Məhkəmə qərarları › İş №e-2(012)-282/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-282/2024

19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-282/2024 19.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 131000 ABŞ dollarının yarısının, yəni 65500 ABŞ dollarının qətnamə icra edilən vaxt mövcud olan məzənnə ilə manatla və vəkil xərcləri üçün ödənilmiş 400 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında borcun ödənilməsinə dair cavabdehə məhkəmədən kənar qaydada pretenziya məktubunu göndərmədiyini bildirmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülk iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanılmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.1. maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. İşdən görünür ki, iddiaçı cavabdehin ona borcunun Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-998 saylı qərardadı ilə təsdiq edilmiş barışıq sazişinə əsasən yarandığını bildirir. Belə ki, işdəki mötəbər sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-998 saylı qərardadı ilə iddiaçı X3 cavabdehlər X2, İddiaçı və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarsızlığı tələbinə dair mülki iş üzrə tərəflərin təqdim etdikləri xx.xx.2012-ci il tarixli barışıq sazişi təsdiq edilməklə həmin mülki işin icraatına xitam verilmişdir. Barışıq sazşinin təsdiq edilməsinə dair qərardadın 1ci bəndinə görə Cavabdeh, X4 və İddiaçı X3 xx.xx.2012-ci il tarixli, 2(006)-998 saylı iş üzrə iddia tələbini qəbul edib, Abşeron rayon Məhkəməsinin 21 may 2010-cu il tarixli 2(012)- 395 saylı qətnaməsinə əsasən Cavabdeh X3 xeyrinə ödəniləcək 160000 (yüz altmış min) ABŞ dolları məbləğində pulun azaldılmış, 131000 (yüz otuz bir min) ABŞ dolları məbləğində vəsaiti Cavabdeh 2 (iki) ay müddətində ödəməyi öhdəsinə götürür. İkinci bəndə görə isə həmin müddətdə göstərilən vəsait Nəsirov Zəfərin xeyrinə ödənilməzsə, o halda Abşeron rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(012)-395 saylı qətnaməsinə əsasən İddiaçı mülkiyyətinə qaytarılmış və X1 adına olan Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, 37A saylı binanın 20 saylı mənzili üzərində mülkiyyət hüququ və çıxarış mübahisəsiz qaydada etibarsız hesab edilir və X3 həmin mənzil üzərində mülkiyyət hüququ tanınaraq qeydiyyatdan keçir. Eyni zamanda, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, 37 A saylı binanın 20 saylı mənzilin alqı-satqısı ilə ona ödənilmiş 103000 (yüz üç min) manat məbləğində pulu Cavabdeh ilə birlikdə dərhal X2 ödəməyi öz öhdəsinə götürür. Üçüncü bəndə əsasən iddiaçı X5 barışıq sazişində müəyyən olunan pul öhdəliyinin onun xeyrinə icra edilməsi şərti ilə hazırki iddia tələbindən və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 04 oktyabr 2011-ci il tarixli, 2(009)-3116 saylı qətnaməsinin icrasından imtina edir və Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, 37A saylı binanın 20 saylı mənzilinin X1 mülkiyyətində qalmasına razılıq verir, həmin mənzillə bağlı gələcəkdə heç bir iddiası olmadığını bildirir. Qərardadın tələblərinə əməl edilmədiyindən Abşeron rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(012)-395 saylı qətnaməsinə əsasən İddiaçı mülkiyyətinə qaytarılmış və X1 adına olan Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, 37A saylı binanın 20 saylı mənzili üzərində mülkiyyət hüququ və çıxarış mübahisəsiz qaydada etibarsız hesab edilmiş və X3 həmin mənzil üzərində mülkiyyət hüququ tanınaraq qeydiyyatdan keçmişdir. Eyni zamanda, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, 37 A saylı binanın 20 saylı mənzilin alqı-satqısı ilə ona ödənilmiş 103000 (yüz üç min) manat məbləğində pulu Cavabdeh ilə birlikdə X2 ödəmək öhdəliyi əmələ gəlmiş və icraya yönəldilmişdir. Qərardadın Cavabdeh aid hissəsi icra olunması üçün Abşeron rayon İcra Şöbəsinə, İddiaçı aid hissəsi isə Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Beləliklə, Cavabdeh və İddiaçı birgə öhdəliyi, yəni kreditor X1 qarşısında birgə borclu statusu yaranmışdır. Sonradan Cavabdeh ölkədən getmiş və İddiaçı məlum qərardadı icra etməsi tələb edilmiş, onun barəsində 30 aprel 2015-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı çıxarılmış, ona ittiham elan edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Nəticədə, İddiaçı 131000 ABŞ dollarının həmin vaxt mövcud olmuş məzənnə ilə 103000 (yüz üç min) manat məbləğində pulu özünün və Cavabdeh əvəzinə X2 ödəmişdir. Bundan sonra istintaq orqanının 14 fevral 2017-ci il tarixli qərarı ilə cinayət işinin icraatına xitam verilmişdir. Həmin cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmış X4 da istintaq idarəsinə ünvanlanan xx.xx.2017-ci il tarixli ərizəsində qərardadda göstərilən tələbin, yəni 103000 manat pulun hamısının İddiaçı tərəfindən ona qaytarılmasını bildirmişdir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli № 3 nömrəli Qərarındakı hüquqi mövqeyə görə, 4.1. Bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur. Məsələn: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə görə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər; Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinə görə əgər qanunla müəyyən kateqoriya iqtisadi kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra iqtisad məhkəməsinin həllinə verilə bilər. 4.2. Məhkəmələrə izah edilsin ki, məhkəmədənkənar həlli qaydası müəyyən edilmiş işlər üzrə ərizələr yalnız o hallarda baxılmamış saxlanıla bilər ki, həmin qaydanın tətbiq edilməsi imkanı itirilməmiş olsun. Əks halda ərizə baxılmamış saxlanılmalı deyil, Azərbaycan Respublikası MPM-nin 261.0.9-cu maddəsinə müvafiq olaraq işin icraatına xitam verilməlidir. Göründüyü kimi, mülki prosessual qanunvericilik məhkəmə tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılması əsaslarından biri kimi tərəflərin mübahisənin məhkəmədən kənar qaydada həlli üsulu olaraq pretenziya qaydasına riayət edilməsinin zərurliyini istisna etməmişdir. Məhkəmə Plenum Qərarına istinad edərək belə qənaətə gəlir ki, hazırki iş üzrə iddiaçı 131000 ABŞ dollarının yarısının, yəni 65500 ABŞ dollarının (qətnamə icra edilən vaxt mövcud olan məzənnə ilə manatla) cavabdehdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi halda, həmin borcun məhkəmədən kənar qaydada cavabdehdən tutulmasına dair xəbərdarlıq məktubu ilə müraciət etmək imkanı olduğu və bu imkanı itirmədiyi halda göstərilən qaydaya riayət etməmiş, məhkəmədən kənar pretenziya qaydasına riayət etmək imkanını itirdiyi halda, itirməsinə dair mötəbər, əsaslı sübutlarını isə məhkəməyə təqdim etməmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərkən iddiaçı tərəfindən bu qaydaya riayət edilmədiyini müəyyən etmişdir. Beləliklə də, pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı məhkəməyə müraciət etməzdən öncə pretenziya qaydasına riayət etməli olduğu halda həmin tələbə riayət olunmasına dair sənədi iddia ərizəsinə əlavə etmədiyindən məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılması qərarına gəlir. Mülki Prosessual Məcəllənin: 260.1. maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar