Məhkəmə qərarları › İş №e-2(012)-2840/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2840/2022

08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2840/2022 08.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı müqavilənin və kassa mədaxil orderinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, kooperativ binada mənzil tikintisinə dair xx.xx.2018-ci il tarixli müqavilənin və eyni tarixli kassa mədaxil orderinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. O bildirdi ki, işin ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilməsinə etiraz etmir. Cavabdeh məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı MTK-nın Cavabdeh qarşı müqavilənin və kassa mədaxil orderinin ləğv edilməsi tələbinə dair e-2(012)-2840/2022 nömrəli mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli müqavilənin 8-ci bəndindən görünür ki, müqavilənin tərəfləri arasında bütün mübahisəli məsələlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun şəkildə həll olunur. MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qanunun tələblərindən də göründüyü kimi, müqavilənin ləğvi barədə iddia ərizələrinə cavabdehin olduğu yerin məhkəməsində baxılmalıdır. Bu səbəbdən məhkəmə hazırki iddia ərizəsinin aidiyyəti üzrə baxılması üçün cavabdehin qeydiyyat ünvanı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərarına gəlir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. MPM-nin 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267-ci və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MTK-nın Cavabdeh qarşı müqavilənin və kassa mədaxil orderinin ləğv edilməsi tələbinə dair e-2(012)-2840/2022 nömrəli mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar