Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2976/2024 03.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Ziraat Bank Azərbaycan” ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair sadələşdirilmiş iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh «Ziraat Bank Azərbaycan” ASC-nin xeyrinə 18305,76 TRY və 30 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində, 060HKEF22002869 nömrəli “Bank hesabı (Fiziki şəxsin cari hesabı), fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti, debet kartın verilməsi və istifadəsi haqqında qarışıq müqaviləsi (bundan sonra “Müqavilə”) imzalanmışdır. “Müqavilə”yə əsasən, Bank cavabdehə 003755 nömrəli kod təyin edərək və həmin koda bağlıTRY valyutalı Bank hesabı açmışdır. Bundan sonra cavabdeh Bank tərəfindən ona verilmiş “Kart” vasitəsi ilə hesab üzrə əməliyyat aparmışdır. Cavabdeh ona açılmış AZ51TCZB******************** nömrəli bank hesabına bağlı 7184 (son 4 rəqəmi) nömrəli kartından limitdən artıq istifadə etmiş, bu səbəbdəndə kart üzrə 18,305.76 TRY həcmində Banka borcu yaranmışdır. Bu borcun yaranma səbəbləri barədə cavabdehə rəsmi qaydada xx.xx.2023-cü il tarixində bildiriş göndərilmiş və həmin vəsaiti Banka ödənilməsi tələb olunmuşdur. Lakin, cavabdeh borcu ödəməkdən yayınmışdır (cavabdehin kart vasitəsilə limitdən artıq istifadə etməsi iş materiallarında olan hesabdan çıxarışda özəksini tapmışdır). Müqavilənin 4.8.1-ci bəndinə əsasən, limitdən artıq istifadə edilən məbləğ Müştəri tərəfindən ödənilməlidir. Həmin məbləğ ödənilmədiyində, X1 hər hansı hesabındakı pul vəsaitini akseptsiz qaydada silmək hüququ əldə edir. Əgər pul vəsaiti Müştərinin hesabından digər valyutalarda silinirsə, valyuta mübadiləsi Bankın müvafiq tariflərinə əsasən həyata keçirilərək xidmət haqqı Müştərinin hesabındakı pul vəsaitindən akseptsiz qaydada silinir. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. İş materiallarında olan Cavabdeh İddiaçıASC ilə bağladığı xx.xx.2022-ci il tarixində, 060HKEF22002869 saylı müqavilədən görünür ki, bank tərəfindən Cavabdeh AZ51TCZB******************** kart hesabı açılmışdır. İşdə olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh kart hesabından (borcluya məxsus kart hesabının №-si AZ51TCZB********************) ödəniş əməliyyatları icra etmiş, 18305,76 TRY borcu yaranmışdır. Mülki Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçıASC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh həmin müqavilə üzrə ona verilmiş kartındakı əməliyyatlar vasitəsilə bankın 18305,76 TRY vəsaitini xərclədiyindən, yəni əsassız varlandığından həmin vəsait ondan tutularaq iddiaçıya qaytarılmalı, bununla da iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı «Ziraat Bank Azərbaycan” ASCnin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 18305,76 TRY (ödəniş gününə olan manata məzənnə ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi «Ziraat Bank Azərbaycan” ASC-nin xeyrinə tutulsun. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2976/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2976/2024
03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver