Məhkəmə qərarları › İş №e-2(012)-321/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-321/2024

25.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-321/2024 25.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, eyni zamanda cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Müstəqil tələb irəli sürən üçüncü şəxs X3, onun nümayəndəsi və vəkili Vəkil2 Sadiq oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər İddiaçı və Cavabdeh Nəcəfulu oğluna qarşı (maraqlı şəxs DƏRX-nin 4 saylı Abşeron Ərazi İarəsi) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizələri üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 687B-də yerləşən 27 saylı və 28 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 687B-də yerləşən, ümumi sahəsi 41,5 kv.m olan 27 saylı və həmin ünvanda yerləşən ümumi sahəsi 78,8 kv.m olan 28 saylı mənzil İddiaçı mülkiyyətindədir. İddiaçının 27 saylı mənzil üzərində mülkiyyət hüququ **********71-05301-093027 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışla 28 saylı mənzil üzərində mülkiyyət hüququ **********71-05301-093028 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışla dövlət qeydiyyatına alınmışdır. İddiaçı həmin mənzilləri alqı-satqı müqavilələri əsasında əldə edib və ailə üzvləri ilə həmin mənzildə qeydiyyatdadır. İddiaçı Cavabdeh uzun müddətdir ki, tanıyır, aralarında işgüzar əməkdaşlıqla yanaşı səmimi münasibətlər olmuş, aralarında bir-birinə inam və etimad olmuşdur. Bu etimad əsasında iddiaçı cavabdehə 255200 manat həcmində borc da vermişdir. Cavabdeh iddiaçıdan öz evini təhvil verilənədək iddiaçının mənzillərində yaşamağına icazə verməsini xahiş etmiş, gələcəkdə hətta kirayəsini ödəyəcəyinə də söz vermişdir. İddiaçı da cavabdehə olan etimadına əsasən özünə məxsus mənzildə yaşamasına icazə vermişdir. Hətta həmin mənzildə təmir və yenidənqurma işlərində cavabdeh iddiaçıya müəyyən məsləhətlər vermişdir. Bir müddət keçdikdən sonra cavabdeh müəyyən edilmiş vaxt ərzində iddiaçıya borclarını qaytarmamış və iddiaçıya verdiyi sözləri yerinə yetirməməyə başlamışdır. Cavabdehin həyat yoldaşı X8 da Abşeron rayonu, Xırdalan şəhəri, F.Nəimi küçəsi ev 2-də yerləşən yaşayış evinin yerləşdiyi 170 kv.m torpaq sahəsinin 40 kv.m hissəsi və həmin 40 kv.m hissədə yerləşən tikilini iddiaçıya sataraq dəyərini tam şəkildə almalarına baxmayaraq, bu vaxtadək həmin tikilini də iddiaçıya verilməsindən yayınırlar. İddiaçı cavabdehdən borcunun qaytarılmasını və xüsusi mülkiyyətində olan mənzilləri boşaldaraq təhvil verilməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək bundan imtina etmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçı faktiki olaraq xüsusi mülkiyyətində olan mənzillərdən məhrum edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Vidadi Mürsəl oğluna və Cavabdeh Nəcəfulu oğluna qarşı (maraqlı şəxs DƏRX-nin 4 saylı Abşeron Ərazi İarəsi) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış çıxarışın, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış çıxarışın ləğv olunması, X9 ilə İddiaçı arasında bağlanmış müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 Cavabdeh Nəcəfqul oğlu ilə xx.xx.2006cı ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2007-ci il təvəllüdlü X7 adlı iki uşaqları doğulmuşdur. Hazırda nikahın pozulmasına dair iddiasına Yasamal Rayon Məhkəməsində baxılır. Həyat yoldaşı Cavabdeh Nəcəfqul oğlu 06 avqust 2020-ci il tarixdə 01 saylı müqaviləyə əsasən X4 4-cü mərtəbədə 142.9 kv.metr olan 27 və 28 saylı mənzilləri almışdır. Mənzilin dəyəri həyət yoldaşı Rusif tərəfindən tam ödənilmişdir. Cavabdeh Nəcəfqul oğlu onun icazəsi olmadan birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanlarında yerləşən mənzilləri nə vaxt İddiaçı satması ona məlum deyildir. Cavabdehla İddiaçı arasında borc məsələləri olduğunu bilmişdir. Ancaq Rusif ona ünvan 1 ünvanlarında yerləşən mənzilləri onun razılığı olmadan İddiaçı adına rəsmiləşdirmişdir. İddiaçı isə qanunsuz olaraq həmin mənzilləri özəlləşdirərək çıxarış almışdır. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələbinin təmin edilməsi, Cavabdeh ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 687B-də yerləşən 27 saylı və 28 saylı mənzildən çıxarılması, Cavabdeh və ailə üzvlərinə məxsus şəxsi əşyaların (məişət avadanlıqları, geyim əşyaları, yataq dəsti, qab-qacaq və digər şəxsi əşyalar) həmin mənzillərdən çıxarılaraq boşaldılması və həmin mənzillərin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı-cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə uyğun izahat verərək iddianı müdafiə etdiyini, təmin olunmasını və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddiasını qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında hər iki tələb üzrə Cavabdeh iddia tələblərini qəbul etməyərək, iddiaların təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X8 və onun nümayəndəsivəkili Vəkil2 Sadiq oğlu iddia tələbinə uyğun izahat verərək iddiasını müdafiə edərək onun təmin edilməsini, İddiaçı iddiasını qəbul etməyərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsi isə təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - AN-İ seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X11 mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 41.5 kv/m olan mənzili 20000 manata İddiaçı satmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli texniki pasportdan və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, **********71-05301-093027 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 687B, 27 saylı mənzil İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 324 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə İddiaçı adına tam pay hüququ ilə qeydiyyata alınmışdır. -AN-İ seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X11 mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 78.8 kv.m olan mənzili 30000 manata İddiaçıa satmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli texniki pasportdan və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, **********71-05301-093028 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 687B, 28 saylı mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində 310 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə İddiaçı adına tam pay hüququ ilə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı təsdiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, X11 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli və xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqavilələrinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 687B saylı evin 27 saylı və 28 saylı mənzillərini İddiaçı satın almış və sözügedən mənzilləri öz adına rəsmiləşdirərək, mənzillərə dair mülkiyyət hüquqlarını təsdiq edən çıxarışlar almışdır. Göründüyü kimi iddiaçı ilə Cavabdeh arasında hər hansı bir alqı-satqı müqaviləsi rəsmləşdirilməmişdir. Cavabdeh həmçinin mübahisəli mənzilin əvvəllər onun olması və onun tərəfindən iddiaçıya satılmasını məhkəmədə bildirsə də, həmin mənzilin ona məxsus olması və yaxud da alqı-satqının rəsmləşdirilməsi barədə hər hansı sənəd məhkəməyə təqdim etməmişdir. Yalnız müqavilənin surətini göstərsə də, həmin müqavilənin əslini məhkəməyə təqdim edə bilməmişdir. İddiaçıla Cavabdeh arasında səmimi münasibətlər olduğundan iddiaçı aralarındakı münasibətə görə mülkiyyətində olan mənzillərdə cavabdehin yaşamasına müvəqqəti razılıq vermişdir. Bir müddət sonra tərəflər arasında mübahisə yarandığından, iddiaçı ona məxsus mənzilləri tərk etməklərini tələb etsə də, cavabdeh mənzili tərk etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1. maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada İddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehin həmin mənzildə yaşaması ilə məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdeh maneçilik törədir. Belə ki, İddiaçı mənzilləri başqa şəxsdən notarial qaydada alqı-satqı yolu ilə əldə etmiş və həmin məzillər onun xüsusi mülkiyyətindədir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüququ toxunulmazdır. Cavabdehin iddiaçının evində yaşaması qanunla onun öz mülkiyyətindən istifadə, sahiblik və sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də Cavabdeh həmin mənzillərdən əşyaları ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Beləliklə, işin hallarına əsasən Cavabdeh İddiaçı mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə mənzil üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verib, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı mülkiyyət hüququ əsas hüquq olduğundan onun iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 687B saylı evin, 27 saylı və 28 saylı mənzillərindən əşyaları (məişət avadanlıqları, geyim əşyaları, yataq dəsti, qab-qacaq və digər şəxsi əşyalar) ilə birlikdə çıxarılmalı və ev boşaldılaraq İddiaçı təhvil verilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh ailə üzvlərinin həmin mənzillərdən çıxarılmasına dair hissəsinə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, İddiaçı cavabdehin ailə üzvlərinin kimlərdən ibarət olmasını konkret olaraq qeyd etməmişdir. Belə olan halda həmin tələb qeyri-müəyyənlik təşkil etdiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia ərizəsi ilə bağlı qeyd edir ki, iddia ərizəsində X8 əri Cavabdeh hazırkı iş üzrə mübahisəli mənzilləri xx.xx.2020-ci il tarixdə 01 saylı müqavilə əsasında X2 alqı-satqı yolu ilə əldə etdiyini, həmin mənzillərin onunla Cavabdeh birgə nikah dövrlərində əldə edildiyini və əri Cavabdeh qeyd olunan mənzilləri onun xəbəri və məlumatı olmadan İddiaçı satdığını bildirmiş və bunun əsasında da hazırkı iddia tələbini xahiş etmişdir. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçı həmin tələb üzrə mötəbər sübutlarını, yəni əri ilə X9 arasında həmin mənzillərin alqı-satqı müqavilələrinin olması, həmçinin mənzillərin əri tərəfindən Cavabdeh satılması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını, iddia tələbini sübuta yetirə bilməməsini nəzərə alıb iddia ərizəsinin əsaslı hesab edilməməklə təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini və mülki iş üzrə tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, ilkin iddia ərizəsi təmin edilməli, Abuzərov X5 Vidadi Mürsəl oğluna məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 687B saylı evin, 27 saylı və 28 saylı mənzillərindən əşyaları (məişət avadanlıqları, geyim əşyaları, yataq dəsti, qab-qacaq və digər şəxsi əşyalar) ilə birlikdə çıxarılmalı və ev boşaldılaraq İddiaçı təhvil verilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər İddiaçı və Cavabdeh Nəcəfulu oğluna qarşı (maraqlı şəxs DƏRX-nin 4 saylı Abşeron Ərazi İarəsi) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Abuzərov X5 Vidadi Mürsəl oğluna məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 687B saylı evin, 27 saylı və 28 saylı mənzillərindən əşyaları (məişət avadanlıqları, geyim əşyaları, yataq dəsti, qab-qacaq və digər şəxsi əşyalar) ilə birlikdə çıxarılsın və ev boşaldılaraq İddiaçı təhvil verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər İddiaçı və Cavabdeh Nəcəfulu oğluna qarşı (maraqlı şəxs DƏRX-nin 4 saylı Abşeron Ərazi İarəsi) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar