddiaçı Abşeron rayonu, Masazır Bələdiyyəsi məhkəməyə ərizə göndərərək, tərəflər arasında mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsini nəzərə alaraq, hazırki iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tərəflər iştirak etməmişlər. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, ərizə təmin edilməli, iddiaçı Abşeron rayonu, Masazır Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Abşeron rayonu, Masazır Bələdiyyəsinin iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilsin. İddiaçı Abşeron rayonu, Masazır Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə Abşeron rayonu, Masazır Bələdiyyəsinə qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2784/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2784/2024
06.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver