Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3104/2022 05.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X2 Səfiyeva İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 oğluna qarşı borc tələbi barədə iddia ərizəsinə 05 may 2022-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X1 qarşı debitor borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəni və ona əlavə edilən sənədləri nəzərdən keçirib hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə görə məhkəməyədək nizama salmaya riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilənsənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilən sənədlər arasında iddiaçının pretenziya qaydasına riayət etməsini, yəni borcun əvvəlcə cavabdehdən tələb edilməsini göstərən hər hansı bir sübut yoxdur. Qeyd edilənlərə əsasən, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya ilkin olaraq cavabdeh X1 tərəflər arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməsi barədə müraciət etməsi izah edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 oğluna qarşı borc tələbi barədə iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya ilkin olaraq cavabdeh X1 tərəflər arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməsi barədə müraciət etməsi izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-3104/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3104/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver