Məhkəmə qərarları › İş №e-2(012)-316/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-316/2023

21.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-316/2023 21.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin mülkiyyətçilər arasında paylara mütənasib bölünməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin mülkiyyətçilər arasında paylara mütənasib bölünməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçədə yerləşən 3 otaqlı, 50,8 kv.metr yaşayış sahəsi, 21,2 kv.metr köməkçi sahəsi olan 107 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması, satış pulundan əldə olunan məbləğin mülkiyyətçilər arasında paylara mütənasib bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçədə yerləşən 3 otaqlı, 50,8 kv.metr yaşayış sahəsi, 21,2 kv.metr köməkçi sahəsi olan 107 saylı fərdi yaşayış evinin 1/3 hissəsi onun, 1/3 hissəsi azyaşlı oğlu Mirislam Hüseynovun, qalan 1/3 hissəsi Cavabdeh mülkiyyətindədir. Evdən istifadə edə bilmədiklərinə görə əmlakın naturada bölgüsü ilə əlaqədar iddia qaldırmışdır. Məhkəmə tərəfindən ekspertiza təyin olunmuş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3625 saylı rəyi ilə müəyyən olunmuşdur ki, mübahisəli fərdi yaşayış evinin tərəflər arasında naturada bölünməsi “İnşaat Norma və Qaydaları”-nın 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Belə olan halda isə Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçədə yerləşən 3 otaqlı, 50,8 kv.metr yaşayış sahəsi, 21,2 kv.metr köməkçi sahəsi olan 107 saylı fərdi yaşayış evi açıq hərracda satılmalı və satış pulundan əldə olunan məbləğ mülkiyyətçilər arasında paylara mütənasib bölünməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək onun təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan **********668-10301 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçədə yerləşən 3 otaqlı, 50,8 kv.metr yaşayış sahəsi, 21,2 kv.metr köməkçi sahəsi olan 107 saylı fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi azyaşlı X1, 1/3 hissəsi Cavabdeh mülkiyyətindədir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-119/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçədə yerləşən 3 otaqlı, 50,8 kv.metr yaşayış sahəsi, 21,2 kv.metr köməkçi sahəsi olan 107 saylı fərdi yaşayış evinin paylara uyğun naturada bölünməsi barədə iddia tələbi təmin edilməmişdir. Qətnamədəki Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3625 saylı rəyindən görünür ki, yuxarıda qeyd edilən fardi yaşayış evinin tərəflər arasında ½ hissədə naturada bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. İş materiallarında olan X3 Mərkəzinin 16 yanvar 2023-cü il tarixli, YDQM-012- 112/2022 saylı hesabatından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçədə yerləşən 3 otaqlı, 50,8 kv.metr yaşayış sahəsi, 21,2 kv.metr köməkçi sahəsi olan 107 saylı fərdi yaşayış evinin bazar dəyəri 30530 manat təşkil edir. İş materialları ilə müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçədə yerləşən 3 otaqlı, 50,8 kv.metr yaşayış sahəsi, 21,2 kv.metr köməkçi sahəsi olan 107 saylı fərdi yaşayış evində tərəflərin payları 1/3 nisbətindədir. Onların arasında münasibətlər pis olduğundan bu mənzildə birgə yaşayış mümkün deyildir. Beləliklə, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. İşdən göründüyü kimi, mübahisə predmetini təşkil edən əmlakda tərəflərin ideal payları müəyyən edilmişdir. Bununla belə, artıq qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən fərdi yaşayış evinin tərəflər arasında paylara uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İşdən görünür ki, mübahisəli əmlak hazırda yalnız İddiaçı faktiki istifadəsindədir. Tərəflərin paylı mülkiyyətində olan bu əmlakın paylara uyğun naturada bölünməsi isə mümkün deyildir. Məhkəmə əmlaka dair kompensasiya məbləğləri ilə bağlı araşdırma aparmış və mütəxəssis rəyi ilə mübahisəli əmlakın bazar dəyəri müəyyən edilmişdir. Bununla belə, kompensasiya yolu ilə mübahisəyə son verilməsinə tərəflər razı olmamışlar. Belə olan halda isə məhkəmə hesab edir ki, mübahisəli əmlak açıq hərracda satılmalı və əldə edilmiş vəsait tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X5rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmənin qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsaslarına dair tələblərini sübut edə bilmişdir. Bu baxımdan məhkəmə onun iddia ərizəsində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər iddianın təmin edilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflərin paylı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçədə yerləşən 3 otaqlı, 50,8 kv.metr yaşayış sahəsi, 21,2 kv.metr köməkçi sahəsi olan 107 saylı fərdi yaşayış evi (reyestr nömrəsi: **********668-10301) açıq hərracda satılmalı, həmin əmlakın açıq hərracda satışından əldə edilən vəsait tərəflər arasında paylarına uyğun surətdə bölüşdürülməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, mütəxəssis tədqiqatı üçün iddiaçı tərəfindən ödənilmiş 400 manat pulun yarısı Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçədə yerləşən 107 saylı fərdi yaşayış evi (reyestr nömrəsi: **********68-10301) açıq hərraca çıxarılaraq satılsın. Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçədə yerləşən 107 saylı fərdi yaşayış evinin (reyestr nömrəsi: **********68-10301) açıq hərracda satışından əldə edilən vəsait İddiaçı, X2 və Cavabdeh arasında bərabər surətdə bölüşdürülsün. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış mütəxəssis tədqiqatı üçün ödənilmiş vəsaitin yarısı kimi 200 manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar