Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2962/2024 16.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı alqı-satqıya dair müqavilələr üzrə öhdəliklərin icra edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi, maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı alqı-satqıya dair müqavilələr üzrə öhdəliklərin icra edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi, maneələrin aradan qaldırılması tələbinə dаir iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC ilə onun arasında bağlanmış ünvan 1 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binadan xx.xx.2012-ci il tarixli 2-ci blok, 13 mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 70 saylı mənzilin alqı-satqısına dair, xx.xx.2012-ci il tarixli 2-ci blok, 14 mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 76 saylı mənzilin alqı-satqısına dair, xx.xx.2012-ci il tarixli 1-ci blok, 5 mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzilin alqı-satqısına dair, xx.xx.2012-ci il tarixli 1-ci blok, 8 mərtəbə, 120 kv.m sahəli, 3 otaqlı, 38 saylı mənzilin alqı-satqısına dair, xx.xx.2012ci il tarixli 3-ci blok, 2 mərtəbə, 114.83 kv.m sahəli, 3 otaqlı, 13 saylı mənzilin alqı-satqısına dair, xx.xx.2012-ci il tarixli binasının 2-ci blokunun 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kv.m olan qeyri yaşayış sahəsinin alqı-satqısına dair müqavilələr üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməsi, ünvan 1 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın 2-ci blok, 13 mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 70 saylı mənzilinin, 2-ci blok, 14 mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 76 saylı mənzilinin, 1-ci blok, 5 mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzilinin, 1-ci blok, 8 mərtəbə, 120 kv.m sahəli, 3 otaqlı, 38 saylı mənzilinin, 3-ci blok, 2 mərtəbə, 114.83 kv.m sahəli, 3 otaqlı, 13 saylı mənzilinin, 2-ci blokunun 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kv.m olan qeyri yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzillərə və qeyri-yaşayış sahəsinə olan alıcı, istiiadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, ünvan 1 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın 2-ci blok, 13 mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 70 saylı mənzildən, 2-ci blok, 14 mərtəbə, 95.75 kv.m sahəli, 2 otaqlı, 76 saylı mənzildən, 1-ci blok, 5 mərtəbə, 93.50 kv.m sahəli, 2 otaqlı, 22 saylı mənzildən, 1-ci blok, 8 mərtəbə, 120 kv.m sahəli, 3 otaqlı, 38 saylı mənzildən, 3-ci blok, 2 mərtəbə, 114.83 kv.m sahəli, 3 otaqlı, 13 saylı mənzildən, 2-ci blokunun 2-ci girişi qeyri-yaşayış sahəsində yerləşən, ümumi sahəsi 202 kv.m olan qeyri yaşayış sahəsindən onun istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, iddiaçının mənzillərdən və qeyri-yaşayış sahəsindən istifadə, mülkiyyət və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə işin baxılmamış saxlanılması barəsində ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında İddiaçı məhkəməyə təqdim etdiyi işin baxılmamış saxlanmasına dair ərizəsini iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 müdafiə etdiyini bildirdi, işin baxılmamış saxlanılmasını və iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, o, hazırki mülki işin baxılmamış saxlanılmasına etiraz etmir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının vəkili və nümayəndəsi mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh şirkətin nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2. maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh1 MMC-yə qarşı alqı-satqıya dair müqavilələr üzrə öhdəliklərin icra edilməsi, qeyri-yaşayış sahəsinin təhvil verilməsi, maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi, ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, ********** saylı qəbz əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov