Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2899/2025 05.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma və kirayə haqlarının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Cavabdeh qarşı kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma və kirayə haqlarının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 avqust 2022-ci il tarixli KM1985 nömrəli kirayə müqaviləsinə xitam verilməsi, Cavabdeh Fonda məxsus ünvan 1 ünvanlı yaşayış sahəsindən çıxarılması və mənzilin boşaldılaraq Fonda təhvil verilməsi, satmaq öhdəliyi ilə kirayə müqaviləsinə əsasən ödənilməli aylıq ödənişlər üzrə yaranmış 1159,70 manat məbləğində borcun, o cümlədən 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışında müəyyən edilmişdir ki, tərəflər mübahisəni öz aralarında həll etmiş, bu barədə xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 bu barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki: “1. Tərəflər razılığa gəlirlər ki, bu saziş imzalandıqdan və Abşeron Rayon Məhkəməsi (bundan sonra - məhkəmə) tərəfindən təsdiq edildiyi tarixdən etibarən tərəflər arasında bağlanmış 01 avqust 2022-ci ii tarixli KM 1985 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsi (bundan sonra - kirayə müqaviləsi) üzrə münasibətlər təkrar davam etdirilir və tərəflər kirayə müqaviləsi üzrə hüquq və vəzifələrini icra edəcəkdir.
2. Birinci tərəf, yəni Cavabdeh təsdiq edir ki, bu saziş imzalandığı tarixdən etibarən kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəli üzrə aylıq ödənişlərini cədvəl üzrə vaxllıvaxtında həyata keçirəcəkdir.
3. Tərəflər təsdiq edir ki, birinci tərəf 13 may 2025-ci il tarixinədək ümumilikdə ödənilməmiş borcu olan 1277,24 manat vəsaiti ikinci tərəfə, yəni Fonda nağdsız qaydada ödəmişdir.
4. Birinci tərəf təsdiq edir ki, həmçinin kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq aylıq qaydada kirayə haqqını ödəyəcəkdir.
5. Birinci tərəf təsdiq edir ki, bu sazişin 4-cü bəndində qeyd olunan öhdəliklər nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə İkinci tərəf kirayə müqaviləsinə birtərəfli qaydada xitam verir, o cümlədən ödənilməmiş qalıq borc məbləğindən əlavə qanunvericiliyə uyğun olaraq gecikmə faizi, zərər və əldən çıxmış faydanı ondan tələb edə bilər.
6. Birinci tərəf təsdiq edir ki, bu sazişin 4-cü bəndində qeyd olunan öhdəlik onun tərəfindən nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə, o cümlədən qeyd olunan səbəblərdən İkinci tərəf kirayə müqaviləsinə birtərəfli qaydada xitam verdikdə, Birinci tərəf kirayə müqaviləsi üzrə istifadəsinə verilmiş mənzili boşaldaraq İkinci tərəfə 5 (beş) iş günü ərzində təhvil verir və 10 (on) iş günü müddətində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasım təmin edir. Mənzil təhvil verilmədiyi təqdirdə İkinci tərəf mənzilin boşaldılması və təhvil verilməsi, o cümlədən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün bu sazişin məcburi icrası üzrə icra sənədi ilə icraya müraciət edir.
7. Bu Sazişin imzalanması və məhkəmə tərəfindən təsdiq edilməsi əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız bu sazişin və tərəflər arasında bağlanılmış kirayə müqaviləsinin şərtləri etibarlıdır.
8. Bu sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırkı və keçmiş direktorlarım, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin məhkəmə tərəfindən təsdiq edildiyi ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər.
9. Tərəflər razılığa gəlirlər ki, bu saziş təsdiq edilənədək yaranmış məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri tərəflərin özləri qarşılayırlar.
10. Bu saziş icra edilmədiyi təqdirdə məcburi icra üçün tərəflərdən biri icra sənədinin verilməsi üçün məhkəməyə müraciət edir. Əgər hər hansı tərəf digər tərəfə qarşı bu sazişin icrası ilə əlaqədar məcburi icra üzrə icra orqanına müraciət edərsə, həmin tərəfin icra ilə əlaqədar tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəyir.
11. Bu saziş məlikəmə qərardadı ilə təsdiq edildiyindən, sazişin məcburi İcrası məhkəmənin verdiyi icra sənədinə əsasən həyata keçirilir.
12. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
13. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan bu Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Bu sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.
14. Tərəflər bu sazişi imzalayaraq təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar bu sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya bu sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər, həmçinin təsdiq edirlər ki, onlar bu sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər.
15. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdə birinci tərəf, qanunvericiliklə tələb edildiyi hallar və ya İkinci tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla, bu sazişin bağlanılması zamanı əldə edilmiş hər hansı bir məlumatı, sənədləri və ya bu sazişin məzmununu məxfi saxlamaq və bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyir. Bu sazişin məzmununun üçüncü şəxslərə açıqlanmasına görə birinci tərəf məsuliyyət daşıyır.
16. Bu saziş bütün tərəflər tərəfindən imzalanana və məhkəmə tərəfindən təsdiq edilənədək heç bir tərəf üçün məcburi olmayacaqdır, saziş imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir.
17. Bu saziş 3 nüsxədə imzalanır, tərəflərin hər birində bir nüsxə qalmaqla, digər nüsxə təsdiq üçün Abşeron Rayon Məhkəməsinə təqdim ediləcəkdir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, işin icraatına xitam verilir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış barışıq sazişi qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməli, hazırki işin icraatına xitam verilməlidir. Bundan başqa, işdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fond hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün müvafiq olaraq 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2025-ci il tarixdə ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iş üzrə icraata xitam verilməli, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma və kirayə haqlarının ödənilməsi tələbinə tələbinə dair iş üzrə tərəflərin barışıq sazişi təsdiq edilsin və mülki işin icraatına xitam verilsin. Tərəflərin barışıq sazişi aşağıdakı məzmunda: “1. Tərəflər razılığa gəlirlər ki, bu saziş imzalandıqdan və Abşeron Rayon Məhkəməsi (bundan sonra - məhkəmə) tərəfindən təsdiq edildiyi tarixdən etibarən tərəflər arasında bağlanmış 01 avqust 2022-ci ii tarixli KM 1985 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsi (bundan sonra - kirayə müqaviləsi) üzrə münasibətlər təkrar davam etdirilir və tərəflər kirayə müqaviləsi üzrə hüquq və vəzifələrini icra edəcəkdir.
2. Birinci tərəf, yəni Cavabdeh təsdiq edir ki, bu saziş imzalandığı tarixdən etibarən kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəli üzrə aylıq ödənişlərini cədvəl üzrə vaxllıvaxtında həyata keçirəcəkdir.
3. Tərəflər təsdiq edir ki, birinci tərəf 13 may 2025-ci il tarixinədək ümumilikdə ödənilməmiş borcu olan 1277,24 manat vəsaiti ikinci tərəfə, yəni Fonda nağdsız qaydada ödəmişdir.
4. Birinci tərəf təsdiq edir ki, həmçinin kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq aylıq qaydada kirayə haqqını ödəyəcəkdir.
5. Birinci tərəf təsdiq edir ki, bu sazişin 4-cü bəndində qeyd olunan öhdəliklər nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə İkinci tərəf kirayə müqaviləsinə birtərəfli qaydada xitam verir, o cümlədən ödənilməmiş qalıq borc məbləğindən əlavə qanunvericiliyə uyğun olaraq gecikmə faizi, zərər və əldən çıxmış faydanı ondan tələb edə bilər.
6. Birinci tərəf təsdiq edir ki, bu sazişin 4-cü bəndində qeyd olunan öhdəlik onun tərəfindən nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə, o cümlədən qeyd olunan səbəblərdən İkinci tərəf kirayə müqaviləsinə birtərəfli qaydada xitam verdikdə, Birinci tərəf kirayə müqaviləsi üzrə istifadəsinə verilmiş mənzili boşaldaraq İkinci tərəfə 5 (beş) iş günü ərzində təhvil verir və 10 (on) iş günü müddətində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasım təmin edir. Mənzil təhvil verilmədiyi təqdirdə İkinci tərəf mənzilin boşaldılması və təhvil verilməsi, o cümlədən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün bu sazişin məcburi icrası üzrə icra sənədi ilə icraya müraciət edir.
7. Bu Sazişin imzalanması və məhkəmə tərəfindən təsdiq edilməsi əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız bu sazişin və tərəflər arasında bağlanılmış kirayə müqaviləsinin şərtləri etibarlıdır.
8. Bu sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırkı və keçmiş direktorlarım, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin məhkəmə tərəfindən təsdiq edildiyi ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər.
9. Tərəflər razılığa gəlirlər ki, bu saziş təsdiq edilənədək yaranmış məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri tərəflərin özləri qarşılayırlar.
10. Bu saziş icra edilmədiyi təqdirdə məcburi icra üçün tərəflərdən biri icra sənədinin verilməsi üçün məhkəməyə müraciət edir. Əgər hər hansı tərəf digər tərəfə qarşı bu sazişin icrası ilə əlaqədar məcburi icra üzrə icra orqanına müraciət edərsə, həmin tərəfin icra ilə əlaqədar tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəyir.
11. Bu saziş məlikəmə qərardadı ilə təsdiq edildiyindən, sazişin məcburi İcrası məhkəmənin verdiyi icra sənədinə əsasən həyata keçirilir.
12. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
13. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan bu Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Bu sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.
14. Tərəflər bu sazişi imzalayaraq təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar bu sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya bu sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər, həmçinin təsdiq edirlər ki, onlar bu sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər.
15. Bu saziş məhkəmə tərəfindən təsdiq edildikdə birinci tərəf, qanunvericiliklə tələb edildiyi hallar və ya İkinci tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla, bu sazişin bağlanılması zamanı əldə edilmiş hər hansı bir məlumatı, sənədləri və ya bu sazişin məzmununu məxfi saxlamaq və bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyir. Bu sazişin məzmununun üçüncü şəxslərə açıqlanmasına görə birinci tərəf məsuliyyət daşıyır.
16. Bu saziş bütün tərəflər tərəfindən imzalanana və məhkəmə tərəfindən təsdiq edilənədək heç bir tərəf üçün məcburi olmayacaqdır, saziş imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir.
17. Bu saziş 3 nüsxədə imzalanır, tərəflərin hər birində bir nüsxə qalmaqla, digər nüsxə təsdiq üçün Abşeron Rayon Məhkəməsinə təqdim ediləcəkdir”. təsdiq edilsin. Hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun hazırki mülki iş (e-2(012)-2899/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından iddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna (VÖEN: **********) qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Məlahət Abbasova