Məhkəmə qərarları › İş №e-2(012)-3187/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3187/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3187/2025 25.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, İddiaçı Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi, iddiaçı Cavabdeh İddiaçınə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad kəndi ünvanında yaşayan Cavabdeh 1653,07 manat borcun, ödənilmiş 37 manat dövlət rüsumunun tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İBnin Sumqayıt RQİİ-nin Abşeron XS-nin əməkdaşlarının tərtib etdiyi ******* saylı akt əsasında, ünvan 1 ünvanında yerləşən evinin **********03190 saylı abonent kodu üzərinə hesablanmış 777,60 manat məbləğində borc pulun abonent bazasından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh istifadə etdiyi təbii qaza görə 1653,07 manat debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə bağlanmış müqavilənin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini Bank və ya Poçt şöbələri vasitəsilə tam ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. Borclu Cavabdeh debitor borcun ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Cavabdeh rəsmi qaydada bildiriş-xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda cavabdehə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin Cavabdeh yaranmış borcu tam ödəməmişdir. Cavabdeh borclu olduğu məbləğin yaranması **********03190 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır. Cavabdeh məxsus evə quraşdırılmış sayğacdakı qüsura görə bir dəfə 777 manat məbləğində borc yazılmışdır. 2024-cü il üzrə cavabdeh 970 manat qaz sərf etmiş, 187 manat ödəniş etmişdir. Cavabdehin ona hesablanmış 777 manat borc məbləğinin silinməsi tələbi ilə bağlı bildirir ki, iddianı qəbul etmirlər. Belə ki, xx.xx.2024-cü ildə əraziyə baxılmış, cavabdehə məxsus evə quraşdırılmış sayğac çıxarılmış, sayğaca laboratoriyada baxılmış və müdaxilə olunduğu aşkar edilmişdir. Həmin tarixdə tərtib olunmuş akta əsasən cavabdehə 777 manat borc yazılmışdır. Odur ki, qeyd edilənlərə əsasən iddiaçı təşkilatın nümayəndəsi təşkilat tərəfindən iddia tələbinin təmin edilməsini, Cavabdeh İddiaçınə qarşı «borcun silinməsi» barədə tələbinin isə rədd edilməsini xahiş etdi. İddiaçı Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı Cavabdeh onun atasıdır və ünvan 1 ünvanında yerləşən evdə olan qaz sayğacı (abonent kodu: **********03190) iddiaçının adınadır. Cavabdeh bir abonent olaraq istifadə etdikləri qazın pulunu həmişə vaxtında ödəyir. xx.xx.2024-cü il tarixində tanımadıqları şəxslər həmin evə gələrək iddiaçının xəbəri olmadan qaz sayğacını çıxarıb aparmışdırlar. 11 ay keçdikdən sonra İddiaçı, Sumqayıt Regional Qaz İstismar İdarəsindən iddiaçının ünvanına, abonent kodu üzərinə 777,60 manat borc hesablandığı barədə 07 mart 2025-ci il tarixli xəbərdarlıq göndərilmişdir. Sayğacı dəyişərkən yeni sayğac quraşdırmaq adı ilə ona akta imza etdirmişdirlər. Bu borc 2024-cü ilin mart ayında tərtib edilmiş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt üzrə hesablanmışdır. Aktda “laboratoriya rəyi əsasında sayğaca baxış zamanı müdaxilə olunması aşkarlanmışdır” qeydi yazılmışdır. İddiaçı İB-nin Sumqayıt Regional Qaz İstismar İdarəsinin Abşeron XS-nin əməkdaşlarının tərtib etdiyi ******* saylı akt əsasında hesabladığı borcla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı “Qazdan istifadə Qaydaları” haqqında verilmiş qərarın 4.6 (Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır), 4.7 (Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır), 4.8 (Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar) saylı maddələrinə istinad edərək aşağıdakı əsaslarla razılaşmır. Tərəflərindən sayğaca heç bir müdaxilə edilməmişdir. Sayğac iddiaçının evinin həyət qapısından bayırda quraşdırılmışdır və birbaşa olaraq onun qorunması abonentin yox, Qaz paylayıcının funksiyasına aiddir. Akta görə hesablanmış 777,6 manat məbləğində cərimə onların təqsiri olmadan yazılmışdır. Həmçinin Qaz İdarəsinin əməkdaşları sayğacı xəttən ayırarkən iddiaçının iştirakı ilə plomblu qutuya qoyaraq laboratoriyaya aparmalı və laboratoriyada iştirakı ilə baxış keçirilməli olduğu halda bu qaydaya əməl olunmamışdır. Subyektiv mülahizələr əsasında ona məxsus qaz sayğacı üzərinə dəymiş ziyanın bərpası məqsədilə borcun hesablanması əsassızdır. Cavabdeh İddiaçı iddiasına gəldikdə isə o, iddia tələbini qəbul edir və cavabdeh tərəfindən tələb edilən 1653,07 manat məbləğində borc məbləğini hissə-hissə ödəyəcəkdirlər. Odur ki, qeyd edilənlərə əsasən o, iddiaçı tərəfindən verilmiş «borcun silinməsi» barədə iddia tələbinin, həmçinin İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 aprel 2024-cü il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Mehdiabad kəndində yerləşən evə quraşdırılmış (abonent kodu: **********03190) sayğaca baxış keçirilən zaman laboratoriya rəyi əsasında sayğaca müdaxilə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan 24 iyul 2025-ci il tarixli abonentin saldosundan görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Mehdiabad kəndində yerləşən evə (abonent kodu: **********03190) 30 aprel 2024-cü il tarixli, ******* saylı akta əsasən 777,6 manat məbləğində borc hesablanmışdır və Cavabdeh ayın sonuna İddiaçınə olan borcu 2530,37 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbi və iddiaçı Cavabdeh İddiaçınə qarşı «borcun silinməsi» tələbi təmin edilməlidir. İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbi barədə məhkəmə qeyd edir ki, məhkəmə iclasında Cavabdeh İddiaçı İB-yə 1653,07 manat (2530,7 manat ayın sonuna olan borc – 777,6 manat akt əsasında hesablanmış borc = 1653,07 manat) debitor borcunun olması təşkilatın iddia ərizəsində göstərdikləri ilə yanaşı iş materiallarında olan abonentin saldosu ilə təsdiq olunmuş və həmin halları təkzib edəcək hallar müəyyən edilməmiş, həmçinin qeyd edilən məbləğdə debitor borcun mövcud olması faktı Cavabdeh nümayəndəsi tərəfindən etiraf edilmişdir. İş materiallarında olan tərəflər arasında imzalanmış, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən «Qazdan istifadə qaydaları»nın 2.2.2-ci bəndinə əsasən, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Həmin Qaydaların 2.3.1-ci bəndinə görə, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan əlavə Cavabdeh İddiaçınə qarşı «borcun silinməsi» tələbi barədə məhkəmə qeyd edir ki, iş materiallarında olan 24 iyul 2025-ci il tarixli abonentin saldosundan göründüyü kimi Cavabdeh məxsus Abşeron rayonu, Mehdiabad kəndində yerləşən evə (abonent kodu: **********03190) 30 aprel 2024-cü il tarixli, ******* saylı akta əsasən 777,6 manat məbləğində borc hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq Cavabdeh istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan İddiaçı İB Abşeron Qaz İstismar Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması, həmçinin iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə cavabdeh şirkət Cavabdeh onlara qarşı olan iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca Cavabdeh tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, iddiaçı Cavabdeh (abonent kodu: **********03190) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə heç bir məsuliyyət daşımağından 30 aprel 2024-cü il tarixli, ******* saylı akta əsasən hesablanmış 777,6 manat məbləğində cərimə silinməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu da Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə Cavabdeh aid hissədə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə Cavabdeh dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 30 (otuz) manat dövlət rüsumu İddiaçındən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı «borcun tutulması» barədə tələbi təmin edilsin. Abşeron rayonu, Mehdiabad kəndi ünvanında yaşayan Cavabdeh 1653,07 manat borc və ödənilmiş 37 manat dövlət rüsumu tutularaq İddiaçı İB-nin bank hesabına ödənilsin. İddiaçı Cavabdeh İddiaçınə qarşı «borcun silinməsi» barədə tələbi təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********03190) 30 aprel 2024-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 777,6 manat məbləğində cərimə silinsin. Cavabdeh İddiaçındən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar