Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2799/2023 11.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh15, Cavabdeh14, X5, Cavabdeh5, Cavabdeh17, Cavabdeh12, Cavabdeh16, X11, Cavabdeh9, Cavabdeh4, Cavabdeh2, Cavabdeh19, Cavabdeh11, X6, Cavabdeh3, X7, Cavabdeh7, Cavabdeh20, X9, Cavabdeh21 və Cavabdeh8 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və banka təhvil verilməsi” tələbinə dair iddia tələbi üzrə mülki işə açıq məhkəmə içlasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh15, Cavabdeh14, Cavabdeh18, Cavabdeh5, Cavabdeh17, Cavabdeh12, Cavabdeh16, X14, Cavabdeh9, Cavabdeh4, Cavabdeh2, Cavabdeh19, Cavabdeh11, Cavabdeh1, Cavabdeh3, Cavabdeh10, Cavabdeh7, Cavabdeh20, X9, Cavabdeh21 və Cavabdeh8 Abşeron rayonu, Saray qəsəbə ə/d, Saray qəsəbəsi, A.Müzəffərov küçəsindəki 9 nömrəli yaşayış evindən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X8 məhkəmə iclasında izahatında bildirdi ki, "xxxx" İKB ASC ilə Cavabdeh15 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Abşeron rayonu, Saray qəsəbə ə/d, Saray qəsəbəsi, A.Müzəffərov küçəsindəki 9 nömrəli yaşayış evinə Abşeron Rayon Məhkəməsinin 2(012)-135/2018 saylı, 19 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən tutma yönəldilmişdir. "xxxx" İKB ASC ilə Cavabdeh15 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, X3 məxsus, Abşeron rayonu, Saray qəsəbə ə/d, Saray qəsəbəsi, A.Müzəffərov küçəsində yerləşən, 3 otaqlı, 117.8 kv.m ümumi sahəsi olan 9 nömrəli yaşayış evinə Abşeron Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli 2(012)-135/2018 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 20 dekabr 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə çıxarış alınmışdır. AR Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə olunmuş xx.xx.2023-cü il tarixli arayışından göründüyü kimi, Abşeron rayonu, Saray qəsəbə ə/d, Saray qəsəbəsi, A.Müzəffərov küçəsindəki 9 nömrəli yaşayış evində Cavabdeh15, Cavabdeh14, Cavabdeh18, Cavabdeh5, Cavabdeh17, Cavabdeh12, Cavabdeh16, X14, Cavabdeh9, Cavabdeh4, Cavabdeh2, Cavabdeh19, Cavabdeh11, Cavabdeh1, Cavabdeh3, Cavabdeh10, Cavabdeh7, Cavabdeh20, X9, Cavabdeh21 və Cavabdeh8 qeydiyyatda olmaqla yaşayırlar. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh15 məhkəmə iclasında izahatında bildirdi ki, onun çıxarışa şübhəsi vardır. Belə ki, sözügedən evin onun adına keçməsinə vərəsələrin heç birinin razılığı olmamışdır. Onun böyük qardaşı girov müqaviləsinə qol çəkməmişdir. Ənvər Həsənov müqaviləni pozmuş və qol çəkdiyi 35000 manatdan 5000 manat məbləğini götürmüşdür. Pulda 27 ədəd 50 manat məbləğində əksik olmuşdur. Lakin bank şərtləri pozaraq müqaviləyə dollar yazmışdır. Onu aldatmışlar. Odur ki, o, 35000 manatı qaytarmamışdır. Cavabdeh16 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh15 onun qardaşıdır. Onun evi ayrıdır. Onun övladları Abşeron rayonu, Saray qəsəbə ə/d, Saray qəsəbəsi, A.Müzəffərov küçəsindəki 9 nömrəli yaşayış evində yaşayırlar. O, uzun illər həmin evdə yaşamışdır. Cavabdeh17 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh15 onun həyat yoldaşıdır. Belə ki, bank tərəfindən faiz çox hesablanmışdır. Cavabdeh15 həmin vaxt xəstə olmuş və psixoloji problemləri olmuşdur. Bank əslində Cavabdeh15 kredit verməməli idi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Lakin cavabdeh Hümbətli (İmranlı) Durna Elşad qızı məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X13 İdarəsində operator vəzifəsində işləyir, aylıq əmək haqqım 590 manatdır. İxtisasca mühəndis ekoloqdur, gələcəkdə onun ali təhsilinə görə vəzifəsi dəyişərək, vəzifəsinə uyğun əmək haqqı da yüksək olacaqdır. Hal-hazırda hamiləliyə görə sosial məzuniyyətdədir. Banka olan kredit borcunu könüllü olaraq hər ay 350-400 manat ödəməyə hazırdır. Rəsmi iş yeri var. O, sosial məzuniyyətdən qayıtdıqdan sonra kredit borcu əmək haqqına da yönəldilə bilər. Həmçinin atası mülki iş üzrə Cavabdeh15 2 dəfə insulit keçirmişdir, digər Cavabdeh1 fəaliyyət qabiliyyəti olmayan İİ qrup əlildir. Digər Cavabdeh2 İİ Qarabağ müharibəsi veteranıdır. Qeyd edilənləri nəzərə alaraq hazırkı mülki iş üzrə kredit borcunun onun tərəfindən könüllü olaraq ödənilməsini nəzərə alaraq, onların mənzildən çıxarılmalarının dayandırılmasına köməklik edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-135/2018 saylı, 19 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh15 "xxxx" X4 ASC-nin xeyrinə 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 42945.45 ABŞ dolları, faiz borcu üzrə 34573 ABŞ dolları, cərimə borcu üzrə 60 ABŞ dolları, cəmi 77578.45 ABŞ dolları məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat, 20 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumunun 28 manatının tutulması, tutmanın 19 dekabr 2014-cü il tarixli İpoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Abşeron Rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, əldə olunmuş vəsait hesabına 77578.45ABŞ dolları məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat, 20 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumunun 28 manatının ödənilməsi, ipotekanın ilkin satış qiymətinin 88.000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, Cavabdeh15 ilə "xxxx" İKB ASC arasında bağlanmış 19 dekabr 2014-cü il tarixli 24-G-1-0-887-14 saylı kredit müqaviləsinin ləğv edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-142/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(012)-135/2018 saylı qətnaməsi ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinin ilkin satış qiymətinin 88.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilməsi, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinin likvid dəyərinin 120000 manat müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3369/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh15 kassasiya şikayəti qismən təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 142/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qismən-ipoteka predmetinin, yəni ünvan 1 mükiyyətindəolan 0,12 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinin ilkin satış qiymətinin 88.000 manat müəyyən edilməsi hissəsində ləğv edilməsi, mülki işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-156/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh15 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-135/2018 saylı, 19 noyabr 2018-ci il tarixli qətnaməsinin Cavabdeh15 münasibətdə dəyişdirilməsi, Cavabdeh15 iddiaçı "xxxx" X4 ASC-nin xeyrinə 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 42945.45 ABŞ dolları, faiz borcu üzrə 34556,70 ABŞ dolları, cərimə borcu üzrə 60 ABŞ dolları, cəmi 77562.15 ABŞ dolları məbləğində borcun, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat, 20 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumunun 28 manatının tutulması, tutmanın 19 dekabr 2014cü il tarixli İpoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuş Abşeron Rayonu, Saray qəsəbəsində yerləşən 3 otaqlı, 117.8 m2 ümumi sahəsi olan 9 nömrəli yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, əldə olunmuş vəsait hesabına 77562.15 ABŞ dolları məbləğində borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat, 20 manat xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumunun 28 manatının ödənilməsi, ipotekanın ilkin satış qiymətinin 88.000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsinin ümumi qaydada icra edilməsi, Cavabdeh15 ilə "xxxx" İKB ASC arasında bağlanmış 19 dekabr 2014-cü il tarixli 24-G-1- 0-887-14 saylı kredit müqaviləsinin ləğv edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı ASC-nin mülkiyyətinə qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron notariat” X1 vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məluamtdan çıxarışdan görünür ki, Cavabdeh15, Cavabdeh14, X5, Cavabdeh5, Cavabdeh17, Cavabdeh12, Cavabdeh16, X11, Cavabdeh9, Cavabdeh4, Cavabdeh2, Cavabdeh19, Cavabdeh11, X6, Cavabdeh3, X7, Cavabdeh7, Cavabdeh20, X9, Cavabdeh21, Cavabdeh8 Abşeron rayonu, Saray qəsəbə ə/d, Saray qəsəbəsi, A.Müzəffərov küçəsindəki 9 nömrəli yaşayış evində qeydiyyatdadırlar. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Cavabdeh15 İddiaçı ASC-dən kreditlə pul götürmüş, Abşeron rayonu, Saray qəsəbə ə/d, Saray qəsəbəsi, A.Müzəffərov küçəsindəki 9 nömrəli yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəlik lazımınca icra edilmədiyindən məhkəmə qaydasında ipoteka predmetinə tutma yönəldilmiş, ipoteka predmeti açıq hərracdan satılmaqla ipoteka saxlayan İddiaçı ASC-nin mülkiyyətinə keçmiş və həmin hüquq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı ASC-nin mülkiyyətinə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçı şirkətin mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması İddiaçı ASC-nin göstərilən mənzillə bağlı hüquq və azadlıqlarının həyata keçirilməsinə həqiqətən də maneə yaradır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqısatqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Məhkəmədə müəyyən edilmiş işin faktiki haldan görünür ki, ünvan 1 ünvanında yerləşən 9 saylı fərdi yaşayış evi hal-hazırda İddiaçı ASC-nin mülkiyyətindədir,cavabdehlər həmin fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayırlar və sonuncuların mübahisə predmeti olan fərdi yaşayış evini boşaldıb təhvil verməmələri iddiaçı təşkilatın mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Bu səbəbdən məhkəmə hesab edi ki, Cavabdeh15, Cavabdeh14, Cavabdeh18, Cavabdeh5, Cavabdeh17, Cavabdeh12, Cavabdeh16, X14, Cavabdeh9, Cavabdeh4, Cavabdeh2, Cavabdeh19, Cavabdeh11, Cavabdeh1, Cavabdeh3, Cavabdeh10, Cavabdeh7, Cavabdeh20, X9, Cavabdeh21 və Cavabdeh8 Abşeron rayonu, Saray qəsəbə ə/d, Saray qəsəbəsi, A.Müzəffərov küçəsindəki 9 nömrəli yaşayış evindən çıxarılmalı, həmin mənzil boşaldılmalı və banka təhvil verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququmülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3.1-ci maddəsinə əsasən, öhdəliklər üzrə tutma əmlaka yönəldikdə, əmlak mülkiyyətçidən məcburi alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh15, Cavabdeh14, X5, Cavabdeh5, Cavabdeh17, Cavabdeh12, Cavabdeh16, X11, Cavabdeh9, Cavabdeh4, Cavabdeh2, Cavabdeh19, Cavabdeh11, X6, Cavabdeh3, X7, Cavabdeh7, Cavabdeh20, X9, Cavabdeh21 və Cavabdeh8 Abşeron rayonu, Saray qəsəbə ə/d, Saray qəsəbəsi, A.Müzəffərov küçəsindəki 9 nömrəli yaşayış evindən çıxarılsın, həmin mənzil boşaldılsın və İddiaçı ASC-yə təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2799/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2799/2023
11.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver