Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-3161/2024 15.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «torpaq sahəsindən və evdən çıxarılmaqla boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi» tələbinə dair və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizələri üzrə işlərin bir icraatda birləşdirilməsi məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samir Sergeyeviçin ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndi, Qara Namazov küçəsi, ev 44 ünvanında 0,0190 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 67,2 kv.m olan fərdi yaşayış evindən və torpaq sahəsindən əşyaları ilə birlikdə öz şəxsi vəsaitləri hesabına çıxarılmaqla boşaldılmasını, torpaq sahəsinin və evinin ona təhvil verilməsinə və ödənilmiş dövlət rüsumunun ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, əvvəllər onun adına olan, ancaq sonradan anası Cavabdeh2 adına Ruslan Qasımovun təkidi ilə keçirdiyi ünvan 2mi sahəsi 67,2 kv.m olan fərdi yaşayış evi ilə bağlı 04 noyabr 2023-cü il tarixdə bağlanmış AN-1N: ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, onun tərəfindən hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırılmışdır və iddia tələbi ondan ibarətdir ki, əvvəllər onun adına olan, ancaq sonradan anası Cavabdeh2 adına Ruslan Qasımovun təkidi ilə keçirdiyi ünvan 2mi sahəsi 67.2 kv.m olan fərdi yaşayış evi ilə bağlı 04 noyabr 2023-cü il tarixdə bağlanmış AN -1N: ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin iş e-2(006)- 2611/2024 nömrəli iş kimi qeydiyyata alınmış və icraata qəbul edilmişdir. Hazırkı iş üzrə eyni vaxtda cavabdeh İddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsində ona və onun anasına qarşı “torpaq sahəsindən və evdən çıxarılmaqla boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi” tələbinə dair iddia icraatı başladılmışdır. Həmin iş isə e-2(012)-3161/2024 nömrəli iş kimi qeydiyyata alınmış və icraata qəbul edilmişdir. Sözügedən iddia ərizəsinə baxarkən qarşı tərəfin həmin ünvanda, yəni ünvan 2mi sahəsi 67.2 kv.m olan fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarış aldığını müəyyən etmişdirlər. Hesab edir ki, həmin daşınmaz əmlak barəsində verilmiş çıxarış da qanunsuz və əsassız olduğundan etibarsız hesab edilməlidir. Bundan əlavə, hesab edirlər ki, qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsini rəhbər tutaraq, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi haqqında qərardad qəbul edilərək bir-biri ilə əlaqəli işlərdən biri olan icraatda olan işi ilkin olaraq icraata qəbul etmiş məhkəmə olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılan e-2(006)-2611/2024 nömrəli işə birləşdirilərək həmin məhkəməyə icraata qəbul edilməsi üçün göndərilməsi təmin edilməlidir. Odur ki, göstərilənlər əsasında bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi haqqında qərardad qəbul edilərək bir-biri ilə əlaqəli işlərdən biri olan icraatda olan işi ilkin olaraq icraata qəbul etmiş məhkəmə olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılan e-2(006)-2611/2024 nömrəli işə birləşdirilərək həmin məhkəməyə icraata qəbul edilməsi üçün göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Nümayəndə izahatında hazırki mülki iş ilə onunla əlaqəli olan - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına qəbul edilmiş iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, hər iki mülki işdə göstərilən tələblər bir-biri ilə əlaqəli olduğundan həmin mülki işlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən bir icraatda birləşdirilməli və və baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə görə Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə görə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) birbiri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə görə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «torpaq sahəsindən və evdən çıxarılmaqla boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi» tələbinə dair 2(012)-3161/2024 saylı mülki iş ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair 2(006)-2611/2024 saylı mülki iş bir icraatda birləşdirilsin və 2(012)- 3161/2024 saylı mülki iş əlaqəli iş ilə bir icraatda birləşdirilməsi üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-3161/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-3161/2024
15.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver