Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-321/2025 07.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 qızının, Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları X6 və X8 ilə birlikdə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evininin boşaldılaraq iddiaçıya təhvil verilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 18 fevral 2022-ci il tarixdə Həsənov Elçin Vəkil oğlundan alqı-satqı müqaviləsi əsasında almışdır. Hazırda isə həmin fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində **********79-05101-093005 nömrəsi ilə qeydə alınmışdır. İddiaçı fərdi yaşayış evini aldıqdan bir müddət sonra qardaşı Cavabdeh1, sonuncunun arvadı Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları X6 və X8 ilə birlikdə ona məxsus olan fərdi yaşayış evinə müvəqqəti olaraq yerləşdilər. İddiaçı isə sonuncuların maddi vəziyyətini başa düşərək müvəqqəti olaraq onların iddiaçıya məxsus olan evdə yaşamalarına icazə vermişdir. Lakin cavabdehlərdən iddiaçı dəfələrlə evini boşaltmalarını tələb etsə də iddiaçının qanuni tələbini icra etmirlər. Onların iddiaçının fərdi yaşayış evində yaşamaları iddiaçını mülkiyyət hüququnun bütün elementlərini həyata keçirməsinə mane olur. Cavabdehlərin iddiaçıya məxsus olan fərdi yaşayış evindən istifadə hüquqları olmadığı halda onun evindən istifadə edir, iddiaçıya müxtəlif yollarla maneələr törədirlər. Nəticədə iddiaçıya maddi və mənəvi ziyan yetirilir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Sonradan İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməklə xitam verilməsi, Cavabdeh1 və digər Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları X6, X8 ilə birlikdə iddiaçıya məxsus həmin mənzildən çıxarılmaları, həmin fərdi yaşayış evininin boşaldılaraq iddiaçıya təhvil verilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, Binə qəsəbəsi Sovxoz deyilən ərazidə 4 sot torpağı 2 min manata alıb orada ev tikmişlər. Sonradan həmin torpaq sahəsini üzərində fərdi yaşayış evi ilə birlikdə 45000 manata satıb, mübahisəli mənzili almışlar. Həmin mənzildə yalnız qardaşı Cavabdeh1 istifadə hüququ vardır. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, bildirdi ki, ekspert rəyi ilə razıdırlar. Konstitusiya Məhkəməsinin kompensasiyanın məbləğinin müəyyən edilməsi ilə bağlı müvafiq qərarları vardır. Həmin qanuna əsaslanaraq və iddia tələbinin əsaslı olduğunu nəzərə alaraq məhkəməyə müraciət etmişlər. Mülkiyyətçinin maraqları qorunmalıdır. Cavabdehlə iddiaçı bacı qardaşdırlar. Cavabdehlərdən yalnız Cavabdeh1 istifadə hüququ var. Onun istifadə hüququna xitam verilməsi üçün iddiaçı 8000 manat kompensasiya verilməsinə razıdır. iddia tələbinin əsaslı olmasını nəzərə alaraq təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və bildirdi ki, ekspert rəyi ilə razı deyil, çünki kompensasiya dəyəri az hesablanıb. Həmin ərazidə 150 manatlıq kirayə mənzil yoxdur. O, 7000-8000 manatlıq kompensasiyaya razı deyil və buna görə də evdən çıxmaq niyyətində deyil. Sonda o, kompensasiya məbləğinin düzgün hesablanaraq, ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 kompensasiya məbləğinin düzgün hesablanaraq, ədalətli qərar çıxarılmasını xahiş etdi. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ********** qeydiyyat nömrəli, **********79-02101- 093005 reyster nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Xətai küçəsi, ev 2A, ünvanında yerləşən umumi sahəsi 74 kv.metr olan 8 saylı mənzil xx.xx.2023-cü ildən İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan 4Ə-704 saylı, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, hədiyyə verən X1 rayonu, Ceyranbatan qəsəbəsi, Xətai küçəsi, ev 2A, mənzil 8 ünvanında yerləşən ümumi sahəsi 74 kv.metr, yaşayış sahəsi 52,3 kv.metr, yardımçı sahəsi 21,7 kv.metr olan 3 otaqlı mənzili hədiyyə alan İddiaçı bağışlamışdır. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Xətai küçəsi, ev 2A, 8 saylı mənzilin bazar dəyərinin həmin tarixə bazar dəyəri 50000 (əlli min) manat, evin yerləşdiyi ərazidə eyni şəraitli fərdi yaşayış evinin kirayə haqqı isə 200-150 manat arasında dəyişə biləcəyi müəyyən edilmişdir. "xxxx" MMC-nin xərcləri iddiaçı tərəfindən tam ödənilmişdir. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumatlardan görünür ki, Cavabdeh2 ünvan 3i ünvanında qeydiyyatdadır. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumatlardan görünür ki, Alışov X5 rayonu, Ceyranbatan qəsəbə Ə/D, Ceyranbatan qəsəbəsi, ünvan 4 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli mənzil - yəni yaşayış sahəsi yaşayış sahəsi 52,3 kv.metr, yardımçı sahəsi 21,7 kv.metr olan, 3 otaqdan ibarət 8 saylı ev xx.xx.2023-cü ildən iddiaçının mülkiyyətindədir. Məhkəmə iclasında tərəflərin izahatı ilə müəyyən edildi ki, həmin evdə Cavabdeh1, onun həyat yoldaşı - digər Cavabdeh2 və onların övladları X6, X8 yaşayırlar. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməklə xitam verilməsi, Cavabdeh1 və digər Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları X6, X8 ilə birlikdə iddiaçıya məxsus həmin mənzildən çıxarılmaları, həmin fərdi yaşayış evininin boşaldılaraq iddiaçıya təhvil verilməsi və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Onun dəlili bundan ibarətdir ki, cavabdehlər həmin evdə yaşayaraq mülkiyyətçi kimi onun hüquqlarını pozurlar. Bu səbəbdən cavabdehlər dən Cavabdeh1 mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına pul ödənilməklə xitam verilməli və o, digər Cavabdeh2 və onların övladları X6, X8 ilə birlikdə mübahisəli mənzildən çıxarılmalıdır. Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Bu normaların tələbinə əsasən cavabdehlərdən Cavabdeh1 iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququ mövcuddur və bu hüquq iddiaçı tərəfindən mübahisələndirilmir. Hazırda əsas mübahisə həmin hüquqa xitam verilməsi ilə bağlı təklif edilən məbləğ barəsindədir. İstifadə hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın məbləğini müəyyən etmək məhkəmənin vəzifəsidir. Belə ki, 228.2-ci maddənin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, kompensasiyanın məbləği iddianın predmetinə daxil deyil, məhkəmə iddia ərizəsində kompensasiyanın məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Kompensasiya institu mülkiyyət hüququnun müdafəsinə yönəlmişdir. Belə ki, mənzildən başqa şəxsin istifadə hüququnun olması mənzilin (əşyanın) yüklülüyü deməkdir, mənzili yüklülükdən azad etmək mülkiyyətçinin hüququdur, kompensasiya verilməsi isə həmin hüququn həyata keçirilməsinin bir formasıdır. Mülkiyyətçi “evdən çıxarılma barədə” iddia qaldırmaqla mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu istəyin motivi müxtəlif ola bilər: mülkiyyətçinin istifadəçi ilə ailə münasibətləri pozula bilər, istifadəçi mülkiyyətçi üçün arzuolunmaz şəxs ola bilər, istifadəçinin mənzildə yaşaması mülkiyyətçiyə mülkiyyət hüququnu öz mülahizəsinə uyğun olaraq sərbəst həyata keçirməyə maneçilik törədə bilər və s. İşdən görünür ki, cavabdehlərdən Cavabdeh1 mübahisəli yaşayış sahəsindən istifadə hüququ vardır, bu hüquq iddaçı tərəfindən də qəbul olunur. İş materialları ilə müəyyən edilir ki, o, öz ailəsilə birlikdə həmin mənzildə yaşayır. İşdən görünür ki, tərəflər arasında münasibətlər yaxşı deyildir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarına əsaslanmaqla belə nəticəyə gəlir ki, Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməlidir. Məhkəmə əmlaka dair kompensasiya məbləğləri ilə bağlı araşdırma aparmış və mütəxəssis rəyi ilə mübahisəli əmlakın bazar dəyəri və kirayə haqqı müəyyən edilmişdir. Premium Qiymətləndirmə” MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 5ənzil ünvanında həmin tarixə orta aylıq kirayə haqqı 200-150 manat təşkil edir. Bununla belə, məhkəmə iclasında iddiaçı tərəfindən 8000 manat məbləğində kompensasiya təklif edilmişdir. Məhkəmə iddiaçının təklifinin mütəxəssis rəyinə əsasən hesablanmış məbləğdən çox olmasını (200x36 ay=7200 manat) nəzərə alaraq, Cavabdeh1 8000 manat kompensasiya ödənilməsini məqbul hesab edir. Məhkəmənin qənaətinə görə bu məbləğ mübahisəli evə oxşar şəraitli yaşayış sahəsilə ilə uzun müddət (təqribən 36 ay) təmin olunmağa kifayət edir. Məhkəmə qeyd edir ki, iddia tələbinin Cavabdeh1 və digər Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları X6, X8 ilə birlikdə iddiaçıya məxsus həmin mənzildən çıxarılmaları, həmin fərdi yaşayış evininin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Eyni zamanda, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103). Mülki qanunvericiliyə əsasən, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2010-cu il 15 yanvar tarixli Qərarı). İşin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə daşınmaz əmlak üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Cavabdehlərin bu cür qanunsuz müdaxiləsi iş materialları ilə tamamilə təsdiq olunur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X9rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmənin qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 8000 manat kompensasiya ödənilməsi müqabilində onun ünvan 5ənzilə istifadə hüquqlarına xitam verilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları X6, X8 ilə birlikdə ünvan 5ənzil ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, həmin mənzil boşaldılaraq iddiaçıya təhvil verilməli, məhkəmə xərcləri cavabdehlərə aid edilərək ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 8000 manat kompensasiya ödənilməsi müqabilində onun ünvan 5ənzilə istifadə hüquqlarına xitam verilsin. Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları X6, X8 ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Xətai küçəsi, ev 2 A, ünvanında 8 saylı mənzildən çıxarılısın, həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-321/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-321/2025
07.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver